BAŞQA VARİANT YOXDUR: Xankəndinə də qayıdacağıq, Xocalıya da - düşmən təşvişdə
Ermənistan mediası və Telegram kanalları sensasion bir məlumat yayıblar. Məlumatda iddia olunur ki, Qarabağdakı erməni silahlı birləşmələri yaxın zamanda tərk-silah ediləcək.
Qondarma rejimin adından bölgədə yerləşdirilmiş silahlıların Ermənistana bağlı olmasına kimsədə şübhə yoxdur. 10 noyabr 2020-ci ildə imzalanmış üçlü sazişin 4-cü bəndinə əsasən, bu silahlılar Azərbaycan ərazilərindən, o cümlədən də Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və hər yerdən çıxarılmalıdır. Azərbaycan bunda israr edir, bütün formatlarda bu məsələni qaldırır və görünən budur ki, bu israrın nəticələri vardır. Ermənistana bağlı silahlılar məhz 10 noyabrda imzalanmış saziş əsasında Azərbaycandan çıxmalı, onların yerinə Rusiya sülhməramlıları dinc erməni əhalisini qorumalıdır. Proses bu sonluğa doğru başlayıb. Bundan sonra da məlumdur: ilk növbədə Ağdərə - Kəlbəcər yolu açılacaq, daha sonra Xankəndinə Azərbaycan əhalisi - Xankəndindən qaçqın düşənlər - qaytarılacaq, daha sonra ...qarışıq əhali yaşayan məntəqələrdə Azərbaycan polis idarələri qurulacaq, orada fəaliyyət göstərmək üçün yerli ermənilər işə alınacaq və sair.
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın üçtərəfli bəyanatın müddəalarının bircə-bircə həyata keçirilməsində prinsipial mövqeyində hər hansı dəyişiklik və ya güzəşt ola bilməz: “Burada, sadəcə, vaxt məsələsi hər şeyi öz yoluna qoyacaq. Bu gün Qarabağda erməni hərbi birləşmələrinin qalması Rusiya sülhməramlıları üçün də əlverişli sayıla bilməz. Çünki onlar da ilk növbədə öz təhlükəsizlikləri baxımından bunu etməyə məhkumdurlar. Azərbaycanın təkidləri də onlar tərəfindən əsaslı olduğuna görə mütləq icra edilməlidir. Burada oyunpozanlığa kimsə gedə bilməz. Əks halda, digər şərtlərin və öhdəliklərin pozulması baş verə bilər. Bu isə Rusiya sülhməramlılarının missiyasını, ümumiyyətlə, mənasızlaşdırardı. Ağdərə-Kəlbəcər yolu da mütləq açılmalıdır.
Burada təhlükəsizliyə Azərbaycan özü nəzarət etməlidir. Əks halda, ermənilər üçün total təhlükə yaratmağa başlamalıyıq. Onlar hələ də Qarabağda Azərbaycanın hakimiyyətinin qurulmasını yuxu kimi zənn edirlər. Onları yuxudan oyadacaq vasitələrimiz kifayət qədərdir və bir neçə ərköyünlükdən sonra düzəlmədikləri təqdirdə həmin vasitələr işə salınacaq. Əsas odur ki, biz özümüzə aid öhdəliyə ciddi əməl edirik. Bu isə imkan yaradır ki, tərəflərin də öz öhdəliyinə əməl ertməsini tələb edək”.
F.Mustafanın sözlərinə görə, ötən gecə Qazax istiqamətində ermənilərin təxribatı da onu göstərir ki, onlar daha ciddi zərbə almaq istəyindədirlər: “Hər bir halda təmkinimizi hər nə qədər qorumuş olsaq da, bu cür təxribatları da cavabsız buraxmamalıyıq”.
“Azərbaycanlı qaçqınların Stepanakertə (Xankəndi - red.) bitişik yaşayış məntəqələrinə qayıtması müzakirə mövzusu deyil”. Bu sözləri isə Xankəndindəki qondarma rejimin “mətbuat katibi” Vaqram Poğosyan deyib. “Azərbaycanlıların Krkcan (Kərkicahan - red.) və digər bölgələrə mümkün köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Orada artıq erməni əhali üçün tikinti və abadlıq işləri aparılır. Sözügedən ərazilərdə kanalizasiya şəbəkəsinin qurulmasına və müharibə nəticəsində zədələnmiş evlərin damlarının təmir edilməsinə başlanıb”.
