Qarabağı necə qururuq? - Dövlət qollarını çırmalayıb...
İşğaldan azad edilmiş Qarabağda quruculuq və bərpa işləri, xüsusən də yaşam üçün xüsusi əhəmiyyət kəsb edən yol infrastrukturu, kommunal xidmətlərin bərpası işləri aparılır. Dövlət qurumları Prezident İlham Əliyevin tapşırığı ilə hələ müharibənin davam etdiyi günlərdən bu istiqamətdə hərəkətə keçib. Bəs görəsən , hazırda proses hansı mərhələdədir və ayrı-ayrı qurumlar azad edilmiş ərazilərdə nə kimi işlər görüblər?
“Azəriqaz” QSC-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov təmsil etdiyi qurumun azad edilmiş ərazilərdə gördüyü işlər haqqında son məlumatı bizimlə bölüşdü: “Məlum olduğu kimi işğaldan əvvəlki dövrdə Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsi Azərbaycan Respublikası tərəfindən təbii qazla təmin olunurdu. Bu məqsədlə magistral və paylayıcı qaz şəbəkəsi də çəkilmişdi. Lakin erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində qeyd olunan ərazilərin həmin vaxt qaz təminatı dayandırılmışdı. 2020-ci ilin sentyabr ayının 27-dən prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilən qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Hal-hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkintexniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq. Azad olunmuş ərazilərin qazlaşdırılmasının başlanılması gününü ”Azəriqaz" İstehsalat Birliyinin kollektivi səbirsizliklə gözləyir və bunu ən müqəddəs vəzifə borcu sayır".
Mövzu ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlundan da son məlumatı aldıq. Bəlli oldu ki, Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır. Cənab prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Cəmiyyətdən verilən məlumata görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir. Hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verib. Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsi ilə elektrik enerjisi ilə təmin olunub. Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC Dövlət başçısının müvafiq tapşırıqlarını ən qısa vaxtda layiqincə yerinə yetirəcək".
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təmsil etdiyi qurum artıq oktyabrın 20-dən işğaldan azad olunmuş ərazilərdə mövcud təchizatı sistemlərinin bərpası ilə bağlı işlərə başlayıb. İlkin olaraq biz Cəbrayıl şəhərində və Cəbrayıl rayonunun Daşkəsən kəndindəki mövcud hərbi obyektləri qidalandıran və sıradan çıxarılmış su xətlərinin bərpası ilə məşğul olduq. Müdafiə Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları ilə birgə orada olan sistemə baxış keçirdik, qəzalı halları aradan qaldırdıq. Oradakı binaların, tikililərin, qurğuların içməli su ilə təminatını həyata keçirdik. Növbəti mərhələdə Hadrutda, Zəngilanda, Qubadlıda, Şuşada da bu istiqamətdə işlər görmüşük. Eyni zamanda Araz çayı sahili boyu bərpa olunmuş Azərbaycan-İran sərhədində yaradılmış zastavaların su təminatı ilə bağlı işlər gördük. Hazırda bizim iki briqadamız orada fəaliyyət göstərir. Biri Hadrut şəhərində, biri isə Şuşa şəhərindədir. Şuşa şəhəri işğaldan azad edildikdən cəmi 2 gün sonra bizim əməkdaşlarımız oraya ezam olundular. İlkin olaraq, sistemlərin təftişi və dayandırılmış su təchizatı sisteminin bərpasına başladılar. İlk fəaliyyət kimi biz Daşaltı kəndini su ilə təmin etdik və orada bir sudoldurucu qurğu quraşdırdıq ki, artıq hərbçilərə maşınlarla suyun daşınması mümkün olsun. Ondan sonra isə mühəndis-istehkamçıların köməyi ilə Şuşa şəhərini içməli su ilə təmin edən xətt boyu monitorinqlər apardıq, ta mənbəyə qədər gedib çıxdıq. Kiçik Kirs dağının ətəyində yerləşən mənbədə müəyyən işlər gördük, eyni zamanda oradan Şuşaya qədər olan 12-dən çox nöqtədə qəzaları aradan qaldırdıq. Döyüşlər zamanı və ermənilər şəhəri tərk edərkən bu xətt sıradan çıxarılmışdı. Biz noyabr ayının 25-də Şuşa şəhərinə içməli suyun verilişini təmin etdik. Şuşa şəhərinin daxili su təchizatı sistemlərində hidravlik tənzimləmələr, qəzaların aradan qaldırılması, orada yaşayış olan tikililərə suyun verilməsi həyata keçirildi.
