Fransa hökuməti Senatın qərarına “yiyə durmadı”, Bakı razı qaldımı? – 2 rəy
Fransa Senatı öz hökumətinə qondarma “dqr”i tanımaq barədə tövsiyə xarakterli qətnamə təqdim etsə də, rəsmi Paris sənədi qəbul etməyib. Bəlli olduğu kimi, Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan qətnamənin hökumətin rəsmi mövqeyi olmadığını bəyan edib.
Noyabrın 27-də Fransa XİN-i bir daha bəyanat yayıb və deyilir ki, hökumət “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Lakin Fransada Senat səviyyəsində belə bir addımın atılması heç də yaxşı hal deyil və iki ölkə münasibətlərinə ciddi şəkildə zədə vurmaqdadır.
Bəs Fransa XİN-nin açıqlaması rəsmi Bakını nə dərəcədə qane edir? Bundan sonra necə olacaq? Fransanın Minsk Qrupundan həmsədr kimi çıxarılması tələbi yenə də qoyulacaqmı?
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır. Bu ölkə ilə mal dövriyyəsi 63 faiz təşkil edir. İki ölkə arasında ticarət mübadiləsinin həcmi 600 milyon dolları ötüb. Ermənistanda isə bu göstərici hələ 100 milyon civarındadır. Eyni zamanda, Fransanın “Total” şirkəti Abşeron yatağında neft layihəsinə 1 milyard avro investisiya qoyub. Azərbaycandan Gürcüstana gedən dəmiryolunun modernləşdirilməsi ilə də Fransa məşğul olacaq. Burada da milyonlarla dollar investisiya nəzərdə tutulub.
Hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir və onlar ölkə iqtisadiyyatına 2,4 milyard dollar investisiya qoyub. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi isə 1,1 milyard dollar təşkil edir. Fransanın neft-qaz nəhəngi “Total” şirkəti 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"-nin əsas iştirakçılarından biri olub. Hasilatın Pay Bölgüsü Sazişinə görə “Total” layihədə 10 faiz paya malik olsa da 2014-cü ildə onu satışa çıxarıb. Neft-qaz nəhəngi “Şahdəniz 2” layihəsindəki payını da başqa şirkətlərə satıb.
Azərbaycan iki kosmik peykin inşası və istifadəyə verilməsi üçün Fransanın “COFACE” İxrac Kredit Agentliyindən 10 il müddətinə 98 milyon və ABŞ İxrac-İdxal Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon dolları məbləğində kreditlər götürüb.
Fransa şirkətləri ölkədə bir sıra investisiya layihələrinə cəlb olunub, Bakı Metropoliteninin inkişafı layihələrində aparıcı yer tuturlar. Həmin şirkətlərin Azərbaycanın qeyri-neft, təhsil və s. sahələrdəki fəaliyyəti ilə bağlı ətraflı yazmağa ehtiyac yoxdur. Ehtimal ki, hökumət iki ölkə arasında ən azı bundan sonra nəzərdə tutulan layihələrin bloklanması ilə bağlı qərarlar verəcək. Belə olan halda rəsmi Parisin Senatın qətnaməsinə “yox” deyəcəyi gözlənilən idi.
Amma faktiki qətnamə var və biz bundan sonra daha nələr etməliyik, hansı addımlar atılmalıdır, Senatın mövqeyini dəyişməsi mümkündürmü?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Fransa beynəlxalq hüquq normalarını kobud şəkildə poza bilməzdi: “Azərbaycan bunu gözəl anlayır. Sadəcə, Fransada erməni diasporu ilə əlaqəli siyasətçilər bu təxribatları törədirlər. İlk növbədə Senatın qətnaməsi Fransanın Minsk Qrupunda həmsədr mövqeyində fəaliyyətini davam etdirməsini şübhə altına alır. Hərçənd Minsk Qrupunun işinin əhəmiyyəti də qalmayıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qərarlarını özü icra edib. O baxımdan biz Minsk Qrupundan yeni heç nə gözləmirik. İkincisi, Senatın qərarı elə Fransaya zərərdir. Azərbaycan ictimai rəyində bu ölkəyə pis münasibət yaranıb, iki ölkə arasında münasibətlərə xələl gətirilib, habelə gələcəkdə iqtisadi əlaqələrə mənfi təsir edəcək”.
Deputat hesab edir ki, Fransanın Cənubi Qafqazda ən böyük tərəfdaşı Azərbaycan idi, amma bundan sonra çox mənfi təsirləri müşahidə edəcəyik. “Ona görə Senatın oyunları Fransa hökumətinə zərbə vurdu. Fransa Xarici İşlər Nazirliyinin də açıqlaması beynəlxalq hüquq normaları çərçivəsində olmalıydı. Sadəcə, bir yandan erməni diasporuna yaxın siyasətçilər Fransaya ciddi zərər vurur, digər tərəfdən ölkədə son vaxtlar antisemitizim, rasizm, islamafobiya, ksenefobiya halları artır”.
REAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, Fransa Senatının qəbul etdiyi qətnamənin ciddi hüquqi yükü olmasa da, Fransa üçün böyük siyasi yükü var: “Fransa Minsk Qrupundan dərhal çıxarılmalıdır. Bu ilk addımdır, amma sonra Fransa ilə əlaqələri kəsmək əvəzinə onlarla daha sıx işləmək lazımdır - iqnor doğru yol deyil. Fransa siyasətçilərinin bir qismi bu məsələdə hüququn yox, bir ovuc erməni əsilli seçicinin marağının yanında yer aldı. Amma Fransa biznesi, hansı ki, ölkədə ciddi çəkiyə malikdirlər, bu tutumdan məmnun deyil.
Çünki Fransa şirkətləri Azərbaycanda nəzərdə tutulan böyük özəlləşmə proqramında iştirak etmək istəyir”.
N.Cəfəri hesab edir ki, 2021-də İranla ABŞ yeni saziş imzalayacaq, sanksiyaların böyük qismi götürüləcək, Azərbaycan üzərindən İranda iş qurmağı planlayırlar: “Söhbət milyardlardan gedir. Ona görə də yubanmadan Fransa iş adamlarını birləşdirən qurumlarla əlaqəyə keçmək, görüşmək, onları lobbimizə çevirmək lazımdır. Pafosu, qarğışı, təhqiri kənara qoyaq, real iş görək, bu addımın presedentə çevrilməsinə imkan vermək olmaz! Senatın sənədini Fransa hökuməti təsdiqləməsə, hərəkətə keçməsə heç bir hüquqi zəmin yaratmayacaq, ona görə də vaxt itirmədən bütün imkanlar səfərbər edilməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-11-2020, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-11-2020, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01