“Sərhədsiz Reportyorlar”ın sərhədsiz ədaləti və Makronun sərhədsiz erməni sevgisi
Fransanın “TF 1” telekanalının əməkdaşı Liseron Budul Azərbaycana səfər edərək hazırladığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reportajında həqiqətləri işıqlandırdığına görə erməni icması tərəfindən sərt hücumlara məruz qalıb.
"Report" xatırladır ki, oktyabrın 22-də “TF 1” kanalının “Saat 20:00” adlı verilişində cəbhə xəttindəki son durumdan, Ermənistanın və separatçıların dinc əhalini, mülki obyektləri hədəf alaraq sıx məskunlaşmış böyük şəhərlərdə xeyli insanın ölümünə səbəb olan raket hücumlarından bəhs edən reportajın yayımlanmasından sonra böyük reportyor vəzifəsində çalışan müəllif jurnalist Liseron Budula qarşı Fransanın erməni icması tərəfindən feysbuk və tvitterdə güclü nifrət dolu saysız mesajlar axını gəlməyə başlayıb və onu “genosid törədənlərin fahişəsi” adlandırıblar. Eyni zamanda jurnalistin telefon nömrəsini də əldə etməyə nail olan icma üzvlərinin votsap tətbiqi üzərindən də jurnalistə təzyiqlər etdiyi də deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq sosial şəbəkələr, elektron poçt ünvanı və davamlı telefon zəngləri ilə narahat edilib.
Bundan başqa, sosial şəbəkələrdə ermənilər “dezinformasiyaya bənzəyir” deyərək, reportajın məzmununu şübhə altına almağa cəhd ediblər. Bundan sonra şərhlərdə “Ola bilər ki, “TF 1”in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər” kimi açıq kriminal çağırışlar ehtiva edən fikirlər müşahidə edilib. Ertəsi gün Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçirib. Nəhayət, kanal təzyiqlərə tab gətirə bilməyib və gərginliyi azaltmaq üçün Liseron Budulun reportajını öz saytından silməyə məcbur qalıb.
Qeyd edək ki, oktyarın əvvəlində digər iki fransız jurnalist də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrə görə internetdə erməni icmasının təhdidləri ilə üzləşiblər.
Fransa ermənilərinin bu azğın hərəkətlərinə - mətbuat və söz azadlığına qəsd, bir insanın şərəf və ləyaqətinin alçaldılması və həyatına təhlükə törədilməsi kimi aktlara qarşı reaksiyalara gəlincə, “Sərhədsiz Reportyorlar” təşkilatı ədalətli mövqe tutaraq bəyanatla çıxış edib. Sözügedən bəyanatda “TF 1” televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyi vurğulanıb.
“Sərhədsiz Reportyorlar” təşkilatının Aİ və Balkanlar bürosunun rəhbəri Pavol Szalai da jurnalist Liseron Budul və “TF 1” kanalına qarşı olan təzyiqləri qətiyyətlə pisləyib. Fransa erməniləri təşkilatlarının koordinasiyası şurasının həmsədri Frank Papazyanı mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağıran Pavlo Szalai münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsinin qəbuledilməz olduğunu bildirib.
“Sərhədsiz Reportyorlar”dan fərqli olaraq, Fransa dövləti jurnalistə qarşı olan bu çirkin hücumlara susqunluq göstərməyə davam edir. Daim ermənipərəst mövqeyi ilə seçilən, antitürk və islamafob bəyanatları ilə yadda qalan Fransa rəhbərliyi və şəxsən prezident Emmanuel Makron da erməni sevgisinin əsirinə çevrilib və bu azğınlığa göz yummaqda qərarlıdır.
“Şarl Ebdo” nəşri ilə bağlı baş vermiş hadisələr zamanı dünya müsəlmanlarının çoxsaylı etirazlarını nümayişkəranə şəkildə gözardı edən Fransa rəhbərliyi müsəlmanları açıq şəkildə aşağılayan, İslam dinini və Məhəmməd peyğəmbəri təhqir edən dərginin müdafiəsinə qalxmışdı və bunu mətbuat və söz azadlığının müdafiəsi kimi təqdim edərək demokratik dünyagörüşünün qorunması kimi qələmə verirdi.
Demokratik prinsiplərə qarşı açıq-aşkar qəsd edən ermənilərin mətbuat və söz azadlığına qarşı yönəlmiş bu aktlarına səs çıxarmayan Fransa hakimiyyəti bir daha ikili standartların qüvvədə olduğunu, demokratiya və insan haqları kimi ümumbəşəri dəyərlərin çirkin siyasi niyyətlər naminə istismar edildiyini yenidən gözlər önünə sərmiş oldu.
Fransa hakimiyyəti ədalətsizliyə qarşı hərəkətsizliyi ilə sübut etdi ki, demokratiyanın beşiyi sayılan Fransada bu dəyərlər çoxdan aşınıb və deqradasiyaya uğrayıb. Artıq demokratiya dünyagörüşü, həyat tərzi və idarəetmə fəlsəfəsi kimi yox, yalnız dar mənada sırf seçki qutusundan çıxmağa, hakimiyyət müddətini uzatma vasitəsinə çevrilib. Buna görə də seçki kampaniyalarını maliyyələşdirən, müxtəlif resurslara çıxış imkanları təklif edən və icma kimi müəyyən səs faizi vəd edən erməni diasporunun lobbiçilik məqsədləri ən ümdə dəyərdən də daha önəmli qəbul edilir.
Ədalət də, hüquq və azadlıqlar da, demokratiya da artıq erməni diasporunun əsirinə çevrilib. Eynilə Emmanuel Makron opportunizmin əsirinə çevrildiyi kimi.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2020, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2020, 12:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01