Rusiya ilə müharibə çağırışı etdi: Ortalıq qarışdı
Yaponiyada bir millət vəkilinin Rusiyanın işğalında olan Kuril Adalarını döyüş yoluyla geri alınması lazım olduğuna eyham edən açıqlaması səbəbiylə qınanmasını nəzərdə tutan qanun layihəsi Məclisə təqdim edilib.
Yapon xəbər agentliyi “Kyodo”-da gedən xəbərə görə, müstəqil millət vəkili Hodaka Maruyamanın konstitusiyanın hücum etməmək prinsipinə zidd sözləri səbəbiylə qınanmasını istəyən qanun təklifi Məclisə təqdim edilib.
Maruyamanın sözlərinin "qəbul edilə bilməz" olduğuna diqqət çəkilən qanun layihəsində, "Söz mövzusu açıqlamalar konstitusiyadakı pasifizm qanununa zidd olmaqla yanaşı, milli mənfəətlərimizi də zədələyici xüsusiyyətdədir" deyə qeyd edilib.
Qanun layihəsi Yapon parlamenti Dietin tarixindəki bir millət vəkili üçün təqdim edilən ilk qınama təklifi olub.
DÖYÜŞDƏN BAŞQA ALTERNATİV VARMI?
Murayama bir müddət əvvəl Yaponiyanın idarəsindəki adalardan birinə etdiyi ziyarətdə, yerli xalqla söhbət əsnasında, "(Adaları geri almaq üçün) Sizə döyüşdən başqa alternativ varmı" deyə ritorik sual etmişdi.
Yaponiyanın şimalındakı Hokkaido Adası ilə Rusiyanın Kamçatka Yarımadası arasında uzanan, Oxot dənizi ilə Sakit Okeanını ayıran 56 adadan ibarət olan Kuril Adaları II. Dünya Müharibəsi əsnasında Rusiya tərəfindən işğal edilmiş, sülh əldə edildikdən sonra da Yaponiya ilə Rusiya arasında həll edilə bilməyən bir problem olaraq qalmışdı.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-05-2019, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-05-2019, 14:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11