ABŞ-da BİTMƏYƏN SEÇKİNİN GÖRÜNMƏYƏNLƏRİ – Baydenin hakimiyyətə gətirilməsi nəyə xidmət edir?
Vaqif MAHMUDOV
Amerika Birləşmiş Ştatlarındakı prezident seçkiləri xeyli vaxtdır ki, başa çatıb. Lakin buna baxmayaraq, siyasi gərginlik və kimin real qalib olması məsələsinə tam aydınlıq gətirilməyib.
Əslində, ABŞ-da cərayan edən hadisələrə yalnız bu günün problemi kimi yanaşmaq doğru olmazdı. Bu, yüzillər boyu formalaşmış mövcud maliyyə-iqtisadi və siyasi sistemin “mühərrikində” əmələ gəlmiş aşınmanın bariz təzahürüdür. Bir çox politoloji təhlillərdə ABŞ-dakı hadisələrin yalnız zahiri tərəfinə diqqət yetirilir və əsas etibarıyla ümumi mənzərənin “bəzəkli” təsviri verilir. Əksəriyyət də öz növbəsində təqdim olunan bu təsvirin arxasınca gedir.
Keçən məqalələrdə söylədiklərimizi bir daha təkrar etməli oluruq: beş yüz illik nəhəng bir silsiləvi proses, layihə sona çatır və öz xarakterinə görə indikindən tam fərqlənən yeni eraya girişə start verilir. Sivilizasiya, meydana gələndən indiyədək öz-özünə və ya inersiya ilə hərəkət etməyib, həmişə müəyyənləşmiş bir qayda olub və həmin qayda və nizam öz dövrünün şərtlərinə uyğun şəkildə formasını dəyişə-dəyişə indiki vəziyyətə gəlib çatıb.
Sözügedən mövzudan irəli gələn məsələnin məzmununu təbii ki, bir məqaləyə sığdırmaq qeyri-mümkündür. Ancaq hər halda, müasir iqtisadi inkişaf modelinin mərkəzi meydançası olan ABŞ-da baş verənlərə nəzər yetirək.
Tramp və vəkilləri seçkinin nəticələrini tanımırlar
Seçkidən dərhal sonra Donald Tramp və vəkilləri seçkilərdə qanun pozuntusu olduğunu bildirərək, bütün diqqətlərini “swing states” (yellənən ştatlar) adlandırılan ştatlardakı saxtakarlıqların aşkarlanmasına yönəltdilər. Çünki yaranmış vəziyyətə görə, lazım olan 270 seçici kollegiyasının səsinin yığılması məhz bu ştatlardan asılı idi.
Onlar iddia qaldıraraq müvafiq məhkəmə instansiyalarından araşdırma aparılmasını tələb ediblər. Ən əsas şübhələr isə, “Dominion Votinq System” səs sayan aparatının üzərinə tuşlanıb. Bu, “Election Systems & Software” ilə bərabər ABŞ-da səslərin sayılmasında istifadə edilən ikinci aparatdır. Sözügedən bu maşınlar tabulyatorlardır, yəni elektromexaniki avtomatlaşdırılmış hesablayıcı qurğudur və kağız bülletenləri optik skanerdən keçirərək nəticələri müvafiq kateqoriyalara bölüb cəmləyir. Beləliklə, ABŞ-dakı seçkilər barəsində məlumatları bütün gün ərzində əhatəli və anında əldə etmək məqsədilə xüsusi səs sayan maşınlardan istifadə olunur və nəticələr mərkəzi kompüter vasitəsilə hesablanır. Bu maşınların internetə qoşulması qanunla qadağan olunub.
