Fransa Senatı üç dövləti hədəf seçdi - Azərbaycan, Türkiyə və Rusiya...
Fransa senatı öz erməniliyini nümayiş etdirdi. Bu böyük Avropa dövlətinin sözügedən qurumu özünü kiçildərək, cılızlığa yol verərək Qarabağda separatizmi dəstəklədi. Amma bu, hökumətin mövqeyini əks etdirmir.
“Yeni Müsavat” bir daha yada salır ki, noyabrın 18-də Fransa senatının rəyasətinə erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuşdu. Noyabrın 25-də isə qətnamə müzakirə edilərək qəbul olunub və bədnam, qondarma “Artsax respublikası” senat tərəfindən tanınıb. Bir nəfər istisna, bütün senatorlar layihəyə səs veriblər.
Qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsvermə sonrası belə deyib: “Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?”
Fransa hökuməti senatın qətnaməsinə öz münasibətini bildirib. Fransa XİN-in dövlət katibi Jean-Baptiste Lemoine hesab edir ki, separatçı Dağlıq Qarabağın birtərəfli tanınması heç bir tərəfə fayda verməyəcək. Onun sözlərinə görə, bu “Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil”.
Eləcə də Azərbaycan tərəfi, konkret olaraq Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qətnaməni əhəmiyyətsiz kağız parçası elan edib:
“Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.
H.Hacıyev Azərbaycan hökumətinin mövqeyini belə ifadə edib: “Bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk. Fransa hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir”.
Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanlar ciddi qəzəb doğurur, münaqişənin tarixi, siyasi və hüquqi aspektləri tamamilə təhrif edilir.
Belə bir məqamda, Azərbaycanın ata biləcəyi qəti və sürətli addımlar nələr ola bilər? Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməsini tələb etmək haqqı qazanırmı?
Politoloq Eldar Namazov “Yeni Müsavat”a dedi ki, bu sənədin heç bir siyasi və hüquqi təsiri, çəkisi yoxdur. Onun sözlərinə görə, hətta senatda müzakirələr zamanı Fransa XİN rəsmisi hökumətin belə addım ata bilməyəcəyini öncədən vurğulayıb. “XİN nümayəndəsi qeyd etdi ki, nə hüquqi cəhətdən, nə Azərbaycanla əlaqələr baxımdan bu mümkündür. Ona görə qətnamədən sonra dərhal XİN bəyan etdi ki, Fransa bu addımı ata bilməz. Biz qətnaməyə baxanda görə bilərik ki, daha çox Türkiyəyə qarşı yönəlib. Burada Türkiyənin Aralıq dənizindəki fəaliyyəti tənqid olunub. Eyni zamanda, Rusiya hədəfə alınıb. Onlar çalışırlar ki, Ermənistanı Rusiyanın təsirindən çıxarsınlar, Fransanın təsirinə salsınlar. Ona görə hərb meydanında ermənilər bizə, diplomatiyada isə ABŞ və Fransa Rusiya ilə Türkiyəyə məğlub oldu. Çünki Rusiya bu bölgədə rəsmi diplomatik qələbə qazandı. O baxımdan qətnamənin hədəfi həm Türkiyə, həm Rusiya, həm də Azərbaycandır. Lakin senatın bu qətnaməsindən sonra diplomatiya sahəsində Azərbaycana böyük imkanlar açılır. Ermənistan-Rusiya münasibətləri daha da soyuqlaşır, reallıqda isə Azərbaycanın qələbəsi şübhə altına alınmır”, - deyə E.Namazov qeyd etdi.
O, bu sənədin Azərbaycanın ərazi bütövlüyünə zərər vura bilmədiyini düşünür: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya, eləcə də Fransa tərəfindən qəbul olunub. Ordumuzun şanlı qələbəsindən sonra ərazi bütövüyümüzü de-yure ilə de-faktonu birləşdirmişik. Ona görə bunu təsdiqləyən yeni sənədə ehtiyac yoxdur. Heç bir dövlətdən və ya təşkilatdan xahiş etmirik ki, bizim ərazi bütövlüyümüzü tanısın”.