Göründüyü kimi, Rusiya sülhməramlılarının bölgədə yerləşməsindən sonra “şir”ə dönən separatçı-terrorçu rejimin təmsilçiləri artıq müharibədən əvvəlki formada həyasızcasına iddialar səsləndirməkdədirlər. Belə görünür ki, onlar başları əzilmədikcə, islah olunmayacaqlar. Xatırladaq ki, Azərbaycanlı qaçqınların öz əzəli torpaqlarına qayıtmasını 10 noyabr razılaşmasında öz əksini tapıb və BMT-nin xüsusi qurumu bunun üçün görəvləndirilib. Necə ola bilər ki, Xankəndinə və digər Azərbaycan torpaqlarına ermənilər qayıtsın, amma azərbaycanlılar üçün bu qeyri-mümkün olsun?
QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, azərbaycanlı əhali hökmən öz yurdlarına, o cümlədən Xankəndi, Xocalı və digər yerlərə qayıdacaq: “Sizin də qeyd etdiyiniz kimi, bu, 10 noyabr razılaşmasında nəzərdə tutulub. Hətta orada nəzərdə tutulmasa da, köçkünlərimiz oralara qayıdacaqlar. Buna ən çox bizim köçkünlərin haqqı var. Hüquqi baxımdan hər şey bizim tərəfimizdədir. Bu hüququmuzu reallaşdırmalıyıq. Haqqımızı reallaşdırmaq üçün də heç bir ciddi maneə yoxdur”. A.Nağının fikrincə, Ermənistan o gücdə deyil ki, buna mane olsun: “Rusiya da nə deyib mane olacaq? Azərbaycan tərəfinin atacağı addım bu prosesi ləngimədən həyata keçirmək olmalıdır. Nə üçün ləngidikləri aydın deyil. Təklifimiz ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti ”Böyük qayıdışı" Xankəndi və Xocalıdan başlasın. Adamlar təcili siyahılaşdırılsın, ev əşyaları və köçkünlərin mindirildiyi maşınlar həmin istiqamətə yön alsın. Bu maşın karvanının qarşısını heç kəs ala bilməz. Biz öz evlərimizə qayıdırıq. Hər işin bir tərəfi zor olmalıdır. Biz gözləyə bilmərik ki, kimlərsə gəlib oraya qayıtmağımıza icazə versin. Öz vətənimizdə kimdənsə icazə almalı deyilik. Azərbaycan hakimiyyəti öz evinə sahib olduğunu göstərməlidir".
Təşkilat rəhbəri qeyd etdi ki, hakimiyyətin razılığı olarsa, bu prosesdə əllərindən gələn dəstəyi verə bilərlər: “Əlbəttə, biz QAT olaraq qayıdış prosesinin önündə olmağa, tarana getməyə hazırıq. Biz illərdir Qarabağa yürüşlər təşkil edirik ki, evimizə qayıtmaq istəyirik. İndi köç karvanının önündə getmək üçün hazırıq”.
QAT rəhbəri bildirdi ki, onlarda Xankəndi, Xocalıya neçə nəfərin, nə qədər ailənin qayıtmaq istədiyi barədə konkret statistika yoxdur: “Qeyri-rəsmi sorğularımıza görə, əksəriyyət qayıtmaq istəyir. Hətta ittiham edənlər də var ki, niyə bizim qayıtmağımıza imkan vermirlər?”
Azərbaycan dövləti qətiyyətlidir və ərazisində hansısa qanunsuz silahlı birləşmələrin mövcudluğuna imkan verməyəcəyini bəyan edib, səbri də tükənməz deyil. Üstəlik, Xankəndi, Xocalı daxil olmaqla, bütün ərazilərin əsl sahibləri yurduna dönəcəyi günün həsrətindədir. Bu mənada ötən gecə Qazax istiqamətində təxribatların törədilməsi də düşmənin prosesləri uzatmaq, ənənəvi qaydada səngimiş savaşı iki dövlət sərhədinə çəkib, KTMT-ni proseslərə qatmaq kimi kiflənmiş planın tərkib hissəsi ola bilər. Ancaq daha bu cür təxribatlar keçməz. Proseslərin Ermənistanın daxilinə keçməsi ölkənin birdəfəlik məhvinə səbəb ola bilər...
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2021, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-02-2021, 09:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11