Qarabağdakı terrorçu rejim yenidən baş qaldırır - NƏ BAŞ VERİR?
Qarabağın Rusiya sülhməramlılarının təsir zonasında olan ermənilər yenə də baş qaldırmağa çalışırlar. Görünən budur ki, uzun illər boyu Azərbaycanın bu bölgəsində meydan sulayan xunta rejiminin tör-töküntüləri revanş üçün məqam gözləyirlər və bunu gizlətmirlər də.
Xüsusilə də “artsaxın təhlükəsizlik şurasının katibi” kimi təqdim olunan terrorçu Vitali Balasanyanın vəziyyəti yenidən gərginləşdirmək cəhdləri davamlı şəkildə müşahidə olunur. “Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, Balasanyan yerli televiziyadakı çıxışında Xankəndi şəhərinin “dirçəliş meydanı”nda və “dövlət binalarında” Azərbaycan bayrağının asılacağı barədə yayılan xəbərləri “qəti şəkildə” təkzib edib. Eyni zamanda Qarabağ canisi bölgədəki qanunsuz silahlıların tərk-silah olunacağı və “artsaxın müdafiə ordusu”nun ləğv olunacağı haqda mətbuat yazılarının həqiqətə uyğun olmadığını deyib və bu qüvvələrin “sərhədlərin müdafiəsi” ilə məşğul olduğunu bildirib. Balasanyan Kərkicahana azərbaycanlıların köçəcəyi, yaxud Xankəndi şəhərindəki ticarət köşklərində azərbaycanlıların alış-veriş etdikləri haqda xəbərlərin də əsassız olduğunu iddia edib və ənənəvi qaydada sərsəm fikirlərini söyləyib. V.Balasanyan Qarabağdakı ermənilərin “təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə peşəkar silahlı dəstlərin yaradıldığını da bildirib. Bir sıra ermənilər, o cümlədən jurnalistlər belə, Balasanyanın cəfəngiyyatlarını ələ salıblar. Ancaq istənilən halda Azərbaycanın ərazilərində bu cür həyasızlığın uzun müddət davam etdirilməsi yolverilməzdir.
Düzdür, son vaxtlar Nikol Paşinyan Qarabağla bağlı daha korrekt darvanmağa çalışır. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının son toplantısının Qarabağın baş terrorçusu Araik Arutyunyansız keçirilməsi bunun əlamətidir. Eyni zamanda Ermənistan müxalifətinin də Qarabağ klanının ətrafında toparlanmağa çalışması yeni məkrli plandan xəbər verir. “Görünür, Ermənistanın ”Vətənin xilası uğrunda" hərəkatına yeni nəfəs vermək istəyirlər. İndiki format özünü doğrultmadı və bunu ən azı... Robert Köçəryanın seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan etməsi də təsdiqləyir". Virtualaz.org bildirir ki, bunu erməni siyasi eksperti Aşot Səfəryan deyib. A.Səfəryan qeyd edib ki, Köçəryan müxalifət hərəkatına öz dəstəyini və rəğbətini gizlətməyib. Digər erməni ekspert Norayr Dunamalyanın fikrincə, “Manukyanın baş nazirliyi üzrə plan iflasa uğrayıb və indi daha güclü şəxsin namizədliyi irəli sürülməlidir, məsələn, Robert Köçəryanın, bu, mövcud çağırışlara cavab olar və elektoral dəstəyin potensialını və indiki səviyyəsini itirməməyə imkan verərdi”. Politoloq Stepan Danielyan qeyd edir ki, hərəkata daxil olan qüvvələr arasında seçkilərdə Köçəryanı dəstəkləyəcək və onun siyasi dayağı olacaq partiyalar mütləq tapılacaq, lakin o, bu qüvvələrin adını çəkməyə risk etməyib.
