Co Bayden ermənilərə yaxındır - Maraqlı İDDİA
ABŞ-da Respublikaçı Donald Tramp və Demokrat Co Bayden arasında baş tutacaq prezident seçkilərinə son 2 gün qalıb. Bu müddət ərzində hər iki namizəd müxtəlif ştatlarda öz seçiciləri ilə görüşüblər. Hətta bu gün Donald Tramp yenidən Şimali Karolina, Pensilvaniya, Viskonsin və Miçiqanda seçicilərinə müraciət edəcək. O, seçkilərdə qalib gələcəyi təqdirdə təşkil olunacaq tədbirin əvvəl planlaşdırıldığı kimi Vaşinqtondakı otelində deyil, Ağ Evdə baş tutacağını vurğulayıb. Belə bir fonda kimin daha çox səs toplayacağı, dünyanın superdövləti ABŞ-ın yeni prezidentinin kim olacağı barədə mülahizələr mediada geniş yer almaqdadır. Azərbaycanda da bu barədə müxtəlif fikirlər var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Amerikada prezident seçkiləri qarışıq olur, bu səbəblə proqnoz vermək asan məsələ deyil:
“Ötən seçkilərdə də bir çoxları düşünürdü ki, Hillari Klinton qalib gələcək. Reytinqlərdə də onun üstün olduğu görünürdü və ilk teledebatda da Tramp üzərində qələbə çalmışdı. Üstəlik seçki günü Trampdan bir neçə milyon çox səs toplamışdı. Amma sonra Tramp qalib oldu, çünki Amerikada çox qarışıq prezident seçkisi olur. Vətəndaş birbaşa prezidenti seçmir, nümayəndələri seçir, onlar özləri prezidenti seçirlər. İndi də görünür ki, Bayden reytinqlərdə üstündür, teledebatlarda da Tramp üzərində qələbə qazanır”.
Siyasi şərhçi Demokratların namizədi Co Baydenin seçilmə ehtimalının yüksək olduğunu vurğulayıb:
“Amma son gündə mövqeyini bildirməyən vətəndaşlar Trampa üstünlük verə bilərlər. Düzdür, seçkilər hələ bir müddət əvvəl başlayıb. Amerikada seçki qanununa görə, insanlar bir neçə gün qabaqdan elektron qaydada da səs verə bilərlər və müəyyən proqnozlara görə ilkin səs verənlər məhz Baydenin elektoratlarıdır. Bayden daha şanslı görünür, amma nəticənin nə olacağını demək çətindir”.
Azərbaycan üçün Co Baydenin prezident seçilməsinin nə kimi müsbət və mənfi cəhətlərinin ola biləcəyinə gəldikdə isə həmsöhbətimiz diqqətə çatdırıb ki, Bayden ermənilərə yaxınlıq nümayiş etdirir:
“Qarabağ müharibəsilə bağlı məntiqsiz açıqlamalar verir. Tramp bu cür açıqlamalar vermir. Yəni belə baxanda Trampın yenidən 4 il prezident qalması əslində, Azərbaycanın maraqlarına uyğundur. Amma yenə də Bayden seçilsə belə, bizə hər hansı problem olmayacaq. Bizim məsələyə mane olası deyil. İnaqurasiya mərasimi onlarda yanvarın sonlarında həyata keçirilir, ona qədər də biz öz məsələmizi həll edərik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-11-2020, 13:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-11-2020, 13:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11