LAVROVUN ÇAVUŞOĞLUNA BAKINI DA NARAZI SALACAQ CAVABI VƏ... – Rusiya Türkiyənin iradlarından narahat olub
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Qarabağ məsələsindən və 10 noyabr üçtərəfli razılaşmasından danışıb. Nazir əsasən Azərbaycanın və onun strateji müttəfqi Türkiyənin narazı qaldığı məsələlərə münasibət bildirib. Bu barədə bir qədər sonra...
S.Lavrov əvvəlcə Ermənistanda populyar olan "10 noyabr razılaşmasına “məxfi əlavə” var" fikrinə reaksiya verib. Bildirib ki, üçtərəfli razılaşmaya hər hansı məxfi əlavədən söhbət gedə bilməz.
Nazir jurnalistlərin Dağlıq Qarabağın Rusiyanın tərkibinə qatılmasının mümkünlüyü haqda sualına cavabında bu cür təklifləri “ekzotik” adlandırıb.
“Başa düşürəm, Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb, o cümlədən Ermənistan tərəfindən. Bizim heç buna yaxın gələn fikrimiz də yoxdur”,- deyə Lavrov əlavə edib.
XİN rəhbəri bildirib ki, Rusiya bundan sonra da regionda sülhün və stabilliyin təmin olunmasına yönələn həllin axtarılmasında Azərbaycana və Ermənistana kömək edəcək.
Rusiya XİN rəhbəri həmin razılaşmada Dağlıq Qarabağın statusu məsələsinin yer almadığını xatırladıb.
“Bu şüurlu şəkildə edilib. Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır”, - Lavrov bildirib.
Rusiya Xarici İşlər naziri əsirlər barədə də danışıb. Deyib ki, əsirlər məsələsində əvvəlcə ermənilərin böyük problemi vardı. Hər iki tərəf itkin düşmüş adamların siyahısını tərtib etməliydi.
“Həqiqətən də, Ermənistan tərəfində problemlər olub. Gərək hər iki tərəf əsirlərin siyahısını verərdi. Azərbaycan tərəfi həmin siyahını verib. Ermənistan tərəfindən isə bu siyahı tam verilməyib. 9 noyabra kimi əsir düşənlər təhvil verilib. Lakin həmin ərazidə 62 nəfər əsir düşüb. Azərbaycan tərəfi bildirir ki, həmin 62 nəfər hərbi əməliyyatların dayandırılmasından sonra bilərəkdən ora göndərilib. Ona görə də, bu məsələyə 9 noyabr bəyanatı çərçivəsində deyil, ayrılıqda baxmaq lazımdır. Rusiya olaraq əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıyıq. Bu mövzu mövcuddur. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı”, - - Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur. O, qeyd edib ki, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır.
Rusiyalı nazir Ermənistan rəsmilərinin tez-tez Xankəndinə səfərlər etməsinə və Azərbaycan rəhbərliyinin bunun yolverilməz olduğu barədə bəyanatlarına isə belə cavab verib: “Bütün razılaşmalarda, hər şeydən öncə 9 noyabr bəyanatında Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqənin təmin olunacağı əksini tapıb. Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Ona görə də, bu, azərbaycanlı qonşularımız da daxil olmaqla, bütün tərəflərin razılığının predmetidir. 9 noyabr bəyanatında Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də, bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.
Rusiya Xarici İşlər nazirinin açıqlamalarında bir neçə diqqətçəkən məqam var. İlk növbədə S.Lavrovun dediklərini ötən həftə türkiyəli həmkarı M.Çavuşoğlunun bəyanatına reaksiya saymaq olar.
Xatırladaq ki, Türkiyə XİN rəhbəri bildirmişdi ki, bölgədə əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur.
"Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”, - Çavuşoğlu vurğulayıb.
Lavrov isə cavabında iddia edib ki, sülhməramlıların statusu Rusiya, Azərbaycan və Ermənistanla birgə həll ediləcək. Yəni o, dolaysıyla Türkiyənin bu prosesdə iştirak etməsini istəmədiklərini, onun müdaxiləsini doğru saymadığını bildirib.
