ATƏT XİN Şurasının iclası başlayır: - Qarabağ da müzakirə ediləcək
Bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası başlayır.
Albaniyanın sədrliyi ilə keçiriləcək iclas iki gün davam edəcək.
Əvvəlcə iclasın Albaniyanın paytaxtı Tiranada keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tarixdə ilk dəfə olaraq videokonfrans formatında keçirilməsinə qərar verilib.
Nazirlər Şuraşı təşkilat məkanındakı təhlükəsizlik məsələlərini və böhranı nəzərdən keçirəcək. Eyni zamanda Dağlıq Qarabağ nizamlanması, Ukraynanın şərqindəki münaqişə, Dnestryanı bölgədəki vəziyyət, Belarusdakı hadisələr də diqqətdə olacaq.
Gündəlikdə təşkilatın dörd icra strukturuna namizədlərin təyin edilməsi məsələsi yer alır. Bunlar Baş katib, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru, Milli Azlıqlar üzrə Ali komissar və media azadlığı üzrə nümayəndədir. İştirakçı dövlətlərin ATƏT-dəki daimi nümayəndələri fikir ayrılıqları səbəbindən bu məsələdə razılığa gələ bilmədikləri üçün qeyd edilən vəzifələr 18 iyul 2020-ci ildən bəri boş qalıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-12-2020, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-12-2020, 11:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti