Azərbaycanda Türkiyə bazaları haqqında İLGİNC REALLIQ - “Ən sadə cavab - Moskvanın istəməməsidir”
Amerikalı jurnalist Coan Lisoski, Atlantik Şurasının analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzadan geniş müsahibə alıb. “Youtube”-da yayımlanan videomüsahibədə Azərbaycan və Rusiya prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanan Moskva Sazişindən danışılır. AYNA müsahibədən Azərbaycan oxucusu üçün maraqlı olan hissələri təqdim edir.
- Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvadakı görüşü, gözlənildiyi kimi, Qarabağdakı vəziyyətə həsr olunmalı idi, amma, əsasən bölgədəki iqtisadiyyat və nəqliyyat infrastrukturunun problemləri, o cümlədən Ermənistan ilə Rusiya arasında dəmir yolu rabitəsinin təşkili müzakirə edildi. Bu, Azərbaycan və Ermənistan liderləri arasında döyüş əməliyyatları bitdikdən sonra ilk görüş idi, baxmayaraq ki, Əliyev və Paşinyan qucaqlaşmadılar və əl vermədilər. Bu görüşü necə qiymətləndirərdiniz və əhəmiyyəti nədir?
- Əlbəttə ki, bu görüşün böyük əhəmiyyəti var. Yeri gəlmişkən, qucaqlaşmalar var idi. Və mənə elə gəlir ki, Vladimir Putinlə İlham Əliyev arasındakı qucaqlaşma daha çox emosional idi, hətta Rusiya liderinin üzündə təbəssüm görə bilirdin. Və mənə elə gəlir ki, bundan sonra, o, Paşinyanı da qucaqlamağa məcbur oldu, hətta çiyninə də vurdu.
Danışıqlar zamanı dövlət başçıları nəqliyyat infrastrukturunun deblokadasına 10 noyabr tarixli Üçlü Sazişin 9-cu bəndindən bəhs edərək, diqqətlərini gələcək birgə fəaliyyət planlarına yönəltdilər. Qeyd etmək istərdim ki, bu danışıqlar yalnız Azərbaycanla Ermənistan arasındakı kommunikasiyalara aid idi, Türkiyənin isə heç adı da çəkilmədi. Bu, yalnız Türkiyənin bir NATO ölkəsi olduğu üçün deyil. Həm də ona görə ki, bu danışıqlar nəticəsində Putin Rusiyanın Azərbaycandakı dominantlığını möhkəmləndirdi və infrastruktur layihələrinin icrası da daxil olmaqla, şturvalın onun əlində olduğunu nümayiş etdirdi.
Yekun saziş, Azərbaycan ilə Ermənistan ərazisindən beynəlxalq nəqliyyat üçün zəruri olan mövcud nəqliyyat infrastrukturu obyektlərinin bərpası və yenidən qurulması üçün tədbirlərin siyahısı və cədvəlinin təsdiqlənməsi müddəti göstərilməklə, razılaşmadan irəli gələn problemləri həll etmək üçün Baş nazir müavinləri səviyyəsində işçi qrupunun yaradılmasını nəzərdə tutur. Bütün layihələr hər üç dövlət tərəfindən razılaşdırılmalı və təsdiqlənməlidir ki, bu da Moskvanın “veto qoymaq” hüququna malik olması deməkdir.
Türkiyə oyundan kənarda qaldı. Bu arada, Qərb bu proseslərdə Ankaraya Rusiyanın sülhməramlı qüvvələrinə qarşı əks-qüvvə kimi baxırdı. İndi Türkiyənin infrastruktur layihələrindəki rolu Rusiya tərəfindən dondurulub. Ancaq açılacaq dəhlizə türk investorlar arasında böyük maraq var. Türkiyədə Azərbaycan və Ermənistanı barışdırmaq səyləri, ortaq enerji layihələri, informasiya texnologiyaları və qaz kəməri barədə aktiv müzakirələr aparılırdı. Yeri gəlmişkən, yeni marşrutla qaz kəmərindən də bəhs edilmir, çünki Rusiya buna qarşıdır. Yalnız avtomobil yolları və dəmir yolları müzakirə olunur. Eyni zamanda, bu görüşün kifayət qədər təsirli olduğuna inanıram – nəqliyyat danışıqları aparıldı, Rusiya lider ölkə mövqeyini tutdu, Türkiyə hələlik dayandırılıb, Fransa və ABŞ haqqında danışmağa belə, ehtiyac yoxdur.
