"VAŞİNQTONUN AKP İQTİDARI İLƏ BAĞLI XÜSUSİ PLANI VAR"
Zeynal Əmrəliyev: "Son dövrlər Türkiyədə baş verən gərgin siyasi hadisələr də məhz bunun nəticəsidir"
"Ərdoğan iqtidarı Şərq blokuna meyilliliyindən əl çəkməsə, Türkiyəyə "sanksiya yağışı"na məruz qalacaq"
Məhəmməd Əsədullazadə: "ABŞ konqresmenlərinin Türkiyəyə qarşı hazırladıqları qətnamə iki ölkə arasında soyuq münasibətlər yaratsa da, sanksiyalar tətbiq edilməyəcək"
Kamran Sultanlı: "Türkiyənin "S-400" zenit-raket komplekslərindən imtina etməsi onun Rusiya ilə əlaqələrinə mane ola bilər"
Kənan Paşayev: "ABŞ artıq Türkiyənin regiondakı hegemonluğunu qəbul edib, onunla uzlaşmaya getməli və siyasi-iqtisadi əməkdaşlığı genişləndirməlidir"
Rusif Məmmədsoy: "ABŞ Türkiyəyə nə qədər təzyiq göstərsə də, NATO ölkəsi kimi ona ciddi ehtiyac duyur"
ABŞ Konqresi Türkiyəni Rusiyanın "S-400" zenit-raket komplekslərini almasından daşındırmaq üçün rəsmi Ankaraya yeni təzyiqlər göstərməyə hazırlaşır. Belə ki, bununla bağlı Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ-ın demokratlardan və respublikaçılardan ibarət konqresmenlər qrupu Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi alacağı təqdirdə bu ölkə əleyhinə "Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə əks təsir haqqında" qanun çərçivəsində "sanksiyaların tam tətbiqi", həmçinin Türkiyənin F-35 beşinci nəsil qırıcı-bombardmançısının yaradılması proqramından çıxarılması çağırışlı qətnaməni baxılması üçün Nümayəndələr Palatasının bir neçə komitəsinin müzakirəsinə təqdim edib.
ABŞ Türkiyəyə qarşı ciddi sanksiyalar hazırlayır
Sözügedən qətnamənin həmmüəlliflərindən biri, Nümayəndələr Palatasının Xarici işləri üzrə Komitəsinin Texas ştatından olan respublikaçı üzvü Maykl Makkol qeyd edib ki, Türkiyə ABŞ-ın çoxdankı müttəfiqi olsa da, artıq açıq seçim qarşısındadır: "Əgər Ankara Rusiyadan zenit-raket sistemləri alsa, onda ABŞ dərhal Türkiyəyə qarşı sanksiyalar tətbiq etməli və ölkənin F-35 proqramından çıxarmalıdır. Bizim iki partiyadan olan Konqres üzvləri tərəfindən daxil edilmiş qətnaməmizə ABŞ-ın Konqresinin aydın bəyanatı kimi baxılmalıdır - Türkiyə Rusiyanın və ya NATO üzrə müttəfiqlərinin partnyoru olmaq kimi seçim etməlidir. Ümid edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan düzgün seçimi edəcək. Bizim gələcək ittifaqımız bundan asılıdır". Qətnamənin digər müəllifi, beynəlxalq əlaqələr komitəsinin sədri Eliot Engel isə Türkiyədən Rusiya prezidenti Vladimir Putinə "yaltaqlanmamağı" tələb edib və raketləri satın almaqdan imtina etməyə çağırıb.
Onu da bildirmək lazımdır ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da bu yaxınlarda verdiyi açıqlamasında bəyan edib ki, rəsmi Ankara Rusiyanın "S-400" zenit-raket kompleksini əldə edəcəyi halda ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər: "ABŞ-ın "S-400" sistemi üzrə Türkiyə-Rusiya müqaviləsinə mövqeyi dəyişməyib. Bu sistemin Rusiyadan Türkiyənin təşəbbüsü ilə alınması Vaşinqtonda ciddi naratalıq doğurub". Robert Palladinonun sözlərinə görə, ABŞ Türkiyə ilə Raket Hücumundan Müdafiə Sistemi üzrə sıx təmasdadır və Vaşinqton Ankaraya "Patriot" zenit-raket kompleksinə yiyələnməyi təklif edib: "Rusiyanın Türkiyəyə "S-400" tədarükü Ankaranın F-35 qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan başqa, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək". ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini bildirib ki, "S-400"ü silah arsenalına daxil edən ölkələrə "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" qanunu tətbiq ediləcək.
