Qarabağla bağlı hələ açıq qalan 40 VACİB SUAL – NƏ, NECƏ OLACAQ?
Xəbər verildiyi kimi, noyabrın 10-da gecə Azərbaycan və Ermənistan rəhbərliyi Rusiyanın vasitəçiliyi və iştirakı ilə atəşin dayandırılması və Qarabağ məsələsinin həlli ilə bağlı bəyanat imzalayıblar.
Bəyanat münaqişənin həlli ilə bağlı bəzi mühüm məqamları əhatə etsə də, çoxsaylı açıq suallar hələ də qalmaqdadır. Doğrudur, ilkin razılaşmanın bəyanat şəklində olması onun sonradan daha detallı digər sənədlə əvəz olunması ehtimalı yaradır.
Hələliksə açıq olan suallar aşığıdakılardır
1. TƏMAS XƏTTİ HARADADIR VƏ HANSI FORMADA OLACAQ?
Razılaşmaya görə, sülhməramlılar təmas xətti və Laçın dəhlizinin təhlükəsizliyini təmin edəcəklər. Bəs təmas xətti haradadır?
Qarabağda indiyədək təmas xəttinin yeri aktiv müzakirə mövzusu olmasa da, Azərbaycan ordusunun son əməliyyatları zamanı Qarabağ daxilindəki rayonların da bir neçəsinin işğaldan azad etməsi nəticəsində əvvəlki təmas xəttindən xeyli irəliləmişik. Bir qədər əvvəl prezident İlham Əliyev də artıq əvvəlki təmas xətinin mövcud olmadığını, Ordumuzun həmin xətti dağıtdığını bildirmişdi. Formal olaraq təmas xətti deyəndə keçmiş Dağlıq Qarabağ Muxtar vilyətinin sərhədləri nəzərdə tutulurdu, amma həmin vilayət çoxdan yoxdur, üstəlik, Ordumuz Qarabağda Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Xocavəndin və Xocalının kəndlərinin bir hissəsini azad edilib. Deməli,
A) Təmas xətti haradan keçəcək? Son cəbhə xəttindən, yoxsa əvvəlki yerdən?
İlk baxışdan texniki məsələdir. Amma təmas xəttinin ayrı-ayrı tərəflərində olanların bir-biri ilə əlaqəsi necə oracaq?
B) Təmas xətti "mini" sərhəd xətti deməkdirmi?
C) Burada hər hansı hasarlama və ya ərazinin ayrılması üçün əlavə infrastruktur yaradılacaqmı?
D) təmas xəttinin bir tərəfindən digərinə keçmək üçün sənəd və ya icazə tələb olunacaqmı?
2. SÜLHMƏRAMLILARIN İŞİ NƏDƏN İBARƏT OLACAQ?
Razılaşmaya görə, Rusiya qoşunlarından ibarət olan sülhməramlılar təmas xəttini və Laçın dəhlizini qoruyacaqlar. Sual yaranır: onlar bunu necə edəcəklər?
A) Sülhməramlılar sərhədçilər kimi təmas xətti perimetrində düzüləcəklər, yoxsa, bu sadəcə postlar şəklində olacaq?
B) Təmas xətti necə qeyd ediləcək? Hər hansı hasar və ya başhqa qurğular olacaqmı?
C) Azərbaycan ərazisindəki sülhməramlılar kimə tabe olacaqlar? Dövlət qurumlarımız onlara hər hansı göstəriş verə və ya irad bildirə biləcəklərmi?
D) Sülhməramlılar təkcə təmas xəttində dayanacaqlar, yoxsa həm də ermənilərin yaşadığı ərazilərdə polis vəzifəsini də yerinə yetirəcəklər?
E) Həmin ərazilərdə asayişi kim qoruyacaq? Azərbaycan polisi və hüquq mühafizə orqanlarının bu ərazilərdə səlahiyyətləri necə olacaq?
3. LAÇIN DƏHLİZİ NECƏ İŞLƏYƏCƏK?
Prezidentlərin imzaladığı dünənki bəyannamədə Laçın dəhlizinin fəaliyyəti ilə bağlı texniki detallar var, məsələn, dəhlizin eni 5 kilometr olacaq. Amma açıq qalan suallar burada da çoxdur. Məsələn, Laçın dəhlizi haradək uzanacaq, və onun işi necə tənzimlənəcək? İndiyədək Ermənistanla Qarabağ erməniləri arasında quru dəhlizinin Azərbaycanın başına gətirdiyi acı nəticələr bu sahədə maksimum diqqətli olmağı tələb edir. Ona görə də bu sualla aydınlıq gətirilməlidir:
A) Laçın dəhlizinun uzunluğu nə qələr olacaq, yəni bu dəhliz Azərbaycan-Ermənistan sərhədindən başlayaraq harada bitəcək – Xankəndində, yoxsa bütün erməni rayonlarına qollar ayrılacaq?
B) Laçın dəhlizindən kimlər keçib gələ biləcək? Kim istəsə, yoxsa bir qayda olacaq?