- Putin müharibənin bitdiyini, Əliyev münaqişənin bitdiyini söyləyir, Paşinyan isə bunun əksini iddia edir və təcili həlli tələb olunan məsələlərin olduğunu bildirir. Sizcə, Paşinyanın belə bir mövqeyi prosesin gedişində müqavimətə səbəb ola bilərmi?
- Düşünmürəm. Paşinyan şəxsən özünü və siyasi gələcəyini qorumağa çalışır - heç olmasa, bir müddət əvvəl ona qarşı həyata keçirilən sui-qəsd cəhdini xatırlayaq. Paşinyan 10 noyabr 2020-ci il tarixli Üçlü Sazişdə Dağlıq Qarabağın statusu barədə heç nə deyilmədiyini nəzərdə tuturdu. Tarixə ekskursiya edək: 2009-cu ilin yanvarında İlham Əliyev və o zaman Ermənistan Prezidenti olmuş Serj Sarkisyan qeyri-rəsmi olaraq Minsk Qrupunun əsas prinsiplərini qəbul etməyə razı oldular. Madrid prinsipləri razılaşdırıldı. İndi, İkinci Qarabağ müharibəsindən sonra, Dağlıq Qarabağın statusu ilə bağlı bənd istisna olunmaqla, eyni razılaşma əldə edildi. Yəni, qələbədən sonra Azərbaycan artıq orada referendum keçirilməsinə icazə verməyəcək. Düzü, bütün bu illər ərzində Minsk Qrupunun həmsədrlərindən heç biri və hətta Ermənistan Prezidentinin özü də belə bir referendumun ola biləcəyinə inanmırdı. Bu münasibətlə, hətta bir zarafatımız da var idi: ermənilər buna “referendum” deyirlər, ancaq bu, “neverendum” idi.
Beləliklə, eyni prinsiplər, həmçinin Paşinyanın masası üzərindədir. Yay atəşkəsi dövründə o, əsas prinsipləri dəstəklədi, lakin sonra onları rədd etdi. Oktyabr ayında, Azərbaycan İranla sərhəddəki əraziləri işğaldan azad etdikdən sonra, Putin əsas prinsiplərə sadiq qaldığını təkrarlayan Əliyevə zəng etdi, lakin Paşinyan razılaşmadı, çünki azərbaycanlıların Şuşaya və işğal altındakı digər ərazilərə qaytarılması planlaşdırılırdı. Paşinyan bu razılığın onun üçün intihar olacağını söylədi. Və sonunda müharibəni davam etdirdi - əzici bir məğlubiyyət aldı. Ancaq janrın qanunlarına görə, müharibədə məğlub olan tərəf barış şərtlərini diktə edə bilməz. Odur ki, Əliyev və Putin Paşinyana Madrid prinsiplərinin qüvvədə qalacağını, ancaq Dağlıq Qarabağın artıq status almayacağını söylədilər.
Nəticədə Paşinyan hər cəbhədə məğlub oldu - insan qüvvəsindəki ağır itkilər, ordu və texnikanın məhvi, ərazilərin işğaldan çıxarılması və hətta status qazanma fürsətinin son itkisi. Halbuki, əvvəlki sülhə razı olsaydı, onun üçün daha yaxşı olardı. Ancaq indi Paşinyan status müzakirəsini tələb etməyi dayandırsa, siyasi karyerası dərhal sona çatacaq. Fransa bu məsələdə onu dəstəkləyir. Prezident İlham Əliyev həmsədrlərin Bakıya səfəri zamanı bu mövzuda sərt danışdı və hətta dedi ki, “mən sizi dəvət etməmişəm”. Yəni, Bakı və Moskva bu mövzuda artıq razılığa gəlib. İnanıram ki, münaqişə bu nəticələrlə bitdi: Ermənistan məğlub oldu və Rusiyanın tam himayəsindədir, Fransa özünü nüfuzdan saldı, ABŞ üçün indi Qarabağ prioritet deyil və Rusiya faktiki olaraq, Azərbaycanda mövcudluğunu təmin etdi.
