Qafan-Aqarak yolu tamamilə Azərbaycanın nəzarətinə keçdi - Qafan bələdiyyəsinin sədri
Ermənistanın Sünik bölgəsinin Qafan-Aqarak yolu tamamilə Azərbaycanın nəzarətinə keçdi və bununla əlaqədar Ermənistan vətəndaşları bu marşrutdan istifadəni dayandırdılar.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “news.am” saytı Qafan bələdiyyəsinin sədri Gevorq Parsyana istinadən verib.
Bildirilir ki, Gevorq Parsyan bunu “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının təşkil etdiyi müzakirə zamanı bildirib.
Bələdiyyə sədri deyib ki, üç problemli yolumuz var: “Qafan-Gorus, Qafan-Çakaten və Qafan-Aqarak. Qafan-Gorus və Qafan-Çakaten yolu işləyir. Ancaq Qafandan Aqaraka gedən yol tamamilə düşmənin nəzarətindədir”.
Gevorq Parsyan bununla yanaşı alternativ bir yola sahib olduqlarını, lakin bərbad vəziyyətdə olduğunu və yolun tamamilə yenilənməsinin lazım olduğunu qeyd edib.
Bələdiyyə sədri deyib ki, Azərbaycan Silahlı Qüvvələri ermənilərin Sünik kəndindən 100 metr məsafədə yerləşir: “Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Qafan şəhərinin yaşayış ərazilərindən 1 km-ə qədər məsafədə dayanıb”.
Gevorq Parsyan Sünik bölgəsinin sərhəd kəndlərinin sakinlərinə ov silahı daşımasına icazə verilməsini təklif edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2020, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2020, 17:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11