Ermənilərin absurd SÖYÜDLÜ DAVASI... - GƏLİŞMƏ
Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış razılaşmaya əsasən noyabrın 25-də Kəlbəcər rayonu erməni silahlı birləşmələrindən azad olundu. Azərbaycan qoşunlarının daxil olduğu Kəlbəcər rayonu ilə bağlı ermənilərin iddiaları aktiv şəkildə mətbuat səhifələrinə daşınmaqdadır. İddialardan biri Xudavəng alban monastrı ilə bağlıdırsa, digəri Söyüdlü qızıl yatağına aiddir. Belə ki, internet resurslarında və Ermənistan KİV-lərində Kəlbəcər və Ermənistanın Vardenis rayonu arasında “sərhədin bağlanmasını” əks etdirən foto və videogörüntülər yayılıb. Ermənistan tərəfi burada yolda metal darvaza quraşdırıb və onu qırmızı rəngə boyayıb. Amma bu yer Azərbaycan və Ermənistan arasındakı real dövlət sərhədindən xeyli uzaqda - Kələbəcər rayonunun içərilərinə doğrudur. Ermənistanın məkrli planı 70 faizə yaxını Azərbaycan ərazisində yerləşən “Söyüdlü” qızıl yatağını bütünlüklə əlində saxlamaqdır.
Ermənilər 28 ildən çoxdur ki, talan etdikləri Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl yatağını geri vermək istəmirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, Söyüdlü (Zod) yatağının sənaye əhəmiyyətli ehtiyatları 112,5 tondur.
“Söyüdlü” yatağı sovet dövründə - 1951-ci ildə kəşf olunub. Oradan qızıl istehsalına 1976-cı ildə başlanıb. Kəlbəcərin işğalına qədər yataqdan 27 ton qızıl hasil edilib. İşğaldan sonra Ermənistan Zod adlandırdığı yatağın istismarını təkbaşına davam etdirib. Vikipediyanın Ermənistan bölümündə yerləşdirilən məlumatda qeyd olunur ki, yataq qızılla doyumluluğuna görə dünyanın ən zəngin yataqlarından biridir. Ermənistanın ən böyük qızıl yatağı kimi qeyd edilən “Söyüdlü”dəki qızılın həcmi sovet dövründə 112,5 ton qiymətləndirilib. Ermənistan işğal dövründə yalnız bu yatağı deyil, 13 ton ehtiyatlara malik olan “Ağduzdağ” və “Tuthun” yataqlarını da istismar edib. 2007-ci ildən “Söyüdlü”də istismarı “GeoProMining Gold Company” şirkəti həyata keçirir. Rusiya mənşəli bu şirkətin cəmi iki ölkədə aktivləri var - Rusiya və Ermənistan. Ermənistanda şirkət Aqarak mis-molibden kombinatına da sahibdir. Şirkətin Ermənistanda istehsal etdiyi qızılın həcmi 2018-ci ildə 130 min unsiya təşkil edib. Şirkətin saytındakı məlumatda yatağın 18 illik istismar ömrü olduğu qeyd edilib.
“GeoProMining Gold Company”dən əvvəl isə “Söyüdlü”nü 1998-ci ildən etibarən Kanadada erməni əsilli iş adamına məxsus “First Dynasty Mines” (FDM) şirkəti talayıb. O, yataqdakı hüquqlarını 2007-ci ildə GPM Gold.-a satıb. O zaman “GPM Gold.”un baş direktoru Vladimir Kozlov ümumilikdə Ermənistan iqtisadiyyatına 100 milyon dollar investisiya yatıracaqlarını elan etmişdi.
Ermənistanın məlumatına əsasən 2009-cu ildə yataqdan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton qızıl filizi çıxarılıb. Yataqdakı qızıl filizinin hər tonundakı xalis qızılın minimum miqdarı 0,8 qram hesablanır. Qızıl filizi buradan dəmir yolu ilə Ermənistan ərazisinə - Araraq zənginləşdirmə fabrikinə daşınırdı..
Qeyd edək ki, Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 - 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaranlar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.
Çox maraqlıdır ki, Ermənistan hələ sovet dövründən “Söyüdlü” yatağını təkbaşına mənimsəmək üçün addımlar atıb. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub. Lakin yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, ermənilərin məkrli planları sayəsində kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib. Komissiya yatağın Ermənistan tərəfindən istismar olunmasına qərar verib. Azərbaycan ərazisinə düşən hissədə istismar aparılmasına icazə verilməyib.
SSRİ dağıldıqdan sonra mövcud sərhədləri daxilində olan yataqla bağlı Azərbaycan tərəfi də istismar planları hazırlayıb. Ermənistanın ərazini işğal etməsi nəticəsində istismara başlanması mümkün olmayıb. Lakin Azərbaycan dövləti 1997-ci ilin avqustunda RV Investment Group Services LLS (51 faiz Azərbaycan, 49 faiz ABŞ) şirkəti ilə “Söyüdlü” yatağının da işlənməsi və istismarını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi imzalayıb. Ötən müddət ərzində “R.V. Investment” şirkəti dəfələrlə “Söyüdlü”də istismar işlərini həyata keçirən şirkətlərə, o cümlədən “GPM Gold.”a Azərbaycan ərazisində hasilat işlərinin aparılmasının beynəlxalq hüquqa zidd olduğuna dair xəbərdarlıqlar göndərib. Şirkət öz hüquqşünasları vasitəsilə Ermənistan, BMT, ABŞ və Böyük Britaniya hökumətlərinə də müraciət edərək “Söyüdlü”də hasilatın dayandırılmasını tələb edib.
Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün Vətən müharibəsi başlananda - sentyabrın 27-də “GeoProMining Gold” yataqdakı işləri dayandırmağa məcbur olub. Şirkətin mətbuat katibliyi işlərin hərbi əməliyyatlar dayandırıldıqdan sonra bərpa olunacağını bəyan edib. İndi isə məlum olur ki, Ermənistan yatağı əldən vermək istəmir.
Azərbaycan hökuməti Xarici İşlər Nazirliyinin timsalında dəfələrlə Kəlbəcər ərazisində yerləşən qızıl yataqlarının Ermənistan tərəfindən qanunsuz istismar olunduğunu bəyan edib. Nazirliyin 2019-cu ilin 2 aprelində - Kəlbəcərin Ermənistan tərəfində işğalının ildönümündə yaydığı bəyanatda qeyd olunur ki, Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur: “Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. 2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində "Söyüdlü" qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir. Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolu Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir”.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bildirir ki, Kəlbəcər rayonunun mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları -130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min m3 mişar daşı, 1 312 min m3 gil, 2 540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 /gün mineral su, 12 428 min m3 tikinti daşı, 1 901 min m3 üzlük daşı və 4 473 min m3 sement xammalı mövcud olub: “Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin aerofotoşəkillərinə istinadən deyə bilərik ki, erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib”.
Ə.Əliyev qeyd edib ki, işğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək.
Öz növbəsində "R.V. Investment Group Services" şirkətinin daxil olduğu “Anglo Asian Mining PLC” Zəngilan rayonundakı “Vejnəli” yatağının ərazisi işğaldan azad olunarkən bəyan edib ki, Azərbaycan hökuməti ilə 1997-ci ildə imzalanan sazişə əsasən “Söyüdlü”də hasilata başlamaq niyyətindədir. Bəyanata görə, Kəlbəcər rayonu ərazisindəki Söyüdlü, Qızılbulaq və Zəngilan rayonu ərazisindəki Vejnəli mədən-filiz yataqları üzrə kontrakt sahələrinin hər biri təqribən 300 kvadrat kilometr olmaqla, ümumilikdə 900 kvadrat kilometr ərazini əhatə edir: “Üç kontrakt sahəsi üzrə hesablanmış qızılın miqdarı C1 və C2 kateqoriyaları üzrə 112.5 ton və əlaqə olaraq P1 kateqoriyası üzrə 37 tondur. Qızıldan başqa, Qızılbulaq mədən-filiz yatağında 52,000 ton mis olduğu bildirilmişdir. Kəşfiyyat işləri aparmaqla, bu bilinən zonalara əlavə əlaqəli minerallaşmaları (təzahürlər və ya yataqlar) kəşf etmək mümkündür. HPBS-in imzalanmasından 23 il keçməsinə baxmayaraq, Şirkətimizin bu mədən-filiz yataqlarına çıxışı yoxdur.
Məlumatlara əsasən, ermənilər bütün beynəlxalq hüquq normalarını heçə sayaraq bu mədən-filiz yataqlarını qanunsuz istismar edir. 2006-cı ildə Kanadanın “Sterlite Gold” mədən şirkəti işğal altında olan Kəlbəcər rayonundakı yataqlarda qanunsuz fəaliyyətə başlamışdır. Şirkətimiz tərəfindən McGrigors (London) beynəlxalq hüquq şirkəti məsələyə cəlb edilmiş və həmin şirkətə etiraz məktubumuz ünvanlanmışdır. Həmin Kanada şirkəti səhm bazarında təmsil olunduğu üçün imic riskini nəzərə alaraq qanunsuz fəaliyyətini dayandırmışdır. Lakin hazırda əlimizdə olan məlumatlara əsasən bəzi Rusiya və Avropa şirkətləri yenidən belə qanunsuz fəaliyyətləri davam etdirirlər. Azərbaycanın qiymətli və əlvan metal ehtiyatları talan edilir və ölkə iqtisadiyyatına, eləcə də şirkətə milyonlarla dollar həcmində ziyan vurulur. Bunun qarşısının alınması üzrə əlimizdə olan bütün vasitələrlə mübarizə aparmağa davam edəcəyik".
Şirkət bildirir ki, HPBS üzrə işğal altında olan ərazilər azad edildikdən və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (“ATƏT”), yaxud analoji Beynəlxalq Təşkilat tərəfindən həmin ərazilərin işğaldan azad olunması və döyüş əməliyyatlarının dayandırılması faktının təsdiqlənməsi ilə həmin ərazilərdə kəşfiyyat və inkişaf fəaliyyəti başlayacaq.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan “Söyüdlü” yatağı ilə bağlı öz qanuni hüquqlarının tanınmasına nail olmalı, ərazinin Ermənistanın nəzarətində qalmasına imkan verməməlidir: “Ermənilər SSRİ rəhbərliyindəki havadarlarının köməyi ilə sovet dövründə Azərbaycan ərazisində yataqda işlərə başlanmasına imkan verməyiblər. İndi isə yatağı tamamilə mənimsəmək niyyətindədirlər. Hesab edirəm ki, Azərbaycan buna imkan verməməlidir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01