- Ancaq Paşinyan və Putin Minsk Qrupundan bəhs etdilər. Qrup bölgədəki işinə davam edəcəkmi, Moskva onlar üçün görüləcək bir iş qoydumu?
- Həmsədrlər özləri üzərində işləyəcəkləri bir şey olduğuna inanırlar, Putin sadəcə münaqişədə müstəqil və tək iştirakını qanuniləşdirmək üçün Minsk Qrupunun arxasında gizlənir, baxmayaraq ki, bütün kartlar onun əlindədir, Paşinyan isə Fransanın roluna və ABŞ-ın prosesə mümkün daxil olmasına ümid edərək prosesi uzatmağa çalışır. Minsk Qrupu hələ də sülhməramlı missiya, tərkibi, qalma müddəti ətrafında gedən proseslərdə iştirak edə bilər, lakin bunlar indiki mərhələdəki fərziyyələrdir.
- Prezident İlham Əliyev Moskvaya getməzdən əvvəl etdiyi çıxışların birində, bir sıra hallarda sülhməramlı qüvvələrin öz səlahiyyətlərindən kənara çıxdığını qeyd etdi, ancaq bunu zirvədə demədi. Niyə?
- Bu, olduqca spekulyativ bir sualdır. Bəlkə də rusiyalı sülhməramlıların davranışı dəyişib - məsələn, Hadrut istiqamətində atəşkəsin pozulması zamanı onlar sürətli bir reaksiya göstərdilər, aydın olur ki, erməni hərbçilərini tərksilah etdilər və bununla da gərginliyi aradan qaldırdılar. Hələlik görünən odur ki, Rusiya heç bir işğal istəyi nümayiş etdirmir.
- Putin 48 min erməni qaçqının Qarabağa döndüyünü elan etdi. Bu, Rusiyanın son iki ay ərzində fasiləsiz işlədiyini göstərən böyük bir rəqəmdir. Qarabağa qayıdan ermənilərə böyük üstünlüklər verilir. Bu proses hara gedir? Niyə yalnız erməniləri yerləşdirirlər?
- Azərbaycan, minalardan təmizlənməsi prosesi başa çatmayana qədər, qaçqınlarını işğal altındakı ərazilərə qaytara bilməz. Hətta, Azərbaycanın özündə deyilirdi ki, bu, təxminən üç il çəkəcək. Hətta, 15 il rəqəmi də açıqlandı. Yəni, texniki səbəblər var. 48 min erməninin geri qayıtmasına gəlincə, bu, çox yaxşı bir nəticədir, çünki bu, sülh prosesini təmin edir və dinc həyatı bərpa edir. Yəni, Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, Paşinyan və dünya erməniləri “erməni xalqının soyqırımı” bəhanəsi ilə, həqiqətən Bakını qondarma ittihamla ittiham edir. Bu mənada Rusiya sülhməramlı missiyasının işini çox müsbət qiymətləndirirəm, əlbəttə ki, NATO-nun və ABŞ-ın sülhməramlılarının da orada olmasını istərdim, amma təəssüf ki, onlar orada deyillər, buna görə də Rusiya sülhməramlılarının bu ərazilərdə olması yaxşıdır.