Trampın vəkilləri Rudi Culiyani, Sidni Pauel, Lin Vud, Ted Kruz və Coana Eliss çox intensiv işləyiblər. Məsələn, Sidni Pauel deyir ki, həmin sistemə xarici ölkədən müdaxilə edilib. Lin Vud isə respublikaçılar da daxil olmaqla bir çoxlarını korrupsioner adlandıraraq, onları Çinlə işbirliyində ittiham edib. Araşdırmalar nəticəsində ölmüş insanların səsvermədə poçt yoluyla işitirakını təsdiqləyən faktlar aşkarlanıb. Trampın vəkilləri deyirlər ki, poçt yoluyla səs verənlərin hamısı nədənsə məhz Cozef Baydenə səs verirmiş. Həm də poçtla verilən səslərin (bülletenlərin) seçki günündən əvvəlki tarixə möhürlənməsi və sistemə daxil edilməsi də bəlli olub. Corciya ştatındakı məntəqələrin birində müşahidəçilər getdikdən sonra səssayan maşınlara bülletenlərin necə doldurulmasının video görüntüləri yayılıb. Trampın vəkilləri əldə etdikləri dəlilləri ştat məhkəmələrinə təqdim edərək, iddia qaldırsalar da, məhkəmələr müxtəlif manevrlərlə sertifikatlaşdırılma qərarının ləğvindən yayınıblar. Qəribədir ki, hələlik ABŞ Ali Məhkəməsindən də səs çıxmayıb.
Texas ştatı ABŞ-dan çıxmağı planlaşdırır? Digər maraqlı və vacib xəbər isə Texaş ştatının baş prokuroru Ken Pekstonun Viskonsin, Miçiqan, Pensilvaniya və Corciya ştatlarına qarşı Ali Məhkəmə qarşısında iddia qaldırmasıdır. Texas ştatının bu iddiasına daha 18 ştat qoşulub. Onlar deyirlər ki, ABŞ Konstitusiyasının seçkilərlə bağlı normativ hüquqi aktı pozulub. Belə ki, seçkidən 14 ay əvvəl həmin dörd ştatda səsvermə prosedurlarında dəyişiklik edilib. Ancaq iş ondadır ki, bunun üçün gərək federal konstitusiyada dəyişiklik olaydı, lakin bu, olmayıb. Deməli, ABŞ-da qiyabi səsvermənin (absentee ballot), daha doğrusu poçtla səsvermənin prosedur qaydası pozulub. Həmin qaydaya görə bütün bülletenlərdə səs verənin imzası mütləq olmalıdır və əgər bu imza məlumat bazasındakı imzaya uyğun gəlmirsə, belə bir bülletenin qəbulu cinayət sayılır. Digər tərəfdən isə səsvermə vaxtı bitdikdən sonra hər hansı bülleten qəbul edilməməlidir.
Ali Məhkəmə Texas ştatının bu iddiasını qəbul etməyib. Yəni iddiaya heç baxmayıb, sadəcə deyilib ki, Texas ştatının belə bir iddia hüququ yoxdur. Bundan sonra Texas Respublikaçılar Partiyasının sədri Alen Uest Texasın ABŞ-dan çıxmasını və bu ştatın iddiasını dəstəkləyən digər ştatlarla yeni bir konfederasiyada birləşməsini təklif edib...
Məlum olduğu kimi, Ali Məhkəmə ən ali hüquqi instansiyadır, lakin indi Amerikadakı hadisələrin məcrası hüquqi müstəvidən çıxıb və tam siyasi xarakter alıb. Texas ştatının ABŞ Ali Məhkəməsinə ünvanladığı iddiaya hüquqi prosedur kimi yanaşmayaq, bu, gələcəyə hesablanmış birbaşa siyasi iddiadır.
Bu arada Tramp, administrasiyada mövqeyini möhkəmləndirmək üçün strateji vəzifələrə tam inanılmış adamlarını gətirməyə başlayıb. Müdafiə naziri Mark Esperi vəzifəsindən kənarlaşdıraraq, onun yerinə Kristofer Milleri gətirib. Baş prokuror Uilyam Barr istefaya göndərilib. Digər yandan müdafiə nazirinin üç müvini də dəyişdirilib. ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru da işdən çıxarılıb və bu posta Con Ratklif gətirilib. Tramp Milli Kəşfiyyatın direktoruna ABŞ-a xaricdən olunan müdaxilə barəsində məruzə hazırlamağı tapşırıb. Onu da qeyd edək ki, Tramp, Maykl Flinn başda olmaqla, istefada olan yüksək çinli hərbçilər tərəfindən dəstəklənir.
Seçki nəticələrindəki qeyri-müəyyənliyə nə zaman son qoyulacaq?
Rəsmi nəticələrə görə, Cozef Baydenin 306, Donald Trampın 232 səsi var. Lakin Bayden qalib kimi qəbul olunsa da, Donald Tramp onu saxtakarlıqda ittiham edərək, Baydenin qələbəsini tanımadığını elan edib. ABŞ Konstitusiyasına görə isə kimin prezident olması de-yure 2021-ci ilin 6 yanvar tarixində aydınlaşacaq. Həmin gün seçicilər kollegiyasının necə səs verəcəyi bəlli olacaq. Bəli, ABŞ tarixində elə hallar olub ki, sıravi seçicilərin necə səs verməsindən asılı olmayaraq, seçicilər kollegiyası öz istəyinə uyğun, tamamilə fərqli səs verib və bu, konstitusiyaya uyğun sayılıb. Hələ 19-cu əsrin əvvələrində bununla bağlı müxtəlif qalmaqallar olub.
Ümumiyyətlə isə, 1876-cı ildən indiyədək kiçik nüansları nəzərə almasaq, ABŞ prezident seçkilərində bu cür qeyri-müəyyən vəziyyətə rast gəlinməyib. 1876-cı ildə demokratların namizədi Samuel Tilden qalib elan olunmuşdu. Hətta, respublikaçı namizəd Raterford Heyz Tildeni təbrik etmişdi. Ancaq bir qədər sonra məlum olmuşdu ki, Florida, Luiziana və Cənubi Karolina ştatlarındakı səslər düz sayılmayıb. Ona görə də, bu ştatlar Konqresə seçicilər kollegiyasından iki səs siyahısı göndəriblər. Həmin vaxt böyük qalmaqal qopur və səslər yenidən sayılır. Ümumi yekunda Konqres 185-184 səs hesabıyla Raterford Heyzi qalib və ABŞ prezidenti elan edir.
Müəyyən mənada indi də buna oxşar mənzərə yaranıb. Ancaq o vaxtkından fərqli olaraq, respublikaçılar arasında yüksək səviyyədə birlik yoxdur. Konstitusiyaya görə, seçicilər kollegiyasının üzvlərinin verdiyi səslərin sertifikatlaşdırılmış protokolları həmin ştatın katibi tərəfindən zərfə qoyulur və möhürlənərək Vaşinqtona göndərilir. Maraqlıdır ki, hazırda həmin seçicilər kollegiyasının səslərilə yanaşı ştat konqresləri də alternativ kollegiya yaradaraq, başqa cür səs veriblər və onlar da öz zərflərini paytaxta yollayıblar. İş ondadır ki, bu, konstitusiyaya zidd deyil. Məsələn, 1960-cı ildə demokratlar Havay ştatında ikili səsvermə həyata keçirərək, səsləri Con Kennediyə vermişdilər.
