Avropa İttifaqı ilə rəsmi Bakı arasında gərginlik - NƏ BAŞ VERİR?
Avropa İttifaqı (Aİ) sözçüsünün 10 noyabr anlaşmasından sonra Azərbaycanda tutulan 62 erməni terrorçusunu hərbi əsir kimi buraxılması çağırışına rəsmi Bakı sərt reaksiya bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi Aİ-ni 44 günlük Vətən müharibəsi zamanı susqunluqda suçlayıb:
“Aİ-dən Ermənistan tərəfindən ”Smerç" raketlərindən istifadə edilərək azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də Birinci Qarabağ müharibəsi dövründə 4000-dən çox azərbaycanlının itkin düşməsi ilə bağlı bu günədək hər hansı açıqlama verilməmiş, münasibət bildirilməmişdir".
Rəsmi Bakı 62 erməni terrorçunun Azərbaycan hərbi qulluqçularını şəhid etdiklərini vurğulayaraq, Avropa İttifaqına sərt şəkildə xəbərdarlıq edib: “Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcəkdir. Bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər”.
Ekspertlər Aİ-nin bu çağırışının Azərbaycanla əlaqələrə ciddi zərbə vura biləcəyini ehtimal edirlər. Eyni zamanda çox haqlı olaraq bu suallar yaranıb: Avropa İttifaqı niyə erməni terrorçuları müdafiə edir? Azərbaycan kimi ciddi ticari tərəfdaşlıq etdiyi, regionun lider ölkəsini faşist ideologiyasına xidmət edən bir ölkənin maraqlarına qurban verir? Bunun Azərbaycan-Aİ siyasi əlaqələrinə hansı mənfi təsirləri ola bilər? Avropa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, kor və kardırmı? Bu yenə də xristian amilinin önə çıxmasıdırmı?
Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva: “Avropa Birliyi rəsmisinin müdafiə etməyə çalışdığı bu terrorçular məhz dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığını pozub. Ədalət naminə demək lazımdır ki, buna qədər isə Aİ Cənubi Qafqaz regionunda təhlükəsizliyin bərqərar olunması üçün birbaşa təsir mexanizmlərinə malik olmasa belə, regionda sülhün bərqərar olması üçün Dağlıq Qarabağ konfliktinin həllində alət ola biləcək cari və rezerv imkanları işə salmışdır. Lakin birliyin Dağlıq Qarabağ münaqişəsində sülhün əldə olunması üçün səyləri heç nəyə yaramadı. 10 noyabr müqaviləsini imzalamaqla Ermənistan Dağlıq Qarabağdakı erməni terroristlərinin etdiyi bütün cinayətlərin məsuliyyətini öz üzərinə götürüb və hərbi əsirlər dəyişdirilib. Ardınca isə bu 62 nəfərlik terrorist qrup diversiya üçün Azərbaycana keçib və bunun arxasında Ermənistan dövləti durur. Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel hesab edir ki, Türkiyə və Rusiya Dağlıq Qarabağ, Suriya və Liviyada münaqişələrdə ”astanalaşır" kimi bir fikir söyləmiş və Avropa İttifaqı maraqlarının risk altında olduğu yerlərdə olmalıdır kimi bir fikir səsləndirmişdi. Ardınca da «Aİ öz potensialımızdakı boşluqları aradan qaldırmalı və maraqlarının risk altında olduğu yerlərdə fəal iştirak etməlidir» söyləmişdir. Məhz 62 terrorçunu tələb edən Aİ rəsmisi Borrelin haqqında danışdığı boşluqlardır. Aİ bu boşluqları Türkiyə və ya Azərbaycanın addımlarında deyil, öz ikili standartlı və iki üzlü siyasətində axtarmalıdır. Məsələn, Aİ-nin maraqlarının müdafiəsi üçün Fransanın öhdəlik və məhsuliyyət daşıdığı bütün layihələrdə maraqları diskreditasiya olundu. 44 gün ərzində Ermənistan Avropa İttifaqının qaz xətləri keçən Gəncə və Tovuz bölgəsini raket atəşinə tutdu, həmin bölgə və digər Bərdə, Tərtər, Agcabədi rayonlarında mülki əhalinin yaşadığı ərazilərə raket atdı, mülki əhali öldürüldü, Avropa İttifaqı bu mövzuları şərh etmədi. Cəmi bircə dəfə Avropa Xarici Fəaliyyət Xidmətinin (həm də Avropa Komissiyasının) mətbuat katibi Peter Stano “Avropa Birliyi 3 humanitar atəşkəsdən sonra Bərdədə mülki insanları atəşə tutan Ermənistanın davranışını qəbuledilməz hesab edir” kimi heç nəyə yaramayan dişsiz bəyanat verdi. Avropa İttifaqı Komissiyası Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin təsirinə ən çox məruz qalmış mülki şəxslərə həlledici yardımın göstərilməsi üçün humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırdığını elan etdi. Bu maliyyə vəsaiti döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilir. Bununla da Aİ işini bitmiş hesab etdi. Aİ-nin nümayəndəsi Cozep Borrell “Şərq Tərəfdaşlığı”nın bütün üzv dövlətlərinin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün toxunulmazlığı və siyasi müstəqilliyin dəstəklənməsi ilə bağlı öhdəliyi mövcuddur və Aİ-nin Azərbaycanda həbs edilmiş terrorçuların təhvil verilməsi tələbi bu öhdəliyə ziddir. Aİ dəfələrlə Azərbaycanla ikitərəfli sazişlə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirib. Aİ ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların irəliləməsində maraqlıdırsa, onda öz öhdəliklərinə zidd tələblər etməməlidir. Bu prinsip təkcə Azərbaycanla münasibətlərə aid deyil, ümumiyyətlə, Aİ-nin bütün tərəfdaşlarla münasibətlərinə aiddir".
Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev qeyd etdi ki, Avropa İttifaqı sözçüsünün 62 erməni terrorçusunun buraxılması ilə bağlı çağırışını faciəvi qarşılamaq lazım deyil: “İlk öncə demək istəyirəm ki, bu çağırış birliyin vahid mövqeyini əks etdirmir. İkincisi isə Azərbaycan rəsmilərinin bu açıqlamaya kifayət qədər tutarlı arqumentlərlə cavabının da şahidiyik. Eyni zamanda bu məsələ ilə bağlı BMT-yə və digər beynəlxalq təşkilatlara da məlumatlar göndərilib. Digər tərəfdən, hamımıza məlumdur ki, ittifaqa daxil olan ölkələr içərisində Ermənistanı dəstəkləyən və Azərbaycanın əleyhinə işləyən güclər də mövcuddur. Bu səbəbdən bizi istəməyən qüvvələrin nümayəndələrinin Aİ strukturlarında təmsil olunmaları da mümkündür və onların hadisələrə ikili standartlar çərçivəsində yanaşması gözləniləndir. Aİ sözçüsünün son açıqlamasını da həmin güclərin təsiri və təzyiqi ilə əlaqələndirirəm. Amma bu bəyanata görə ciddi narahat olmağa dəyməz. Çünki Aİ daxilində Azərbaycanla isti münasibətləri olan və hər zaman dəstəyini gördüyümüz dövlətlərin, Aİ rəsmilərinin sayı da az deyil. Hər belə açıqlamadan sonra Azərbaycanın ittifaqla əməkdaşlıqdan imtina etməsi çağırışlarını isə tamamilə yolverilməz hesab edirəm. Belə hal düşmənlərimizin və onların dəstəkçilərinin əsas hədəflərindən biridir. Onlara bu arzularına çatmağa imkan verməməliyik. Əsas işimiz Aİ ilə əlaqələri inkişaf etdirmək, bizimlə münasibətləri yaxşı olan siyasətçilərlə, Aİ rəsmiləri ilə işlər aparmaqla Azərbaycan əleyhinə olan planların qarşısını almaq olmalıdır. Hazırda savadlı, təcrübəli diplomatlarımızın, beynəlxalq təşkilatlarla işləyən siyasətçilərimizin əsas hədəfi bu olmalıdır. Hər belə bəyanatdan sonra bir növ küsmək, əməkdaşlıqdan imtina etmək zəiflik əlaməti sayıla bilər. İndiyədək ermənilərin apardığı bu cür işlərin nəticəsi olaraq biz zaman-zaman əleyhimizə olan bəyanatları görmüşük. Amma bu o anlama gəlməməlidir ki, Aİ bütünlükdə əleyhimizədir. 44 günlük müharibə zamanı Aİ-nin növbətçi bəyanatları istisna olmaqla, əleyhimizə hansısa ciddi addımlarının şahidi olmadıq. Bizim Qərblə işləmək üçün iqtisadi sahələr də daxil olmaqla, bütün imkanlarımız Ermənistandan qat-qat üstündür. Ona görə də müharibədə qazandığımız qələbəni beynəlxalq səviyyədə informasiya savaşında qazanacağımız qələbə ilə möhkəmlətməliyik”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2021, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-02-2021, 09:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01