Sülhməramlıların Qarabağa qaytardığı erməni əhali təbii ki, yenidən “od”a düşmək istəməzdi. Ancaq xunta rejiminin qalıqlarının əlində girov vəziyyətində olan əhali səsini ucaldıb Azərbaycanın bayrağı altında yaşamaq istədiyini də büruzə verməyə qorxur. Düzdür, ermənilər “mələk” deyil və onlar çox istərdilər ki, Qarabağla bağlı yuxuları çin olsun. Ancaq indiki durumda onlar anlayırlar ki, daha köhnə bayatıların səsləndirilməsinin mənası yoxdur və bundan da pis ola bilər. Publika.az yazıb ki, müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağa qayıdan ermənilərin sosial vəziyyəti acınacaqlıdır. Bildirilir ki, əksər ermənilərin işğal dövründə Qarabağda yeganə dolanışıq sahəsindən - əkinçilik və heyvandarlıqdan məhrum olublar. Çünki əkin sahələri və otlaqlar Azərbaycan Ordusunun nəzarətindədir.
Rusiyanın ermənilərə verdiyi humanitar yardımların miqdarı mövcud problemlər fonunda cüzidir. Erməni mənbələr Qarabağa qayıdanların qida problemi ilə üzləşdiyini yazır. Rus sülhməramlıların müharibədən sonra Qarabağa 50 mindən çox ermənini qaytardığı haqda rəsmi məlumat var. Lakin əksər erməninin müvəqqəti qayıtdığı, əsas məqsədlərinin evlərini satmaq, qalan əşyalarını toplamaq olduğu haqda məlumatlar var. Xüsusilə əkinçilik və heyvandarlığın olmaması, ticarət əlaqələrinin sıradan çıxmasından sonra ermənilər Qarabağda yaşamaq istəmirlər. Qeyd olunur ki, müharibə vaxtı Ermənistana gedən ermənilər hazırda vağzallarda, o cümlədən 7-10 nəfərlik qruplarla kiçik evlərdə qalır. “Qarabağlı ermənilərin” evinə girdiyi ermənilər artıq onların çıxmasını tələb edirlər. Hökumət Qarabağdan gedən ermənilərin ehtiyaclarını ödəyə bilmir. Üç gün öncə bu ermənilər İrəvanda hökumət binası önündə aksiya keçirsələr də, heç bir dəyişiklik yoxdur.
Göründüyü kimi, ermənilərin nə Ermənistanda, nə də Qarabağda günü gün deyil. Xilas yolu isə tövbə edib, Azərbaycanın qanunlarına tabe olmaqdır. Ancaq revanşist qüvvələr buna hər vəchlə mane olmaqdadır. Bu arada Ermənistanda aksiyalar davam edir. Son olaraq çərşənbə günü parlament qarşısında Paşinyana istefa tələb olundu. “Qarabağ klanı” yenidən toparlanmağa çalışır. Klanın liderləri Serj Sərkisyan və Robert Köçəryanın daşnaklar, həmçinin digər müxaliflərlə görüşməsi də növbəti təxribatların anonsu sayıla bilər. Məhz bu görüşdən sonra Köçəryan Moskvaya getdi. Bəs 2008-ci ilin mart qırğınlarının canisi, hazırda üzərində məhkəmə işi olan Köçəryan ermənilərdən və Moskvadan dəstək qazana biləcəkmi, bu sualın cavabı maraqlıdır. Bu arada Nikol Paşinyan arxayın görünür, xalqın içərisinə çıxır, təbliğatını aparır. Bəs proseslər hara aparacaq? Ermənistanda növbədənkənar seçkilər ehtimalı kimlərə sərf edir indi? Bu ölkədə 90-cı illərin sonlarındakı hadisələr təkrarlana və baş verənlər Qarabağ razılaşmalarına təsir edə, üçtərəfli anlaşmalar tormozlana bilərmi?
İrəvan Mühacir Hökumətinin rəhbəri, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda bu siyasi xaos hələ davam edəcək: “Müxaliflərin Paşinyanı devirmək üçün yetərli gücü yoxdur. ”Keçmişlər"in isə hakimiyyətə qayıtmaq cəhdləri ola bilər, amma bunlara dəstək verilmir. Heç Moskva da Köçəryanı qəbul etmir. Paşinyan indiki halda ona görə seçkiyə getmək istəyir ki, Qarabağ klanına nifrət üst səviyyədədir və 17 siyasi təşkilatın da reytinqi Paşinyanın partiyasından aşağıdır". Q.Çaxmaqlı hesab edir ki, seçki Paşinyanı bir mənada xilas edə bilər: “Qarabağ məsələsində bizə Ermənistanda qanuni hakimiyyət lazımdır. Bu gün Paşinyan legitimliyini qoruyur, amma onu yıxsalar, yerinə gələn hakimiyyət verdiyi qərarları qəbul etməyə bilər. Bizə Ermənistanda seçkilərin keçirilməsi və legitim hakimiyyət lazımdır”.
“Müxalifət düşünürdü ki, etirazlarla Paşinyanı hakimiyyətdən devirəcək, lakin bu, alınmadı. İndi isə Ermənistanda etirazlar kütləvi hal almır. Bu isə onu göstərir ki, ermənilər köçaryanların, manukyanların simalarından beziblər, onlara indi Qarabağdan daha çox sosial - iqtisadi təminatları lazımdır və bir daha müharibənin başlamasından ehtiyat edirlər”.
Bu fikirləri isə “Yeni Müsavat”a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov söylədi. Siyasi şərhçi bununla belə, hesab edir ki, “Qarabağ klanı”nın və ümumən müxalifətin cəhdləri diqqətdən yayınmamalıdır: “2018-ci ildən Paşinyandan revanş götürmək istəyən ”Qarabağ klanı" indiki məqamı özləri üçün əla fürsət sayaraq nəyin bahasına olursa-olsun hakimiyyəti yerli ermənilərin əlindən almaq istəyirlər. Hələlik 17 partiya arasında gələcək aylardakı siyasi davranışla bağlı yekun qərar yoxdur. Sözsüz ki, müxalifətdə Köçəryan, Sərkisyan, Sarukyan ən əsas və güclü fuqurlar kimi vahid parlamenti öz partiyaları ilə dolduraraq əvvəlcədən danışılmış şəxsin baş nazir olması ilə bağlı variantı gözdən keçirirlər. Bu fonda, danışıqlardan sonra Köçəryanın təcili Moskvaya uçması, bu görüşün qərarının ruslara çatdırılması və Ermənistanda yaxın aylardakı daxili siyasi proseslər üçün Kremldən yol xəritəsi almaqla bağlıdır. Hər halda, Rusiya ilə yaxın olan ələlxüsus yuxarıda adıçəkilən canilərin hakimiyyətə gəlmələri bölgədəki barış prosesinə çox pis təsir edə bilər". Z.Məmmədov bildirdi ki, bunu erməni cəmiyyəti də anlayır: “Onlar başa düşürlər ki, müharibədə övladları yenidən həlak ola bilər, ona görə də indi Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir”.
Fevralın 4-də Qarabağdakı xunta rejiminin təmsilçilərindən biri Cəlal Arutyunyanın Ermənistan Müdafiə Nazirliyində idarə rəisi təyin olunması da maraqlı gedişdir. Heç şübhəsiz ki, N.Paşinyan bununla Qarabağ ermənilərini də öz tərəfinə çəkmək və onların qüvvəsini parçalamaq istəyib, ancaq digər məqsədlər də istisna deyil. Bölgədəki prosesləri diktə edən Azərbaycan Qarabağ canilərinin, Sərkisyan-Köçəryan cütlüyünün hakimiyyətə qayıtmasına heç zaman imkan verməz, buna dövlət başçımızın Qarabağ bölgəsindən ünvanladığı kəskin bəyanatları da şübhə yeri qoymur. Xocalı qatillərinin hakimiyyətə qayıtması qəbulolunmazdır və bu, kövrək sülhə zərbə olar. Ümumilikdə isə ermənilər arasında nifaqın olması Azərbaycan üçün məqbul variantdır. Amma başıpozuqluq hər zaman Azərbaycana qarşı təxribatlara rəvac verə bilər, 3 fevralda Qazax istiqamətindən atəşkəsin pozulması kimi. 44 günlük savaşdan sağ qurtulanların revanşı, həm Nikol Paşinyana, həm də Azərbaycana qarşı “döyüşmək” istəyi “Dəmir yumruğu” aktuallaşdıra bilər. İstənilən halda, çox diqqətli olmaqda yalnız fayda var...
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2021, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2021, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11