“BİZ XİLASKAR YANĞIN DƏSTƏSİ DEYİLİK” DEYƏN PUTİNƏ İRANDAN AĞIR İTTİHAMLAR:“Aranı qızışdıranlarla yanaşı durursan” – Təhlil
Vladimir Putin ötən həftə çərşənbə günü avstiyalı həmkarıyla birgə mətbuat konfransının gedişində Donald Trampın İran ətrafında törətdiyi böhran haqda jurnalistlərin sualını cavablandıraraq KİV-lərin diqqətini əlüstü çəkən və buradaca ən müxtəlif şərhlər yaradan cümlə söyləyib. Putin “İrana görünməmiş basqı” (faktiki olaraq İrana qarşı artıq əsil savaşa çevrilən) və ABŞ prezidentinin İran barəsində qoyduğu hərtərəfli sanksiyalara Rusiyanın münasibəti haqda müxbirin sualına cavabda, çoxlarının gözlədiyi kimi, bu sanksiyaları, habelə ABŞ prezidentinin suveren dövlətə qarşı döyüşkən əhvali-ruhiyyəsini birbaşa tənqidə məruz qoymayıb. O, tamamilə gözlənilmədən Amerika siyasətini pisləməyən, əksinə, ya tərəfsizlik, ya da “qıraq müşahidəçi”nin qərəzsizliyini sərgiləmək cəhdi olan nə isə “diplomatikcəsinə” bir cavab verməyə çalışıb. Onun bu sözləri özəl yadda qalıb: “Biz yanğın dəstəsi deyilik və elə hey kimisə xilas edə bilmərik – özəlliklə bizdən az şey asılı olan yerdə”. Əslində, belə bir cavab Qərb KİV-ləri üçün həqiqi “hədiyyə” olub. Özəlliklə Putinin bu sözlərini Donald Trampın İran haqda son bütün hərəkət və bəyanatlarına Rusiya prezidentinin yandırdığı “yaşıl işıq” kimi əlüstü qəbul edildiyi Amerika KİV-ləri üçün. Qərb KİV-ləri bir anda bundan yapışıb və bu ifadənin kimə – İrana, ya Avropa ilə ABŞ-a ünvanlandığı, yaxud bunun İran ətrafında formalaşmış, ABŞ prezidentinin İslam Respublikasına münasibətdə patoloji dözümsüzlüyündən doğan beynəlxalq böhanı izah etmək cəhdi olduğu haqda mülahizə etməyə başlayıb. Bir çox icmalçıların fikrincə, Rusiya prezidentinin bu sözlərinin kimə ünvanlandığının böyük önəmi yoxdur. Onların fikrincə, Putinin bəyanatında başlıcası Trampın daimi hədələri fonunda sanksiyalar haqda məsələdə guya “tərəfsizlik” idi. Guya Rusiya prezidenti vurğulamaq istəyib ki, Moskva istənilən halda kənarda qalacaq və heç kimin ondan hansısa müəyyən addımlar gözləməyi lazım deyil.