Bu arada, Türkiyənin "Yeni Şəfəq" qəzetinin yazarı Mehmet Acet isə təxminən, bir ay əvvəlki məqaləsində vurğulayıb ki, ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək. O iddia edir ki, ABŞ Müdafiə Nazirliyi türkiyəli həmkarlarına 30-dan çox sanksiyanın yer aldığı siyahı təqdim edib. Bu siyahıdakı maddələr Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi tədarük etməsi təqdirində tətbiq olunacaq. Burada, həmçinin, F-16 qırıcılarının hissələrinin tədarükünü dayandırmaqla bağlı sanksiyaya da yer verilib.
Nəzərinizə çatdıraq ki, bütün bu təhdidlərə, yəni Vaşinqtonun təzyiqlərinə rəğmən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması məsələsində geri addım atılmayacağını dəfələrlə bəyan edib. Belə ki, artıq bu əqdin yekunlaşdırıldığını deyən Ərdoğan bildirib ki, bundan sonra geri addım atmaqdan söhbət belə, gedə bilməz. Bununla yanaşı, Türkiyə lideri qeyd edib ki, Ankara "Patriot" zenit-raket kompleksinin alınması ilə bağlı Vaşinqtonun təklifini də nəzərdən keçirməyə hazırdır.
"Türkiyənin Rusiya, İran və ümumilikdə Şərq bloku ölkələri ilə yaxınlaşması ABŞ-ı narahat edir"
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev isə bildirdi ki, ABŞ-ın sözügedən qətnaməni qəbul etməsi hazırda Türkiyədə mövcud olan iqtidarın zəiflədilməsinə yönəlib: "Bildiyiniz kimi, Türkiyə son zamanlar Rusiya, İran və ümumilikdə Şərq bloku ölkələri ilə çox yaxınlaşır, buna meyil güclənir. Onlar birgə layihələr həyata keçirirlər. Bu da təbii olaraq ABŞ-ı narahat edir. Belə ki, ABŞ-ın hakim dairələrində də belə bir fikir formalaşıb ki, Türkiyə artıq öz seçimini etməlidir. Yəni ya Rusiya və İranla müttəfiq olmalıdır, ya da əsl NATO üzvü kimi davranmalı, Amerikanın başçılıq etdiyi Qərb blokunun yanında yer almalıdır. Əslində, ABŞ-ın sanksiyalar siyasəti buna hesablanmş bir addımdır. Həqiqətən də Amerikanın Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksini almasına qarşı çıxması anlaşılan, başa düşüləndir".
"Ola bilər ki, Türkiyəyə qarşı güclü iqtisadi sanksiyalar tətbiq olunsun"
ABŞ-Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı mövqeyini ifadə edən ekspert qeyd etdi ki, rəsmi Vaşinqtonun Türkiyə hakimiyyəti ilə əlaqədar xüsusi planları var: "Düşünürəm ki, Amerika institutları belə bir plan hazırlayırlar. Son dövrlər Türkiyədə baş verən gərgin siyasi hadisələr də məhz bunun nəticəsidir. Ümumiyyətlə, ABŞ-ın hakim dairələrində hazırkı AKP iqtidarını tora salmaq kimi bir fikir var idi. Yəni belə bir plan üzərində işləyirdilər. Görünən odur ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərlə buna nail olurlar. Belə ki, ölkədə siyasi vəziyyəti gərginləşdirmək kimi missiyanı həyata keçirirlər. Bildiyiniz kimi, artıq Türkiyədə hərbi çevriliş qeyri-real görünür. Buna görə də belə qənaətə gəliblər ki, sırf siyasi böhran yaradaraq AKP iqtidarına, ümumilikdə ölkəyə təsir etsinlər". Əgər Ərdoğan iqtidarı Şərq blokuna meyilliliyindən əl çəkməsə, Rusiya ilə tərəfdaşlığı azaltmasa, o zaman ABŞ və onun müttəfiqlərinin Türkiyəyə qarşı aqressiv münasibətinin bundan sonra da davam edəcəyini vurğulayan Zeynal Əmrəliyevin sözlərinə görə, nəticədə qardaş ölkə "sanksiya yağışı"na məruz qalacaq: "Bu isə Türkiyə iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Yaxşı olar ki, rəsmi Ankara bu məsələdə ehtiyatlı davransın. Çünki Türkiyədə maliyyə sisteminin əsasını Qərb ölkələri ilə əməkdaşlıq təşkil edir. Yəni Qərb ölkələrindən asılı vəziyyətdədirlər. Məsələn, Türkiyə dara düşdükdə Beynəlxalq Valyuta Fondundan borc götürür, Qərb ölkələrindən yardım alır. Odur ki, bütün bunları düşünmək lazımdır. Çünki ola bilər ki, Türkiyəyə qarşı güclü iqtisadi sanksiyalar tətbiq olunsun. Bu isə ciddi iqtisadi böhrana səbəb olacaq. Onsuz da bu gün Türkiyə iqtisadi böhranın girdabındadır. Yəni bu haqda düşünmək lazımdır. İnanıram ki, lazım olan qərarı qəbul edəcəklər".
"Mümkündür ki, Donald Trampın Türkiyə səfərindən sonra əlaqələrdə müəyyən inkişaf nəzərə çarpsın"
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, ABŞ-ın Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlığının qarşısını almaq üçün tətbiq etdiyi sanksiyalar ilk növbədə suveren ölkənin siyasətinə müdaxilədir: "Bildiyiniz kimi, Türkiyənin "S-400" zenit-raket kompleksinə ehtiyacı var. Zamanında ABŞ bu silahlar sisteminə daxil olan "Patriot" zenit-raket komplekslərini Türkiyəyə vermədi. Türkiyə də seçim etdi. ABŞ konqresmenlərinin Türkiyəyə qarşı hazırladıqları qətnaməyə gəlincə, bu, iki ölkə arasında soyuq münasibətlər yaratsa da, düşünürəm ki, sanksiyalar tətbiq edilməyəcək". Türkiyənin F-35 proqramından çıxarılmasını real görmədiyini deyən politoloq hesab edir ki, əgər bu hal baş verərsə, o zaman rəsmi Ankara Rusiyanın SU-57 döyüş təyyarəsinə müraciət etməli olacaq: "ABŞ bunları bilir və buna görə də çalışacaq ki, iki ölkə arasında münasibətlərdə dərin problemə getməsin. Hesab edirəm ki, ABŞ-Türkiyə əlaqələri hazırkı vəziyyətdə davam edəcək. Kəskin problem yaradacaq məsələlər isə masa arxasında müzakirə olunacaq. O cümlədən, mümkündür ki, Donald Trampın Türkiyə səfərindən sonra əlaqələrdə müəyyən inkişaf nəzərə çarpsın".
"Ola bilər ki, Türkiyə bu raketləri alsa da, onu NATO məkanında yerləşdirməsin"
ABŞ-ın "S-400" zenit-raket kompleksinin NATO məkanına inteqrasiyasından çəkindiyini vurğulayan müstəqil ekspert Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, rəsmi Vaşinqton adıçəkilən silahın F-35-lər üçün təhlükə formalaşdıra biləcəyindən ehtiyat edir: "Artıq hər kəsə bəllidir ki, vaxtilə Türkiyə "Patriot" zenit-raket komplekslərini əldə etmək məqsədiylə ABŞ-a müraciət etmişdi. Lakin Vaşinqton Ankaranın təklifinə müsbət cavab verməmişdi. Belə olan halda, hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olan Türkiyə Rusiyaya müraciət etməli oldu. Məhz bundan sonra ABŞ-la Türkiyə arasında gərginlik yaşanmağa başladı və bu gün də davam edir. Belə ki, rəsmi Ankara Vaşinqtondan Türkiyənin milli maraqlarına hörmət etməyi, YPG və PYD-yə dəstəyi dayandırmağı tələb edir".
"S-400" zenit-raket kompleksi ilə bağlı müqavilənin bağlandığını xatırladan Kamran Sultanlı bu qənaətdədir ki, Türkiyənin bu silahdan imtina etməsi onun Rusiya ilə əlaqələrinə mane ola bilər: "Bu baxımdan, Türkiyə mütləq "S-400" zenit-raket kompleksini təhvil alacaq. Lakin bununla yanaşı, onu da zənn edirəm ki, Ankara Vaşinqtonla diplomatik danışıqlara davam edəcək. Ola bilər ki, Türkiyə bu raketləri alsa da, onu NATO məkanında yerləşdirməsin. Bu halda həm ABŞ, həm də Rusiya ilə əlaqələrini qoruya bilər. Hesab edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trampa Rusiyadan aldıqları "S-400" zenit-raket kompleksi üçün tərkibində bir NATO təmsilçisinin də olacağı ortaq komissiyanın qurulmasını təklif etməsi məhz buna əsaslanır".
