Qarabağın gələcəyə qalan statusu - Putinin yaratdığı MÜƏMMA
Qarabağın statusu ilə bağlı məsələ 10 noyabr kapitulyasiya aktından sonra yenidən gündəmdədir. “Yeni Müsavat” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfransında bu məsələyə toxunması və gələcəkdə statusa baxıla biləcəyini deməsi müzakirələrə yol açıb.
Kreml başçısı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll edilməlidir: “Yəni gələcəyə saxlanmalıdır, Dağlıq Qarabağda status-kvo qalmalıdır, amma mütləq Dağlıq Qarabağ və Ermənistan arasında əlaqə imkanı yaradılmaqla, bunun üçün Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizinin yaradılması nəzərdə tutulurdu”.
Belə desək, Rusiya prezidenti hər hansı status veriləcəyəni demək istəməyib, qeyri-müəyyən gələcəkdə həll oluna biləcəyinə işarə edib.
Amma o gələcək konkret hansı tarixdəki gələcəkdir, bəlli deyil. Ən əsası Azərbaycan Prezidenti İlham Əliyevin “statusun gorbagor” olması ilə bağlı qəti mövqeyindən sonra Ermənistan tərəfi bu məsələni daha çox gündəmdə saxlayır. Bəziləri iddia edir ki, tərcümə yanlışlığı olub, bu sözləri Putin müharibədən əvvəlki vəziyyəti şərh edərək söyləyib.
Bəs “gələcək statusu” Azərbaycan ekspertləri necə görür, nə qədər yaxın, nə qədər uzaq gələcəkdən söhbət gedir? Üstəlik, bir ovuc torpağımızda qalmış ermənilərə niyə status verməliyik?
Rusiya dövlət başçısının fikirlərini şərh edən politoloq Qabil Hüseynli deyib ki, Putinin sözləri heç də bizim üçün Quran ayəsi deyil. Analitik onu da yada salır ki, Putin mətbuat konfransında bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyib: “Bu gün status məsələsi gündəmdə deyil və Azərbaycan heç də razı olmayacaq. Olsa-olsa, ermənilərə ərazilərimizdə yaşamaq hüququ verilə bilər. Çünki 15-20 min nəfərə ayrıca status verilməsi dünyada görünməmiş bir hadisə olardı”.
Ekspertin fikrincə, Putin “gələcəkdə baxıla bilər” deməklə, Azərbaycanın unitar ölkə kimi inzibati ərazisində məsələyə baxıla biləcəyini söyləmək istəyib: “Ümumiyyətlə, bu məsələ həllini tapıb. Ermənilər nə qədər hay-küy qaldırsalar da, 2 min kvadratmetrlik ərazidə 15-20 min nəfərə status verilməsi dünyada görünməmiş iş olar. Üstəlik, bu işləri kim həll edəcək? Əgər həll edən olsaydı, buna qədər reallaşdırardı, ermənilər status alardı. Azərbaycan öz ərazilərini azad edib, odur ki, yenidən status söhbəti gündəmə gəlsə, bölgədə gərginlik yarana, qarışıqlıq baş verə bilər.
Hətta növbəti müharibə təhlükəsi meydana çıxa bilər. O zaman bu müharibə Qarabağ probleminə tam son qoyacaq. Bununla da ermənilərin indi torpaqlarımızda yaşamaq hüququ varsa, ondan sonra heç bu məsələ də olmaya bilər".
Siyasi şərhçi Yeganə Hacıyevanın sözlərinə görə, Putin ikinci dəfədir əldə olunan üçtərəfli razılaşmada yer almayan status məsələsindən danışır." Bundan öncə bir dəfə də Putin “Rossiya-24" dövlət kanalına müsahibəsində Qarabağın yekun statusu haqqında fikirlər bildirib.O, demişdi ki, Qarabağın yekun statusu nizamlanmayıb və bu prosesin gələcək iştirakçıları həll etməlidir, əgər normal həyat, Azərbaycan və Ermənistanda məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu, Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yarada bilər. Eyni ilə illik mətbuat konfransında oxşar fikirlər bildirdi”.
Ekspert xatırlatdı ki, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Prezident İlham Əliyev Qarabağda ermənilərə hər hansı statusun verilməsinin mümkünsüzlüyü ilə bağlı bir neçə dəfə fikrini söyləyib: “Azərbaycan quruluşuna görə unitar dövlətdir və ölkəmizdə vahid konstitusiya, vahid qanunverici və icraedici hakimiyyət mövcuddur.Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya, yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi və ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası və vahid hüquqi sistem mövcuddur.Məsələ budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli tarixində bölgənin statusu haqqında müzakirələr və razılaşmalar mövcud idi.
Rayonlar sülh şəraitində azad olunacağı təqdirdə status məsələsi müzakirə olunacaqdı. Burada bir haşiyə çıxım ki, həmin danışıqlarda belə, Dağlıq Qarabağın status məsələsi heç bir halda Ermənistan tərəfinin göstərməyə çalışdığı kimi status deyildi, bu status mədəni müxtariyyət statusu kimi nəzərdə tutulurdu.
Lakin Ermənistan tərəfi Dağlıq Qarabağ konfliktinin sülh danışıqları ilə nizamlanması istiqamətində heç bir addım atmadı, əksinə, daha öncə işğal etdiyi torpaqların işğal faktini möhkəmləndirmək üçün yeni ərazilər tutmaq məqsədilə bu ilin iyul ayında Azərbaycanın Ermənistanla sərhəd rayonu olan Tovuza hücum etdi. Ardınca diversiya qrupu göndərdi və nəhayət, 27 sentyabrda geniş miqyaslı hərbi əməliyyatlara başladı. Bununla da, əvvəlki danışıqlardakı şərtlər pozuldu.Son bir ayda isə Rusiya rəsmiləri və bu ölkədəki media, dövlət qurumlarındakı geniş erməni şəbəkəsi simaları tərəfindən məhz statusla bağlı bizə yönəlik açıq mesajlar səslənir.Dağlıq Qarabağın istənilən xüsusi statusu Konstitusion əsaslarda müəyyənləşə biləcək bir qərardır, buna ancaq konstitusion əsaslar və referendum yolu ilə nail olmaq lazımdır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-12-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01