“Azərbaycanda olan investisiya portfelimizi genişləndirməyə çalışırıq” - QDTİB-in prezidenti
“Azərbaycanda olan investisiya portfelimizi genişləndirməyə çalışırıq və bununla bağlı danışıqlar aparırıq. Konkret rəqəm demək olmasa da təxminən bu göstəricinin 7%-ə çatacağını düşünürəm”.
Bunu Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən "Astana İqtisadi Forumu" (AEF-2019) çərçivəsində "Report"a eksklüziv açıqlamasında Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankin deyib.
Ölkənin QDTİB-nın mövcud kredit portfelində payı 4 faizdən bir qədər artıqdır. D.Pankinin bu vaxta qədər SOCAR-la uğurlu əməkdaşlıq etdiklərini və bir sıra layihələrə maliyyə ayırdıqlarını bildirib.
O, həmçinin Azərbaycanın bankda iştirak payının artırılması məsələsinə də toxunub:
“Hazırda Azərbaycanın Bankda iştirak payının artırılması müzakirə edilmir. Əsas müzakirə mövzusu Bankın kapitalının artırılması və layihələr portfelinin genişləndirlməsidir. Hazırda Azərbaycanın QDTİB-də iştirak payı sabit olaraq 5 faizdir”.
Xatırladaq ki, 2008-ci ildə Azərbaycan Bankın kapitalında payını 2 faizdən 5 faizə qədər artıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmışdır. Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında maliyyə naziri Samir Şərifov təmsil edir. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-05-2019, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-05-2019, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11