Sülhməramlıların orada qalmalarının Azərbaycan üçün də müsbət tərəfi var. Hər kəsə aydın olur ki, Azərbaycan Xocalıya görə qisas almaq niyyətində deyil, əksinə, iki xalqın bu torpaqlarda dinc-yanaşı yaşaması, bölgənin iqtisadi tərəqqisi ilə maraqlanır. Bu, azərbaycanlılarla bağlı uydurmaları təsdiqləyən bütün dünyaya bir mesajdır. Axı, Azərbaycan ordusu bütün Dağlıq Qarabağı azad edərək acı sona gedə bilərdi, lakin Şuşa azad edildikdən sonra, son qələbənin və Ermənistan ordusunun tam məğlubiyyətinin bir addımlığında dayandı. Bununla xoşməramlılıq və müdriklik nümayiş etdirir. Azərbaycan problemin hərbi, siyasi və iqtisadi həll yolunu tapdı və parlaq diplomatik qələbə qazandı.
- Rusiya Dağlıq Qarabağa yalnız erməniləri yerləşdirməklə bölgənin demoqrafik mənzərəsini dəyişdirəcəyi təhlükəsindən xəbər verirmi? Və bu prosesin arxasında hansı geniş planlar görünür?
- Rusiyanın başqa planları olmasa, təəccüblənərdim. Eyni zamanda, dəqiq bilirəm ki, Minsk Qrupundakı həmkarlarım Merzlyakov və başqaları və hətta Lavrov da heç vaxt azərbaycanlıların geri qayıtmasına mane olmaq niyyətləri nümayiş etdirməyiblər. Əksinə, Ermənistanın bütün liderləri ilə görüşlərdə bunu həmişə israr etdilər. Yəni, hətta ermənilər də bunu şübhə altına almadılar. Beləliklə, Rusiyanın hər hansı bir güc kimi, bu qayıdışa mane olacağını düşünmürəm. Moskvanın təbii olaraq öz maraqları var və bu, olduqca başadüşüləndir. Putinin oyun ustası olduğunu anlamalısınız. Oynadığı meydançada bir neçə top var. Topu hər zaman rəqibindən ala bilər. İndi vəzifəsi bölgədə barışıq qurmaq, nəqliyyat dəhlizi açmaq və sərmayə qoymaqdır.
Başqa bir sual - Putinin gələcəyə istiqamətli bölgədə hərbi mövcudluq istəməsidir. Dnestryanı, Abxaziya, Cənubi Osetiyada olduğu kimi, Dağlıq Qarabağ üzərində Rusiya protektoratının qurulmasına qədər hədəflər çox fərqli ola bilər. Bu, həm də bir prestij məsələsidir, çünki Rusiya çarizm və SSRİ dövründən bəri həmişə imperialist hədəflərə sahibdir. Bundan əlavə, hərbi qüvvələr onların mövcud olduğu ölkənin üzərindəki “Domokl qılıncı”dır, təsir və manipulyasiya vasitəsidir. Bu, Gürcüstana və bütün digər postsovet dövlətlərinə, İrana və Türkiyəyə “biz buradayıq” mesajıdır.
- Buna baxmayaraq, Türkiyə niyə Moskva zirvəsində iştirak etmədi?
- Deməli, zirvəni Putin çağırdı və Ərdoğanı dəvət etmədi. Bu, Putinin Türkiyə liderinin qarşısında əzələ nümayişinə dair çox güclü bir siqnaldır. Türkiyənin də prosesdə olduğunu inkar etmir, ancaq yalnız Putin istədiyi zaman və istədiyi yerdə. Və Putin bundan fərqli vəziyyətlərdə Türkiyəyə qarşı istifadə edəcək. Bəlkə də, S-400 məsələsində belə… Çünki Vaşinqton bu sistemlərdən istifadə etməməsi üçün Türkiyəyə ciddi təzyiq göstərir.
- Bakıda qeyri-rəsmi səviyyədə, Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yaradılması ehtimalı barədə çox şey deyildi. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bu şayiələri təkzib etdi. Niyə ictimai bir təkzib vermək lazım oldu?
- Burada yalnız fərziyyələr edə bilərsiniz. Bəlkə də, Moskvanı qıcıqlandırmaq istəmədi və ya Türkiyə Rusiya ilə münasibətlərdəki gərginlikdən çəkinir, yaxud da NATO paytaxtları buna qarşıdır. Ancaq ən sadə cavab - Moskvanın istəməməsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2021, 17:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2021, 17:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11