C) Bu dəhlizlə bütün Ermənistan vətəndaşları Qarabağa gəlib-gedə biləcəklər? Bu proses necə tənzimlənəcək? Yəni Azərbaycan ərazisinə gəlmək üçün onlara icazə tələb olunacaq? Onların qeydiyyatı aparılacaqmı? Qeydiyyatı kimlər aparacaq?
D) Bu qaydanı kim müəyyən edəcək? Azərbaycanın digər sərhəd ölkələrlə olduğu kimi burada da Nəzarət Buraxılış Məntəqələri olacaqmı?
E) Ermənistandan Qarabağa gələnlərin sənədlərini kim yoxlayacaq? Oradan gətirilən mallar və ədəbiyyyatlara (məsələn, genosid barədə kitablara) kim və necə nəzarət edəcək?
4. ERMƏNİSTANLA QARABAĞ ARASINDA HAVA ƏLAQƏSİ NECƏ OLACAQ?
Laçın dəhlizi öz yerinddə, amma əlaqələr təkcə quru yollarla bitmir. Deməli, yeni suallar yaranır:
A) Ermənistanla Qarabağ arasında birbaşa hava əlaqəsi olacaqmı?
B) Ermənistandan Qarabağa təyyarə yə ya helikopter uçuşlarına kim nazərat edəcək? Yenə istədikləri vaxt gəlib gedə biləcəklər, yoxsa bunun üçün Azərbaycan tərəfinin icazəsi tələb olunacaq?
C) Xocalı aeroportu kimin nəzarətində olacaq?
5. ERMƏNİLƏRİN YAŞADIĞI ŞƏHƏR VƏ RAYONLAR NECƏ İDARƏ OLUNACAQ?
Bir qələr əvvəl - döyüş əməliyyatları yeni başlayanda «O gün olsun, Xankəndinin icra başçısının rüşvət videosu yayılsın» zarafatını hamı xatırlayır. Həmin vaxt bu zarafat əhalinin əməliyyyatlara münasibətinin bariz göstəricisi idi. İndi isə bu barədə ciddi düşünmək vaxtı çatıb – Xankəndində icra başçısı olacaqmı?
Hətta təmas xəttinin o tərəfində yerləşsə də, ermənilərin yaşadığı ərazilər Azərbaycan Respublikasının ərazisidir və məntiqlə Azərbaycan qanunları ilə idarə edilməlidir. Deməli, yeni suallar var:
A) Bu ərazilərin idarə edilməsi ilə bağlı Azərbaycan hökumətinin səlahiyyətləri necə olacaq? Məsələn, dövlət başçısı, məsələn, İmişlidə olduğu kimi Xankəndinə də icra hakimiyyəti başçısı və digər vəzifəliləri təyin edəcəkmi?
B) Ümumiyyyətlə, bu rayonlarda idarəetmə necə qurulacaq – icra hakimiyyətləri, yoxsa bələdiyyələr? Məsələ bundadır ki, indiyədək ermənilər Qarabağdakı ərazilərin guya bələdiyyə seçkiləri ilə idarə edildiyini bildirirdilər. İndi necə olacaq?
C) Eyni ilə digər dövlət qurumları - DİN, Prokurorluq, Təhsil nazirliyi, TƏBİB və sair qurumların bu ərazilərdəki qurumlarla səlahiyyətləri və münasibətləri necə tənzimlənəcək?
6. AZƏRBAYCAN VƏTƏNDAŞLARI ERMƏNİLƏRİN SIX YAŞADIĞI 4 RAYONA KÖÇƏ BİLƏCƏKLƏRMİ?
Yenə də təmas xətti məsələsinin ortaya çıxardığı sual - İndiyədək Azərbaycan ordusunun hələ azad etmədiyi və ermənilərin sıx yaşadığı 4 rayona - Xankəndi, Əskəran, Ağdərə və Xocavəndə azərbaycanlıların çıxışı necə olacaq?
A) Bu rayonlara Azərbaycan vətəndaşlarının girişi-çıxışı necə tənzimlənəcək? Bu sənədlə olacaq, yoxsa ümumiyyətlə tənzimlənməyəcək və giriş-çıxış sərbəst olacaq?
B) Bəs əks istiqamətdə – ermənilər də bizim bütün ərazilərə sərbəst şəkildə girib-çıxa biləcəklərmi?
C) Münaqişədən əvvəl bu ərazilərdə yaşayanlar və onların ailə üzvləri olan azərbaycanlılar qayıdıb burada yaşaya biləcəklərmi?
D) Azərbaycanın digər bölgələrində yaşayanların bu rayon və şəhərlərə köçüb yaşaması mümkün olacaqmı?
E) Bəs əks istiqamətdə necə, ermənilər Azərbaycanın istənilən ərazisinə köçüb yaşayüa biləcəklərmi?
