Üç ölkə arasında vacib anlaşma — Müttəfiqlərdən Azərbaycana böyük dəstək
Pakistanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri yanvarın 13-də İslamabadda görüşdülər. Bu 3 dövlətin xarici işlər nazirlərinin ikinci görüşüdür. Görüşün nəticəsində İslamabadda birgə bəyanat imzalandı.
Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu danışıb.
Ekspertə görə, İslamabadda baş tutan üçtərəfli görüşün bir sıra nəticələri var:
“Birinci, bəyanatda qeyd olundu ki, Pakistan, Türkiyə və Azərbaycan bir çox ölkədə müsəlman azlıqlarlara qarşı İslamofobiya meyllərinin əleyhinədirlər. Bu bənd hər 3 dövlət üçün vacibdir. Türkiyə müxtəlif ölkələrdə, o cümlədən İsraildə, Birmada və eləcə də Avropa ölkələrində müsəlman azlıqlara qarşı təzyiqləri tənqid edir. Azərbaycanla Ermənistan arasında müharibədən sonra müəyyənləşdi ki, işğaldan azad olunan böglələrdə məscidlər dağıdılıb. Azərbaycan istəyir ki, müsəlman ölkələri məscidlərin dağıdılmasını pisləsinlər. Pakistan isə Hindistanın Kəşmir bölgəsində yerli müsəlmanlara qarşı təzyiq siyasətini pisləyir. Ona görə də Pakistanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə etdilər.
İkinci, Pakistanın və Türkiyənin xarici işlər nazirləri bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd etdilər, o cümlədən Ankara və İslamabad Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edəcəklərini bildirdilər. 3 ölkə arasında qarşılılıqlı investisiyalar da artacaq. Pakistan və Azərbaycan Türkiyənin Aralıq dənizi və Kipr siyasətini dəstəklədiklərini bildirdilər. Eyni zamanda Azərbaycan və Türkiyə Pakistanın Kəşmir siyasətini dəstəklədiklərini vurğuladılar. Bəyanatda qeyd edildi ki, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməlidir”.
Üçüncü amilə gəldikdə, Elxan Şahinoğlu bildirib ki, Türkiyənin və Azərbaycanın xarici işlər nazirləri Pakistanın Əfqanıstanda sülh prosesini dəstəklədiklərini bildirdilər:
“Xarici işlər nazirləri İslamabadda görüşərkən, Azərbaycan prezidenti Əfqanıstanda səfirliyin açılması barədə qərarı imzaladı. Dördüncü, bəyanatda 3 ölkənin nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində də əməkdaşlıq edəcəyi bildirildi.
Beləliklə, 10 ildən sonra Azərbaycan xarici işlər naziri ilk dəfə Pakistana səfər etdi. Sonuncu səfər 2010-cu ildə olmuşdu. Azərbaycan, Pakistan və Türkiyə arasında ittifaq güclənir. Azərbaycan bu ittifaqın güclənməsində maraqlıdır. Türkiyə ilə yanaşı Pakistan Ermənistanla müharibədə Azərbaycana böyük dəstək verdi. Buna görə də Azərbaycan hakimiyyəti, siyasi dairələri və cəmiyyəti Pakistan və bu ölkənin vətəndaşlarına simpatiya ilə yanaşırlar. Pakistan Azərbaycanla müttəfiqliyi gücləndirmək istəyir. Nazirlərin görüşündən əvvəl Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır. Ölkələr tarixi, dini və mədəni əlaqələrə əsaslanan nümunəvi münasibətlərə malikdirlər”.
Pakistanın işğalçı ilə müharibədə Azərbaycanı dəstəklədiyini bildirən ekspert qeyd edib ki, Azərbaycan da Kəşmir məsələsində Pakistanın mövqeyini nəzərə alır:
“İslamabad Azərbaycanın Kəşmir məsələsindəki mövqeyindən razıdır. Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində Kəşmirlə bağlı Təmas Qrupunun üzvüdür. Azərbaycan da digər müsəlman ölkələri kimi Kəşmir məsələsinin BMT qətnamələri çərçivəsində həllinə dəstək verir.
Azərbaycanla Pakistan arasında siyasi əlaqələrin yüksək olmasına baxmayaraq, hərbi və iqtisadi əlaqələr yüksək səviyyədə deyil. Azərbaycan Pakistandan böyük miqdarda hərbi texnika almayıb. Halbuki belə xəbərlər yayılmışdı ki, Azərbaycan Pakistandan hərbi təyyarələr alacaq.
Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdə Pakistan Azərbaycana maliyyə yardımı ayırdı. O zaman Azərbaycan kasıb dövləti idi. 30 il keçdikdən sonra Azərbaycan neft və qazın satışı hesabına milyardlarla dollar qazanc eldə etdi. Ona görə də hazırda Azərbaycanın Pakistana investisiya qoyuluşuna ehtiyacı var. İki ölkə arasında kənd təssərrüfatı sahəsində də əməkdaşlığı artırmağa ehtiyac var.
Azərbaycanın Pakistanla sıx əlaqələrə baxmayaraq, rəsmi Bakı Hindistanla da münasibətlərə əhəmiyyət verir. Hindistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı kimi, Azərbaycan da Hindistanın ərazi bütövlüyünü tanıyır və bu ölkə ilə sıx iqtisadi əlaqələrə malikdir.
İki ölkə arasında illik ticarət mübadiləsinin həcmi 1 milyard dollara yaxındır. Türkiyənin də Hindistanla münasibətlərində problem yoxdur. Yəni Azərbaycan-Pakistan və ya Türkiyə-Azərbaycan-Pakistan ittifaqı Hindistana qarşı yönəlməyib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2021, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2021, 14:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01