"Əgər Türkiyə ilə münasibətlər daha da pisləşsə, o zaman rəsmi Ankara Rusiya, Çin, İran kimi nəhəng ABŞ rəqiblərinin siyahısına daxil olacaq"
"Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Kənan Paşayev isə hesab edir ki, ABŞ-ın sanksiya siyasəti artıq öz məcrasından çıxmış vəziyyətdədir: "Türkiyəyə qarşı bu qədər sərt mövqe tutması, ən az Ankara qədər rəsmi Vaşinqtona da zərərlidir. Loru dildə desək, ABŞ sözünə baxmayan hər dövlətə sanksiya tətbiq edir. Dünyanın sürətlə qloballaşdığını nəzərə alsaq, ABŞ-ın bu siyasəti onu siyasi səhnədə zəiflədə bilər. Çünki bu, qloballaşmadan kənarda qalır".
Ekspertin sözlərinə görə, əgər Türkiyə ilə münasibətlər daha da pisləşsə, o zaman rəsmi Ankara Rusiya, Çin, İran kimi nəhəng ABŞ rəqiblərinin siyahısına daxil olacaq: "Bu dördlüyün yaradacağı ittifaq hətta ABŞ-ın dünyadakı birinciliyinə belə, son qoya bilər. Bildiyiniz kimi, son dövrlər ABŞ-ın Avropa ilə də münasibətlərində ciddi problemlər var. Odur ki, Vaşinqtonun bütün səylərinə baxmayaraq, Türkiyənin "S-400" zenit-raket komplekslərini əldə etməsinin qarşısının alınması mümkünsüzdür. Düşünürəm ki, ABŞ sanksiya tətbiq edə və F-35 təyyarələrinin satışını dayandıra bilər. Ancaq bu zaman Ankaranın Rusiyadan Su-57 döyüş təyyarəsini almaq ehtimalı ortaya çıxır. Bu səbəbdən də ABŞ artıq Türkiyənin regiondakı hegemonluğunu qəbul edib, onunla uzlaşmaya getməli və siyasi-iqtisadi əməkdaşlığı genişləndirməlidir. Əks təqdirdə ziyanlı tərəf ABŞ olacaq".
"Ankaranı Moskvaya yaxınlaşdıran yalnız "S-400" deyil, eyni zamanda İdlibdəki anlaşma, Türkiyədə inşasına başlanmış Atom Elektrik Stansiyası və s. amillərdir"
Türkiyə ilə ABŞ münasibətlərinin gələcək taleyi ilə bağlı dəqiq mövqe bildirməyin hələ tez olduğunu vurğulayan siyasi şərhçi Rusif Məmmədsoyun fikrincə, bunun üçün əvvəlcə rəsmi Vaşinqton ilk addımı atmalıdır: "Belə ki, küsən tərəf əslində Türkiyə, küsdürən tərəf isə ABŞ-dır. Bu mənada, düşünmürəm ki, Türkiyə "S-400"lə bağlı qərarında geri dönsün. Əgər belə bir qərar versə bu, Türkiyə üçün təsirsiz ötüşməyəcək. Bundan əlavə, Türkiyə artıq F-35-lərlə bağlı mövqeyini bildirib. Onlar həm F-35, həm də "S-400" almaq istəyir. Lakin ABŞ bununla razılaşmır. Belə olduğu halda isə Türkiyə geri addım atmaq istəmir. Çünki Türkiyəni Rusiyaya yaxınlaşdıran yalnız "S-400" deyil, eyni zamanda İdlibdəki anlaşma, Türkiyədə inşasına başlanmış Atom Elektrik Stansiyası və s. amillərdir".
Qardaş ölkənin NATO-dan çıxmaq və ya çıxarılması ilə bağlı qərarın veriləcəyinin inandırıcı olmadığını qeyd edən Rusif Məmmədsoy bildirdi ki, ABŞ Türkiyəyə nə qədər təzyiq göstərsə də, NATO ölkəsi kimi ona ciddi ehtiyac duyur: "Türkiyə regionun əsas güclərindən biridir. Bu mənada, ABŞ bu məsələni həll etmək üçün alternativ yollar axtaracaq. Düşünürəm ki, ABŞ və Türkiyə münasibətlərində müəyyən zamandan sonra yumşalma baş verəcək. Bu, hər iki ölkə üçün əlverişli olar. ABŞ özü də bunu başa düşür. Çünki Türkiyə və Rusiya cütlüyü bölgədə ABŞ üçün böyük təhlükədir. Bura xüsusilə də İranı əlavə edərsək, deyə bilərəm ki, ABŞ mütləq şəkildə Türkiyə ilə münasibətləri tənzimləyəcək".
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-05-2019, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-05-2019, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti