İrandan qadınlarla bağlı mühüm qanun
Bu gün İran İslam Şurası Məclisində (Parlament) xarici vətəndaşlarla ailə quran iranlı qadınların uşaqlarına vətəndaşlıq verilməsi haqqında qanun layihəsi müzakirə edilib.
Azərtac xəbər verir ki, müzakirələrdə İranın ailə, qadın və uşaq məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikat da iştirak edib.
Deputat Mahmud Rəhimi Cahanabadi bildirib ki, bu qanun layihəsi İran qadınlarının hüquqlarının qorunması məqsədi ilə hazırlanaraq parlamentə təqdim edilib.
Onun sözlərinə görə, xarici vətəndaşlarla ailə həyatı quran qadınlar öz övladlarının İran vətəndaşı olmasını istəyirlər. Onların bu istəyini inkar etmək olmaz.
Qanun layihəsi səsə qoyulduqdan sonra 20 nəfər əleyhinə, 188 nəfər isə lehinə səs verib və qanun qəbul edilib.
Xatırladaq ki, bu məsələ uzun müddət İran parlamentində mübahisə mövzusu olub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran qanunlarına görə ikili vətəndaşlıq qadağandır. Buna baxmayaraq, sözügedən qanunun qəbulundan sonra xarici vətəndaşla ailə quran iranlı qadınların övladları ikili vətəndaşlığa sahib olacaqlar.
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-05-2019, 15:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-05-2019, 15:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11