Bu sözlərin məhz haçan səsləndiyi məqam da önəmlidir: AB ölkələrinin sanksiya siyasətini və İranla nüvə sazişini pozmağa yönəlmiş siyasəti məhz qəti pislədiyi bir vaxtda. ABŞ-ın Brüsseldə Avropa Birliyinin rəhbərliyi ilə danışıqlarda heç nəyə nail olmayan dövlət katibi Mayk Pompeo Putinlə görüş üçün məhz Rusiyaya yollanır. Və artıq Putin üçün sual meydana çıxır – Pompeo Moskvada ondan nə eşidə bilərdi ki? Pompeo ilə bağlı bütün durumun aydın və şəffaf olduğu indiki anda sual məhz Putinədir. Avropa Birliyinin də mövqeyi aydın və şəffaf görünürdü: axı Pompeonun “konsensus” axtarışında Brüsselə səfəri nəinki ABŞ-a gərəkən nəticə verməyib, həm də göstərib ki, Avropa nüvə sazişinin müdafiəsində durub və Trampın İranı hədələdiyi “görünməmiş basqı” tədbirlərinə qətiyyətlə qarşıdır. Bundan savayı, ÇXR, Hindistan və hətta Yaponiya kimi başqa nüfuzlu beynəlxalq oyunçular da Trampa aydın və şəffaf eyham vurub ki, onlar da Trampın “görünməmiş basqı tədbirləri”nə qarşıdırlar. Onlar bundan sonra sanksiyaların tətbiqi və hərbi isteriyanı qızışdırmağı qəbuledilməz sayırlar. Yalnız sual yaranır – bununla bağlı Putinin “yanğın dəstəsi” haqda sözlərini necə yozmalı? Amerika KİV-lərinin ardınca ehtimal edəkmi ki, Putin, əslində, İrana münasibətdə Trampa yaşıl işıq verir? Ehtimal ki, Rusiya prezidenti hər halda nəsə başqa şey nəzərdə tutub… Axı, yəqin ki, Vaşinqtonun özü də daxil olmaqla hamı gözləyirdi ki, Putinin bəyanatında da Donald Trampın Körfəz bölgəsinə fokuslaşan və İrana qarşı yönələn döyüşkən ehtirasını önləyə biləcək nəsə səslənər. Axı lap bu yaxınlarda, Venesuela və bir az qabaq Suriya böhranının qızğın çağında Moskvanın mövqeyi məhz belə idi. Ya da o (Putin), heç olmasa, mayın 13-də Brüsseldə Avropanın, məsələn, AB-nin xarici işlər üzrə Ali təmsilçisi Moqerini kimi liderlərinin Pompeoya dediyini deyəydi. Moqerini deyib ki, həm Avropa Birliyi, həm də Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri qəti formada ABŞ-dan İrana qarşı təmkinli ritorika, habelə hərbi münaqişə törədə biləcək istənilən hərəkət və bəyanatdan çəkinməyi tələb ediblər. ABŞ-da isə bəzi icmalçı və şərhçilər ya tərəfsizlik, ya da sadəcə Amerika-İran qarşıdurmasına Rusiyanın laqeydliyini sərgiləyəən Putinin cümləsini müzaklirə edərək məmnunluqla qeydə alıblar ki, bu, Trampın və komandasının mövqeyini faktiki gücləndirib.
İran da yanğın dəstəsi deyil və güman etmirəm ki, Vaşinqtonda alovlanan ekstremizm və əsil irqçilik yanğınını söndürməyə nail olar. O, nüvə sazişi üzrə hərtərəfli birgə fəaliyyət planını imzalamış ölkələrdən yalnız öz öhdəliklərini yerinə yetirməyi gözləyir. Bütün bu ölkələrin öz imzalarını atdığı öhdəlikləri. O habelə ümid edir ki, bu ölkələr bölgədə Muhəmməd bin Salman, Netanyahu, ya da BƏƏ başçısı kimi bölgə şahcığazlarının iştirakıyla toxunan qaranlıq və nəhs intriqaların piyadaları olmayacaqlar. Trampın öz yaxınları – milli təhlükəsizlik üzrə müşavir Con Bolton və dövlət katibi Pompeo ilə başladığı iş indiyədək uğurla nəticələnməyib: onlar İrana qarşı təcavüzkar siyasətdə “beynəlxalq konsensus”a nail ola bilməyiblər. Tramp özünün “görünməmiş basqı” siyasəti və iqtisadi sanksiyaları ilə İran iqtisadiyyatını dağıtmağı, hərbi təhdidləriylə isə İslam Rüespublikasını beynəlxalq təcridə salmağı düşünür. Amma o, hələlik buna müvəffəq ola bilməyib – cənab Trampın özü sanksiya və basqıya söykənən xarici siyasətin ekstremist üsulları ilə beynəlxalq təcridə düşüb. Təkcə ABŞ-dan qıraqda deyil, hətta Amerikanın özündə də bu üsulları dəstəkləmirlər. Belə siyasətə münasibətdə tərəfsizlik deyilən mövqe, yaxud onu pisləməmək isə belə tərəfsizliyə etiqad edənləri qızışdırıcılarla yanaşı qoyur. Yanğının alovlanmasını istəmirsənsə, onda qıraqdan seyr eləmək deyil, onu söndürmək gərəkdir.
Tərcümə Strateq.az-ındır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-05-2019, 16:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-05-2019, 16:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01