Nazirin dediyindən belə məlum olur ki, Moskvanın mövqeyi Azərbaycan rəhbərliyinin narazı qaldığı, Çavuşoğlunun da dilə gətirdiyi "Dağlıq Qarabağa giriş-çıxışa Bakı nəzarət etməlidir" mövqeyindən kəskin fəqlənir.
Lavrov bu məsələnin 10 noyabr razılaşmasında nəzərdə tutulduğunu iddia edir. Amma həmin bəyanatda yalnız erməni əhalisinin Ermənistana və Dağlıq Qarabağa gedib-qayıtmasından bəhs olunur. Laçın dəhlizi erməni rəsmilərinin Bakıdan icazəsiz səfərlər həyata keçirilməsi üçün istifadə edilə bilməz.
Lavrovun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi barədə təxribarçı suala cavabı Bakını qane etsə də, nazirin çıxışında bölgəni "Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası" adlandırması kifayət qədər ziddiyətli fikirdir.
Xatırladaq ki, Rusiya ən ali - prezident V.Putin səviyyəsində Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasına aid olduğunu bəyan edib. Lavrov mətbuat konfransında bir dəfə olsun bu fikri təkrarlamaq istəməyib.
Nazirin toxunduğu daha bir məsələ əsirlərin qaytarılmasıdır. Lavrov qeyd edib ki, Azərbaycan 62 nəfər hərbi əsiri Ermənistana qaytarmalıdır.
Bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyi kifayət qədər aydındır və haqlıdır: Həmin şəxslər hərbi əsir sayıla bilməz! Çünki müharibə bitdikdən sonra sözügedən silahlı qrup Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun bölmələrinə qarşı deversiya əməliyyatları həyata keçirməyə cəhd edib. Nəticədə silahlı dəstənin bir neçə üzvü öldürülüb və yaralanıb, 62 nəfər isə təslim olub. Həmin şəxslər həbs edilərək barələrində cinayət işi açılıb, istintaq aparılır.
Azərbaycan və Ermənistan müharibədən sonra Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə əsirlərin mübadiləsini həyata keçirib. Azərbaycan 50-yə qədər erməni hərbçisini təhvil verib. Ermənistanda saxlanılan 14 azərbaycanlı hərbçi isə bu mübadilə çərçivəsində geri qaytarılıb. Sergey Lavrov bu məsələdə birmənalı şəkildə Ermənistanın mövqeyindən çıxış edir. Halbuki Azərbaycan kifayət qədər əsaslı dəlillər təqdim edərək həmin şəxslərin hərbi əsir olmadığını göstərib. Onlar diverasnt və terrorçulardır.
Rusiya XİN rəhbəri 10 noyabr razılaşmasının vacib bəndlərinin icra olunmamasından bəhs etməyib.
Xatırladaq ki, İrəvan erməni silahlı birləşmələrinin ərazidən çıxarılması və Azərbaycan üçün daxili kommunikasiyaların açılması məsələsini icra etməkdən imtina edir.
Göründüyü kimi, Sergey Lavrov mövcud problemlərin üzərindən sükutla keçərək bölgədə vəziyyətin Azərbaycanı və Ermənistanı qane edən səviyyədə olduğunu nümayiş etdirməyə çalışıb. Onun daha çox Cavuşoğlunun son açıqlamalarına cavab vermək məqsədi ilə təşkil etdiyi brifinqdə səsləndirdiyi fikirlərin rəsmi Bakını da narazı salacağı şübhə doğurmur.
Çünki Qarabağda vəziyyət mürəkkəb olaraq qalır... Bakının gözlədiyi məsələlərin həlli uzanır, bu da öz növbəsində Azərbaycan və onun müttəfiqi Türkiyənin getdikcə artan narazılığına səbəb olur.
Lavrov nə qədər ölkəsinin dominant mövqedə olduğunu göstərməyə çalışsa da, real situasiya onun ifasında göstərildiyi kimi deyil. Bakı və Ankara Rusiyadan üzərinə düşən öhdəlikləri yerinə yetirməyi, Dağlıq Qarabağda Azərbaycanın suverenliyinə yaradılan əngəlləri aradan qaldırmağı tələb edəcəklər.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-01-2021, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-01-2021, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |