“62 ermənini azad edin, Naxçıvana yolu açaq” - sabiq nazirdən sərsəm şərtə şərh
Ermənistan yeni həyasız və cığal, həm də başından böyük tələblər irəli sürməyə başlayıb. Belə ki, xarici işlər naziri Ara Ayvazyan, daha sonra baş nazir Nikol Paşinyan sərsəm şərtlərlə çıxış etməkdədirlər.
Həm XİN başçısı, həm baş nazir Fransa Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan Batist Lemuanla görüşdə Azərbaycanın antiterror əməliyyatı zamanı həbs etdiyi 62 erməni hərbi əsir azad edilmədən regionda kommunikasiyaların bərpa edilməsinin qeyri-mümkün olduğunu bildiriblər. Lemuan bəyan edib ki, üçtərəfli bəyanat bir sıra məsələləri gündəmə gətirir, amma gündəmə gətirilməyən məsələlər var: “Bu yol verilmiş məqamlar Minsk Qrupu çərçivəsində həll olunmalıdır. Dekabr ayında ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfəri zamanı tərəflər ATƏT MQ formatında bu məsələlərlə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”.
Ermənistan tərəfinin iddiasına görə, Azərbaycanda 64 nəfərdən 235 nəfərə qədər əsir var. Onların böyük hissəsi 10 noyabr 2020-ci il bəyanatından sonra əsir düşüb. Bu, o deməkdir ki, onlar bütün erməni qoşunlarının regiondan çıxarılması haqqında razılaşmaya zidd olaraq Azərbaycana göndərilən hərbiçilərdir və terrorçu hesab olunurlar.
Ancaq İrəvan 10 noyabr anlaşmasına qanunsuz şərt qoşur, əsassız tələblər irəli sürür. Hətta daha da irəli gedərək 11 yanvarda Moskvada əldə edilmiş razılaşmaya, Rusiya prezidenti Vladimir Putinin imzası olan sazişə qarşı gedərək nəqliyyat-kommunikasiyaların açılmasının yalnız erməni terrorçuların azad olunması ilə mümkün olduğunu sayırlar. Halbuki Moskva razılaşmasında elə bir bənd yoxdur ki, Bakı erməni terrorçuları azad edir, əvəzində Mehri yolu açılır. Bu, Ermənistanın siyasi rəhbərlik səviyyəsində cəfəngiyyatıdır. Ancaq Paşinyan hakimiyyəti bu tələbinin arxasında sona qədər dayana bilərmi məsələsi sual doğurur. Kremlin Bakıdan onları azad etmək üçün xahiş və müraciəti mümkündürmü?
Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası nəzərdə tutulub. Lakin Ermənistan tərəfi danışıqları pozur. Əslində rəsmi İrəvan yanlış olaraq terrorçuları hərbi əsir hesab edir. Rəsmi məlumatlara görə, saxlanılanların hamısı 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.
Bu terrorçu qrupların təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar oldu. Bəs 10 noyabr bəyanatı və hərbi əməliyyatların dayandırılmasından sonra bu terrorçular Azərbaycan ərazisinə niyə göndərilmişdi?
Bəzi Ermənistan rəsmiləri 62 nəfərin, Serj Sərkisyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan 235 nəfərin saxlanıldığını iddia edir.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan bunun üçün öhdəliyi yerinə yetirməlidir. T.Zülfüqarov hesab edir ki, ilk növbədə Azərbaycan ərazilərində hərbi qulluqçuları olmamalıdır: “Elə həmin 62 nəfərin saxlanması ondan irəli gəlir ki, erməni hərbi dəstələri ərazilərimizi tərk eləsinlər. Ermənistan isə göstərmək istəyir ki, tərəflər dayandığı yerləri kontrolda saxlayırlar. Bununla onların fikri təmas xətti yaratmaqdır. Azərbaycan isə təbii ki, erməni tərəfinin mövqeyini qəbul etmir”.
T.Zülfqarovun fikrincə, Ermənistan belə şərtlər irəli sürməklə Azərbaycana bir yol qoyur: “Ki, ermənilər özləri blokadadan çıxmaq istəmirlər. Yadınıza salıram, 1992-ci ildə 907-ci bəndin qəbul edilməsi məhz bununla bağlıydı. Guya Azərbaycan Ermənistanı blokadaya salıb. İndi Azərbaycan bundan istifadə edərək kontur təbliğatı gücləndirməlidir. Biz bəyan etməliyik ki, özləri blokadadan çıxmaq istəmirlər. Əslində nə blokada var, nə də erməni qoşunları ərazilərimizdən çıxırlar. Bununla da işğalı davam etmək istəyirlər. Təbii ki, bu da qəbul edilməzdir”.
Politoloqun sözlərinə görə, Azərbaycanın tələbi aydındır: “Ərazilərimizdə onların qoşunları qalmamalıdır. Mənə belə gəlir ki, artıq bu tələbi icra edirlər. Sadəcə, rəsmi şəkildə etiraf etməlidirlər ki, bu ərazilərdə ordumuz yoxdur və olmayacaq. Onsuz da onlar Dağlıq Qarabağdan evakuasiya olmalıdırlar, hərbi birləşmələr tərk-silah edilməlidir. Çünki əks halda, sülhə nail olmaq mümkün olmayacaq”.
Bu arada Türkiyənin ehtiyatda olan general-mayoru Özgür Tör deyib ki, Xankəndində, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Onun sözlərinə görə, problemi tam həll etmək üçün yaxın keçmişdə olduğu kimi, Azərbaycan qətiyyətli və təxirəsalınmaz işlərini davam etdirməlidir. “Bu işlər hərbi mübarizə qədər siyasi mübarizəyə də bağlı bir məsələdir. İnformasiya müharibəsi hərbi savaş qədər önəmlidir. Rusiya Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində nəzarəti əldən vermək istəmir. Xocalı da keçmişdə törətdikləri qətliamların rəsmi olaraq ortaya çıxmasının qarşısını almaq üçün Azərbaycana təhvil verilmir. Nəticədə o torpaqlar Azərbaycanındır və alınacaq. Şanlı Azərbaycan bayrağı orada da dalğalanacaqdır. Bunu hər yerdə, hər dildə gündəmə gətirəcəyik. İndi növbə bu mövzuda qərarlı olduğumuzu izah etməyindir”, - deyə Tör bildirib. Xatırladaq ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan mühüm məlumat yayıb. Onun sözlərinə görə, Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan “Qarabağın müdafiə ordusu”nun ləğvi ilə bağlı razılığa gəliblər.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2021, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-02-2021, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti