Rusiya daha bir diplomatı deportasiya etdi
Rəsmi Moskva estoniyalı diplomatı ölkədən deportasiya edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, ölkəsi bu addımı Tallinin Rusiya səfirliyinin əməkdaşını “persona non qrata” elan etməsinə cavab olaraq atıb.
“Bu yaxınlarda and içən Estoniyanın yeni hökuməti, bəlkə də bu şəkildə Vaşinqton və Brüsseldəki kuratorlarına sədaqət göstərməyə qərar verərək, Rusiyanın Estoniyadakı səfirliyinin diplomatını əsassız olaraq “persona non qrata” elan etdi”, - deyə Rusiyanın XİN nümayəndəsi bildirib.
Onun sözlərinə görə, həmin diplomat Moskva və Tallinin əməkdaşlıq etdiyi sahələrdə - təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərirdi.
Xatırladaq ki, fevralın əvvəlində Rusiya İsveç, Almaniya və Polşanın diplomatlarını qanunsuz aksiyalarda iştirak etdiklərinə görə ölkədən göndərmişdi. Buna cavab olaraq Berlin, Varşava və Stokholm da rusiyalı diplomatları deportasiya etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2021, 22:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-02-2021, 22:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01