Bosniya-Herseqovina Moskvanın hədəsini rədd edir
Bosniya-Herseqovina rəsmiləri martın 19-da Rusiyanın NATO ilə bağlı hədələrini rədd ediblər.
Rusiya Bosniya-Herseqovina ilə NATO arasında yaxınlaşma ilə bağlı narahatlığını bildirmişdi. Bosniya prezident üçlüyünün xorvat üzvü Zelko Komsiç Moskvanı Bosniyanın daxili işlərinə qarışmaqda ittiham edib. Komsiç deyib ki, hədəli bəyanatlar nə NATO üzvləri, nə də Bosniya-Herseqovina üçün məqbul deyil.O bildirib ki, bu, Rusiyanın NATO-nun Avropada genişlənməsini dayandırmaq məqsədilə apardığı geosiyasi oyundur. Bosniya müsəlmanlarının əsas partiyası olan Demokratik Hərəkət Rusiyanın Bosniyanın daxili işlərinə qarışmasını “yolverilməz” adlandırıb.
Rusiyanın Sarayevodakı səfirliyi martin 18-də bildirmişdi ki, Moskva Bosniya-Herseqovina ilə NATO arasında yaxınlaşmanı Rusiyaya qarşı düşmənçilik aktı kimi qəbul edir.
NATO xəbərdarlıq edir
Ötən ay Bosniya hökumətinin icra qolu olan Nazirlər Şurası NATO ilə əməkdaşlıq üçün milli komitə yaradılması barədə qərar qəbul edib.
Bosniya, Kosovo və Rusiyanın müttəfiqi olan Serbiya NATO-nun üzvü olmayan üç Balkan ölkəsidir. NATO-nun sözçüsü Oana Lungesku deyib ki, hər hansı ölkənin NATO ilə üzv və ya partnyor kimi bağlar qurması həmin ölkənin daxili işidir. Xanım Lungesku deyib ki, bu mənada hər hansı hədə qəbuledilməzdir. NATO sözçüsü bunu da bidlirib ki, “nüfuz dairələrini bölüşdürməyin vaxtı çoxdan keçib”.
Respublika Serbska
Bosniya-Herseqovinanın əhalisi NATO üzvlüyünə rəğbət bəsləsə də, serblərin çoxluq təşkil etdikləri Respublika Serbska buna qarşı çıxır.
Bosniyanın NATO-ya üzv qəbul edilməsi üçün əsas şərt onun ərazisində olan bütün hərbi bazaların, o cümlədən Respublika Serbskanın ərazisində olanların mərkəzi hökumətə tabe olmasıdır.
Bu həftə Bosniyanın serb lideri Milorad Dodik deyib ki, etnik serblər Bosniya-Herseqovinanın Ali Komissarlığının ləğv olunmasını istəyirlər.
Bu qurum ölkəyə rəhbərlik etməklə yanaşı Respublika Serbskanın statusuna dair referendum keçirməyə hazırlaşır.
Bosniyanın xarici işlər naziri Bisera Turkoviç deyib ki, Rusiyanın Bosniyada qərarların qəbul edilməsinə müdaxiləsi narahatlıq doğurur.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-03-2021, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-03-2021, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01