Deməli, 6 yanvar tarixində Nümayəndələr Palatasının və Senatın birgə iclası keçiriləcək və bu iclasa Senatın rəhbəri kimi ABŞ vitse-prezidenti Mayk Pens sədrlik etməlidir. Məsələ ondadır ki, konstitusiyaya görə (12-ci əlavə) Senatın sədri bu zərflərin hansının keçərli olub-olmadığını təyin etmək, daha doğrusu onları təftiş etmək hüququna malikdir. Digər tərəfədən isə, Senat nümayəndələri də seçicilər kollegiyasının səslərinə etiraz edə bilərlər. Beləliklə, əgər prezidentin kimliyi müəyyənləşməzsə, onda konstitusiyaya əsasən ABŞ Konqresinin sədri Nensi Pelosi prezident səlahiyyətlərini icra edə bilər. Ali Məhkəmənin məsələyə baxacağı təqdirdə isə, prezident səlahiyyətlərinin dövlət katibi Mayk Pompeoya verilməsi qərarının çıxarılması da mümkündür.
Göründüyü kimi, sistem son dərəcə dolaşıqdır. İndiyədək belə bir hala rast gəlinmədiyindən zənn olunurdu ki, ABŞ-dakı prezident seçiklərilə bağlı hüquqi prosedur çox sadədir. Ancaq reallıq bunun əksini sübut edir.
Arxa planda nə baş verir?
Yuxarıda deyilənlər, sadəcə, üzdə olan mənzərədir (Halbuki, ABŞ-dakı aparıcı KİV-lər heç bunları da işıqlandırmırlar-V.M.). ABŞ-dakı siyasi partiyalar arasındakı çəkişmə aysberqin yalnız görünən tərəfidir.
Məlum olduğu kimi, dünya iqtisadiyyatı vahid dollar sisteminə tabedir və bu sistemin menecerləri transmilli bank sektorudur. İndiki beynəlxalq maliyyə modeli də məhz onlara məxsusdur. Yəni, bu gün baş verənlərin dərin səbəbi birbaşa nə Demokratlar Partiyasından, nə də Respublikaçılar Partiyasından qaynaqlanır. Deyilə bilər ki, bəs, bu partiyalar ABŞ-ın strateji planlamasında iştirak etmirlər? Məsələ ondadır ki, ABŞ-da mühüm tarixi strateji qərarları partiyalar vermirlər, onlar, sadəcə, aşağı pillələrdə dayanan menecerlərdir. Əslində, kiçik bir qrup var ki, planlayıcılar və yönləndiricilər həmin qrupdadır. Sadəcə, bu işdə ABŞ-dan istifadə olunur. ABŞ-da məhz iki partiyalı siyasi sistemin formalaşdırılmasının başlıca səbəbi dövlət və kapital arasında balanslaşdırılmış münasibətlər sistemi yaratmaqdan irəli gəlib. Respublikaçılar mühafizəkar, demokratlar isə sol liberal dəyərlərin daşıyıcıları kimi çıxış ediblər.
Hazırda dünyadakı proseslər çox mürəkkəb məcraya daxil olur. Əvvəla, mövcud qlobal maliyyə modeli dərin böhran keçirir və bu modelin əvvəlkitək işləməsi mümkünsüz görünür. Palliativ təsirlər rasional çıxış yolu sayıla bilməz. Onu silib, mahiyyət baxımından təzəsini qurmağa ehtiyac yaranıb. Çox güman ki, planetar miqyasda sıfırlama, sonra isə yenilənmə əməliyyatına başlanacaq. Dünyada köhnədən qalma siyasi və iqtisadi sistemin yenilənməsi prosesi gedəcək. ABŞ-dakı hadisələr məhz bununla əlaqədardır. Demokratların namizədinin önə çıxarılması da buna bağlıdır. İkinci Dünya Müharibəsindən sonra dünyanın vahid bazar halına gəlməsində ABŞ-ın üzərinə qoyulmuş missiyanı və dünya ticarətində dolların vahid ölçü meyarı olmasını nəzərə alsaq, əminliklə demək olar ki, planetar miqyaslı böyük dəyişkilik və kəskin dönüş məhz ABŞ-dan başlayacaq.
Elə ona görə də ABŞ-da yaşanan gərgin hadisələr təkcə bu ölkənin deyil, bütün dünyanın taleyinə prinsipial təsir göstərəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2021, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-01-2021, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01