A.Cəbrayıllı vurğuladı ki, eyni zamanda Şuşa şəhəri üçün ikinci mənbənin yaradılması istiqamətində işlər davam etdirilir: “Bu həftə ərzində biz Şuşa şəhərində ikinci mənbədən , Zarıslı mənbəyindən içməli suyun verilməsini təmin edə biləcəyik ki, orada da müəyyən qəzalar və sıradan çıxmış hissələr var idi. Biz Müdafiə Nazirliyinin əməkdaşlarına da xüsusi təşəkkür edirik ki, onlar bizi yalnız buraxmadılar, hər yerdə bizimlə birgə oldular, təhlükəsizliyi , mina təhlükəsi və sair məsələləri həll etdilər və biz bu işləri görə bildik. Eyni zamanda bizim ”Azərsu" Səhmdar Cəmiyyətinin mütəxəssisləri bu günlərdə Laçın-Şuşa-Xankəndi yolunda müəyyən təmir-bərpa işləri apardı. Hazırda o yolda ermənilər hərəkət edirlər. Bu haqda virtualaz.org saytı və “Azadlıq” radiosunun erməni bölməsi də yazmışdı ki, orada Azərbaycana məxsus qurumlar tərəfindən mühəndislik işləri aparılır. O kadrlarda görünür ki, hətta erməni yaxınlaşıb nə isə soruşmaq istəyəndə sülhməramlı ona icazə vermədi. Biz bu işləri gördük. “Azərsu” ASC-nin əməkdaşları daim orada olacaq və xidmət təşkil edəcəklər ki, su təchizatı sistemlərində hər hansı problem yaranmasın, yaranacaq problemləri də operativ aradan qaldıraq".
Anar Cəbrayıllı onu da əlavə etdi ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad olunmuş rayonlardan yalnız üçündə su-kanal sahəsi yoxdur: “Bu gün bizim Cəbrayıl, Füzuli, Ağdam, Laçın, Kəlbəcər, Xocalı və Xocavənd su-kanal sahələri fəaliyyət göstərir. Yalnız Şuşa, Zəngilan və Qubadlı su-kanal sahələri mövcud deyil. Planımızda var ki, yaxın gələcəkdə biz bu üç ərazidə də su-kanal sahəsi yaradacağıq və gələcəkdə orada məskunlaşma infrastrukturunun yaradılması ilə bağlı yaranacaq məsələləri həmin su-kanal ssahəsi hesabına həll edəcəyik. Bu gün bizim Şuşa sakini olan və ”Azərsu" ASC-də çalışan iki mühəndis-texniki heyəti Şuşaya ezam etmişik. Eyni zamanda Cəbrayıl su-kanal sahəsinin rəis müavini Oqtay Hacıyevin rəhbərlik etdiyi qrup oradadır, Şuşa şəhərində fəaliyyət göstərir. Noyabrın ikinci ongünlüyündən başlayaq oradayıq, ortaya çıxan hər bir problemin həllinə operativ dəstək veririk. Orada fəaliyyət göstərən qrupumuzun ehtiyat hissələri, lazımi mal və materialla təminatı da operativ qaydada həyata keçirilir".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə hazırda Şuşa şəhərinə yol çəkilişini həyata keçirir. Qurumdan verilən məlumata görə, Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb: “Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır.
Dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşanın, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2020, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-12-2020, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01