E.Namazov hesab edir ki, Azərbaycanın qələbəsindən sonra Minsk Qrupunun fəaliyyətinin necə qurulacağı müəmmalıdır: “Ordumuz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib. İndi Ermənistanla Minsk Qrupu çərçivəsində nə danışa bilərik? Biz ermənilərin silahlı qüvvələrinin bir hissəsini darmadağın etmişik, bir hissəsi sülhməramlıların köməyi ilə oradan çıxarılır. Bundan sonra orada daxili işlərimiz qalır və erməni əsilli sakinlər varsa, onlara da şərait yaradıla bilər. Bu, bizim daxili işimizidr. Nə Ermənistanla məsləhətləşmək, nə problemin həllinə yaxın buraxmaq fikrimiz var. Ermənistanla danışıqların əhəmiyyəti qalmayıb. Biz tələb edirdik ki, qoşunları ərazimizdən çıxarın, yerli sakinlər isə vətəndaşlarımızdır. Bu vəziyyət yetişib. Ona görə Minsk Qrupunun formatı, heç gündəliyi də yoxdur. Onlar bu suallara cavab verə bilmirlər ki, bundan sonra nə işlə məşğul olmaq fikrindədirlər. Senatın qərarı da bu istiqamətdə imkanları artırır və Fransanın həmsədrlikdən uzaqlaşdırılması qaldırıla bilər. Bizim öz gündəliyimiz var, Laçının azad edilməsini gözləyirik, kommunikasiyalar tikilir, yollar açılır, yeni qəsəbələr tikilməlidir. Azərbaycanın 30 ilə yaxın gözlədiyi strateji işlər var. Ona görə bizim milli gündəliyimiz ölkəmizi gücləndirmək, azad edilən əraziləri bərpa etmək, köçkünləri yurd-yuvasına qaytarmaqdır. Əminəm ki, bu proses ölkənin dirçəlişinə, iqtisadiyyatın güclənməsinə gətirib çıxaracaq. Geopolitik savaşda isə Fransa, ABŞ hansı addımlar atmaq istəyirlərsə, bizim üçün prinsipial məsələlər deyil. Lazım gəldikdə diplomatiyamız, lazım gəldikdə Ordumuz cavab verəcək”.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, partiyanın senatın qərarını pisləyən bəyanatı olub. AXP sədri hesab edir ki, bu qətnamə birmənalı şəkildə ciddi geosiyasi fitnəkarlıqdır, Azərbaycana qarşı təcavüzdür, işğalçılıq iddiasıdır: “Hələlik Fransa qanunvericiliyinə görə bu, dövlətin yox, onun hakimiyyətinin bir qolunun mövqeyi kimi ifadə olunsa da, ciddi təxribatla üz-üzəyik. Hesab edirəm ki, bu məsələdə həm dövlət, həm ictimaiyyət təsirli addım atmalıdır”.
P.Hüseynin sözlərinə görə, belə bir sənədin qəbul edilməsi və qüvvəyə minməsi halında dərhal Fransa ilə bütün əlaqələrin kəsilməsinə, Minsk Qrupu həmsədrləri sırasından çıxarılmasına çağırış olunmalıdır. Partiya lideri Azərbaycan səfirinin Fransadan geri çağırılmasını və müvafiq olaraq Fransa nümayəndəliyinin Azərbaycandan kənarlaşdırılmasını, fransız mallarının və fransızdilli bütün xidmətlərin boykot edilməsini mümkün sayır. “Münaqişənin sülh yolu ilə nizamlanması ümidlərinin yaranmağa başladığı bir anda ortalığa atılmış bu məsələ ədalətə, insanlığa, beynəlxalq hüquqa daban-dabana zidd qeopolitik fitnəkarlıqdır, Ermənistan və Azərbaycanı müharibəyə, xalqları və insanları qanlı toqquşmalara təhrik etməkdir”, - deyə P.Hüseyn vurğuladı.
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross twitter səhifəsində nazir Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib. “Fransa senatında çıxış edən Fransa hökumətinin naziri bunları deyib: ”Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq. Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti sayəsində deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq". Türkiyə Xarici İşlər Nazirliyi də qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Fransa Senatının mövqeyi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Noyabrın 26-da Azərbaycanın Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilib. Musavat.com-un məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, “Qarabağ Azərbaycandır!”, “Fransa, ədalətli ol!”, “Beynəlxalq hüquqa hörmət elə”, “Fransa ATƏT-dən rədd ol!” kimi şüarlar səsləndiriblər.
Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.
Bəyanatda bildirilib ki, Fransa senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: “Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2020, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2020, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |