Kəlbəcərin sovet dövründə diqqətsiz qalmasının səbəbləri - ekspert danışır
Azərbaycan Ordusunun apardığı uğurlu Vətən müharibəsinin nəticəsi olaraq noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk etdiyi ərazilərdən biri də Kəlbəcər rayonu oldu. Ərazisinə görə ölkəmizin ən böyük rayonlarından biri olan Kəlbəcər zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Bu isə yaxın zamanlarda Kəlbəcərdə sənaye istehsalının ölkə iqtisadiyyatına böyük töhfə verəcəyi deməkdir. Hazırda ölkəmizdə qızıl istehsalının aparılması növbəti mərhələdə Kəlbəcərin qızıl yataqlarının da uğurla istismar olunacağını deməyə əsas verir. Qeyri-neft ixracında yüksək əlavə dəyərə malik olan qızıl istehsalı iqtisadi baxımdan Kəlbəcəri əvəzsiz edir.
Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı var.
Bundan başqa, Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da mövcuddur ki, bu onun iqtisadi əhəmiyyətini daha artırır. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi.
Bu qədər iqtisadi potensialının olmasına baxmayaraq, Kəlbəcər “İstisu” sanatoriyası istisna olmaqla, diqqətdən kənarda qalmışdı.
Uzun illər Kəlbəcərin inkişafdan kənarda qalmasının səbəbinə toxunan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, uzaq dağ rayonu olduğu üçün Kəlbəcərə diqqət elə də çox deyildi: “Sovet dövründə Kəlbəcərin iqtisadi potensialından müəyyən qədər istifadə olunurdu. Ancaq uzaq olduğu, dağ rayonu olduğu üçün həmişə diqqətdən kənarda qalırdı. Onun inkişafına bir o qədər diqqət yetirilmirdi. Kəlbəcərin çox böyük ehtiyatları var. Qızıl, civə və sair ehtiyatları çoxdur. O zaman Kəlbəcər deyəndə yalnız ”İstisu" yada düşürdü, sanatoriyalara gəlib-gedən çox idi, SSRİ miqyasında istifadə edirdilər. Noyabrın 25-də Kəlbəcər Azərbaycana təhvil verildi, orada çox böyük işlər görüləcək. Həm yeraltı sərvətlərlə əlaqədar, həm də iri sənaye müəssisələrinin tikilməsi ilə bağlı böyük layihələr olacaq. Vətəndaşlar Kəlbəcərə köçürüldükdən sonra orada heç vaxt iş problemi olmayacaq. Yeraltı ehtiyatlar çoxdur, heyvandarlıqla bağlı böyük imkanlar var. Digər sahələr var, su ehtiyatlarının kifayət qədər çox olması əkinçilik üçün imkanlar açır. Qarabağda ərazi cəhətdən ən böyük rayon Kəlbəcərdir. Kəlbəcərin iqtisadi potensialı nəinki bu rayonun camaatı üçün, həm də ətraf rayonlarda yaşayanlar üçün iş imkanı deməkdir".
V.Əhmədov vurğuladı ki, Azərbaycanın azad olunmuş torpaqların bərpası üçün xərclədiyi vəsait bir müddət sonra geri qazanılacaq: “Bütün xərc hökumətin üzərinə düşməyəcək, orada özəl şirkətlər də işləyəcək, xarici dövlətlər gəlib investisiya qoyacaqlar. Hazırda da marağı olan dövlətlər çoxdur. İlk olaraq Türkiyədən iş adamları gəldilər ki, Qarabağla maraqlansınlar, oraya investisiya qoysunlar. Bu bölgəyə yatırılan vəsait tez bir zamanda geri qazanılacaq”.
İqtisadçı alim, deputat Vüqar Bayramov da sosial şəbəkədəki səhifəsində Kəlbəcərin iqtisadi potensialını vurğulayaraq qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub: “27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.
Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyan məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur".
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2020, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-12-2020, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01