7. AZƏRBAYCANIN YENİ ERMƏNİ VƏTƏNDAŞLARI NECƏ OLACAQ?
Dünən açıqlanan razılaşmadan da göründyü kimi, münaqişənin həlli ilə Qarabağdakı ermənilər Azərbaycan əhalisi olaraq ölkə vətəndaşlarına çevrilməlidirlər. Burada aydınlaşdırılmalı məqamlar az deyil.
A) Ermənilərə Azərbaycan pasportu veriləcəkmi? Bu məcburi olacaqmı?
B) Azərbaycan qanunları ikili vətəndaşlığa icazə vermir. İndiyədək Ermənistan paspoortu alanlar Azərbaycan pasportu aldıqdan sonra onlardan digər vətəndaşlığı ləğv etmək və ya iki ölkədən biri arasında seçim etmək - ya Azərbaycan, ya da Ermənistan vətəndaşı olursan və gedib həmin ölkədə yaşayırsa prinsipi ilə - tələb olunacaqmı?
C) Ermənilərin Azərbaycan ordusunda hərbi mükəlləfiyyəti olacaqmı? Onlardan orduda xidmət etmək tələb olunacaqmı?
D) Ümumiyyətlə bu ərazidə hər hansı silahlı qüvvələrin yaradılmasına icazə veriləcəkmi?
E) Ermənilərin Azərbaycan dilini bilmələri tələbi qoyulacaqmı?
F) Ermənilər dövlət qulluğu və digər dövlət qurumlarında çalışmaq üçün Azərbaycan dilindən imtahan verəcəklərmi?
G) Ermənilərin yaşadığı rayonlarda sənədləşmə və rəsmi yazışmalar hansı dildə aparılacaq? Azərbaycan dilində aparılacaqmı?
H) Azərbaycandakı ermənilərin təhsil proqramlarına - ermənilərin sıx yaşadığı rayonlarda – nəzarət ediləcəkmi? Yəni bu ərazidə yenə də «Qarabağ ermənilərindir», «Erməni genosidi» kimi saxta mövzular tədris olunacaqmı?
8. ERMƏNİ RAYONLARI VƏ ƏHALİSİ İLƏ İQTİSADİ MÜNASİBƏTLƏR NECƏ OLACAQ?
Hələlik münaqişənin həlli ilə bağlı razılaşmanın mürəkkəbi qurumasa da, əvvəl axır iqtisadi münasibətlərin dəqiqləşdirilməsinə ehtiyac yaranacaq. Bu sahədə ortaya çıxan ilk suallar aşağıdakılardır:
A) Azərbaycan büdcəsindən ermənilərin sıx yaşadığı rayonlara vəsaitlər ayrılacaqmı?
B) Ümumiyyətlə, təmas xəttinin o tərəfində də büdcə təşkuilatları olacaqmı? Onlar da əmək haqqını digər bölgələrdə olduğu kmi alacaqlar?
C) Ermənilər vergi ödəyəcəklərmi? Bu vergi hara ödəniləcək? Azərbaycan büdcəsinə, yoxsa onların yerli büdcəsinə?
D) Ermənilərin sıx yaşadığı ərazilərə yatırım etmək istəyən investorlarla bağlı məsələlər necə həll olunacaq? Onlara nəzarət ediləcəkmi?
9. ERMƏNİSTAN RƏSMİLƏRİ QARABAĞƏ SƏFƏR EDƏ BİLƏCƏKLƏRMİ?
Tarix göstərir ki, Qarabağ münaqişəsi və onun nəticələrinin kökü Ermənistan rəsmiləri tərəfindən aparılan təbliğatla sıx bağlıdır. İndiyədək, yəni torpaqlar işğal altında olduğu dövrdə Ermənistan rəsmiləri bu əraziləri öz torpaqları hesab edərək fəaliyyətlə məşğul olublar. Ermənistan rəhbərliyi Qarabağ ərazisinə Ermənistanın bir hissəsi kimi baxıb və buna uyğun hərəkət edib. Bəs indi, torpaqların azad edilməsrndən, amma ortada təmas xəttinin yaranmasından sonra bu məsələr necə tənzimlənəcək?
A) Ermənistanın dövlət qurumlarının nümayəndələri Qarabağa maneəsiz gələcəklərmi? Bu necə tənzimlənəcək, icazə ilə yoxsa icazəsiz?
V) Laçın dəhlizi ilə Ermənistanın dövlət qurumlarının nümayəndələrinə Qarabağa maneəsiz gəlmək icazəsi veriləcəkmi?
C) Digər dövlətlərin nümayəndələri, məsələn Fransalı və ya Yunanıstanlı deputatlar, xarici KİV-lərin təmsilçiləri Qarabağa Azərbaycan tərəfinin icazəsi olmadan gələ biləcəklərmi? Bu məsələlər necə tənzimlənəcək?
D) Qarabağa xaricdən yüklərin birbaşa gətirilməsinə icazə veriləcəkmi? Bu yüklərə kim nəzarət edəcək?
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2020, 10:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-11-2020, 10:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01