"Sizi arxamızca aparmağa hazırıq" - ABŞ öz ordusunu Avropadan çıxartmaq fikrini dəyişib
Amerika Birləşmiş Ştatları (ABŞ) öz ordusunu Avropadan çıxartmaq fikrində deyil.
Bu barədə ABŞ Müdafiə naziri Lloyd Ostin çərşənbə günü «The Washington Post» qəzetində dərc olunmuş məqalədə bəyan edib.
«Biz, dərk edirik ki, söhbət təhlükəsizlik xərclərindən gedərkən, hər bir ölkə çox sayda problemlərlə qarşılaşır. Hər kəs öz resurslarını milli siyasəti və strategiyası ilə uzlaşdırmalıdır. Prezidentin sərəncamı əsasında biz, qüvvələrin yerləşməsinə qlobal baxış keçiririk. Anaq biz, Avrpadan getmirik. Əksinə, biz bundan əvvəl elan olunmuş Almaniyada ABŞ ordusunun ixtisarı barədəki qərarı artıq dayandırmışıq» - Pentaqon başçısı yazır.
Bu zaman Ostin qeyd edib ki, göstərilən nəzərdən keçirmənin yekunları əsasında istənilən qərarı Vaşinqton administrasiyası «öz müttəfiqləri və həmkarları ilə sıx məsləhətləşmələr əsasında qəbul etmək niyyətindədir».
Məqalə NATO üzvü ölkələrin müdafiə nazirlərinin videokonfransına hazırlanıb. Tədbirdə Ostin həmkarlarına bəyan etmək niyyətindədir ki, birlikdə məsləhətləşmək, birlikdə qərar qəbul etmək və birlikdə fəaliyyət göstərmək lazımdır.
«Biz,sizi arxamızca aparmağa hazırıq - ABŞ müdafiə naziri qeyd edib - Pandemiya, iqlim dəyişikliyi, iqtisadi geriləmə kimi qlobal böhranlar təhlükə yaradır və bizim sərhədlərimizi əhatə edir. Bir çox ölkələrdə daxili didişmələr… həm də transmilli təhdidlər… alyans ətrafında sabitlik üçün təhlükəlidir. Bu arada, Çin və Rusiya kimi, cəsarətlənmiş strateji rəqiblərin aqressiv davranışı kollektiv təhlükəsizliyə bizim inamımızı daha da möhkəmlədir».
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2021, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-02-2021, 08:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11