Putin Paşinyanın “padşahlıq” müddətini uzatdı - Qarabağa görə...
Dünən Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Kreml başçısının təşəbbüsü ilə görüş keçirilib. Bu, 44 günlük Qarabağ müharibəsindən sonra ilk üçlü, həm də canlı formatda olan təmas idi.
Belə bir görüşü ən əvvəl 10 noyabr tarixi bəyannamədəki bəzi boşluqlar zəruri edirdi. Çünki sənəddə əksini tapan bir sıra müddəaların daha sürətli həyata keçməsi üçün onu yeni ortaq razılaşmalarla dolğun hala gətirmək artıq günün tələbinə çevrilmişdi. Bunu həm də sağdan-soldan, yaxından-uzaqdan üçtərəfli anlaşmanı sabotaj edib şübhə altına almaq, habelə “Qarabağ konflikti”ni isə təzədən “reanimasiya” etmək istəyənlərin artması diktə edirdi.
*****
Söhbət həmçinin 10 noyabr anlaşması ilə bölgədə öz dayaqlarını daha da möhkəmlətmiş Rusiyaya, ələlxüsus da Türkiyəyə qarşı Qərbin, özəlliklə Fransanın qısqanc münasibətindən gedir. Dünənki görüş ərəfəsində Fransa prezidenti Emmanuel Makronun Putinlə danışması bu xüsusda diqqət çəkir. Aydındır ki, Fransanı bölgədə bir ovuc erməninin taleyindən daha çox, özünün geosiyasi maraqları düşündürür.
Makron(yan)-Putin telefon danışığını şərh edən politoloq Elxan Şahinoğlu isə hesab edir ki, 44 günlük müharibə zamanı və ondan sonra Rusiya qardaş Türkiyənin Güney Qafqazda, o cümlədən Qarabağda varlığını qəbul etmək məcburiyyətində qalsa da, Ankaranın bölgədə və Qarabağda möhkəmlənməsini də arzulamır: “Lakin Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyi üçün yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə olunur. Halbuki Kreml 10 noyabr bəyanatını hazırlayarkən Parislə məsləhətləşməyə ehtiyac duymamışdı”.
Politoloqa görə, Azərbaycan Kremlin bu oyununa getməməlidir: “Dövlət başçısı İlham Əliyev açıq deyib ki, masada Türkiyə də olmalıdır. Buna çalışmalı və daima Kremlin diqqətinə çatdırmalıyıq. Fransa müharibə günlərində və ondan sonra sərgilədiyi ermənipərəst mövqeyə görə bizə məsləhət verə bilməz, biz bunu qəbul etməməliyik”.
*****
Gözlənildiyi kimi, Moskvaya yola düşməzdən öncə bir qrup müxalifətçi və onları dəstəkləyən sıravi Ermənistan vətəndaşları Nikol Paşinyanın Moskvaya uçmasına əngəl olmağa və aeroport yolunu bağlamağa çalışıb. Lakin hökumətə sadiq polis qüvvələri buna imkan verməyib. Etirazçılar isə ultimatum veriblər ki, Paşinyan Moskvada hansısa sənədi imzalasa, onu İrəvana geri qayıtmağa qoymayacaqlar.
Rusiya paytaxtının özündə də baş naziri bir çox soydaşları təbii ki, gül-çiçəklə yox, “satqın”, “millətin üz qarası” kimi şüarlarla qarşılayıblar. Hərçənd indi az qala, uşağa da aydındır ki, əgər Kreml başçısı Nikol Paşinyanı Moskvaya dəvət edibsə, demək ki, onunla işləməyə davam eləmək əzmindədir. Bu mənada hazırda Paşinyanın hakimiyyətinə etiraz - onun hakimiyyətdə qalmasına “dobro” verən Rusiyaya qarşı etirazdır.
Lakin Ermənistan bu gün elə bir miskin durumdadır ki, hətta bütün erməni xalqı Nikoldan narazı olsa belə, bu, böyük ölçüdə heç nəyi dəyişmir. Çünki hazırda orada heç vaxt olmadığı qədər əsas söz sahibi Moskvadır, prezident Putindir. O, nə desə, elə də olacaq. 10 noyabrdan sonra İrəvan faktiki səs hüququnu itirib.
Putin isə müharibədən ağır məğlubiyyətlə çıxan və taqətdən düşən bir ölkədə yaxın və orta perspektivdə siyasi təlatümlər, inqilablar, çevrilişlər arzulamır, ona görə ki, xaos və qarışıqlığın ən çox xaricdəki bəzi güc mərkəzlərinə, 10 noyabr üçtərəfli razılaşmasını pozmağa çalışan çevrələrə sərfəli olduğu qənaətindədir. Yeri gəlmişkən, ötən il sonu Moskvada olmuş eks-prezident, Putinin dostu Robert Köçəryanla Keml rəhbəri arasında bir saatlıq telefon danışığında bu məqamlar heç şübhəsiz ki, revanş hissi ilə alışıb yanan Qarabağ klanının da diqqətinə çatdırılıb.
*****
İqor Korotçenko: “Azərbaycan şəhərlərinin bombalanması, dinc əhalinin hədəf alınması beynəlxalq hərbi cinayətdir”
“Nikol Paşinyanın üçtərəfli Moskva danışıqlarında iştirakı Kremlin Ermənistan müxalifətinə daha bir açıq siqnaldır ki, Ermənistan baş naziri hazırkı dönəmdə Rusiyanı tam qane edir. Kobud desək, Putin Moskvada Paşinyanın ”padşahlıq yarlığı"nın müddətini uzadacaq".
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı siyasi-hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya hakimiyyətindəki çox yüksək səviyyəli bir mənbə özəl söhbətdə ona “Paşinyan Ermənistanın baş naziri postundan gedənədək öz fincanındakını dibinə qədər içməlidir” söyləyib.
Moskva görüşünə gəlincə, Azərbaycanın hədəfləri dəqiq və dəyişməzdir. Prezident İlham Əliyev görüşə “güclü əl”lə, üstün və dayanıqlı mövqe ilə yollanıb. Rəsmi Bakı şəkk-şübhəsiz, belə görüşlərə ilk növbədə öz suveren hüquqlarını bütün ərazimizə, həm də sürətlə yaymaq üçün fürsət kimi baxır. Azərbaycan Prezidentinin dediyi kimi, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir.
Əlbəttə ki, ərazimizdəki erməni ordusunun qalıqlarının qısa zamanda tərk-silah edilməsi, İrəvandan Xankəndinə təxribatçı və qanunsuz səfərlərin durdurulması hamımızın ümdə arzusudur. Ancaq istəkdən asılı olmayaraq, yəqin ki, bu işlərin müəyyən sırası da var. Hər halda, prosesləri süni şəkildə sürətləndirmək, yaxud “atı arabanın arxasına bağlamaq” bizə xeyirdən çox ziyan gətirərdi.
“Azərbaycanın mövqeyi aydındır və artıq ən incə detallarına kimi Prezident İlham Əliyev tərəfindən açıq şəkildə elan olunub. Kommunikasiyaların tez bir zamanda açılması bizim maraqlarımıza da uyğundur: amma buna qədər olan bütün digər məsələlər öz həllini tapandan, xüsusilə də erməni silahlıları Qarabağdan tamamilə çıxarılandan sonra...”
Bunu politoloq Elçin Mirzəbəyli Axar.az-a açıqlamasında Moskva təmasından öncə söyləyib.
*****
“Azərbaycan Qarabağdan bir daha çıxmayacaq”.
Musavat.com-un məlumatına görə, bunu isə rusiyalı tarixçi-politoloq Aleksey Malaşenko Rusiya KİV-ə üç liderin Moskva görüşü ilə bağlı gözləntilərdən danışarkən söyləyib.
“Moskvada hərbi-texniki xarakterli məsələlər müzakirə ediləcək. Münaqişə artıq praqmatik bir mərhələyə keçib və geriyə dönüşü yoxdur. Azərbaycan heç vaxt Qarabağı tərk etməyəcək. Üstəlik, Əliyev bu yaxınlarda orada yeni bir hava limanı tikiləcəyini söylədi. Ola bilsin, ”materik" Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi məsələsinin müzakirəsində müəyyən dəyişikliklər olacaq. Ermənistan müharibəni Paşinyanın səhvləri üzündən deyil, obyektiv səbəblərdən uduzub", - deyə politoloq əlavə edib.
Beləliklə, 10 noyabrdan sonra ilk dəfə Bakı, İrəvan və Moskva saat əqrəblərini tutuşdurdu. Qalır nəticələri gözləmək...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:12-01-2021, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-01-2021, 10:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11