Şuşan Stepanyanın sildiyi şəkil...
Ermənistan hərbi siyasi rəhbərliyinin feyk xəbərlər əsasında Azərbaycana qarşı hazırladığı növbəti qarayaxma kampaniyasını bu dəfə özləri ifşa ediblər. Terror dövləti döyüşlərin başladığı ilk günlərdən Azərbaycan tərəfində muzdluların olması barədə şayiələr yaysa da, dövlət başçısı İlham Əliyev sübut tələbinə cavab verə bilmirdilər. Azərbaycana qarşı oxşar iddialar irəli sürən başqa ölkələr də sübut təqdim edə bilmədilər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ermənistan dövləti belə olan halda saxta sübutlar istehsal etməyə başlayıb. Terrorçulara Azərbaycan hərbçilərinə məxsus forma geyindirərək onu Azərbaycan tərəfində döyüşən muzdlu kimi qələmə verməyə çalışıblar. Lakin saxta dövlətin müdafiə naziri David Tonoyan erməni separatçıları ilə görüşərkən çəkilən fotolarda həmin şəxslər də istəmədən yer alıblar.
Ermənistan ordusu müharibə başlayandan Azərbaycana qarşı həm də feyk müharibəsi elan edib və bu guya suriyalı yaraqlıların Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi iddia olunur. Erməni tərəfi guya suriyalı yaraqlılarına Azərbaycan sərhədçilərinin formasında döyüşdüyünü bildirir.
Ötən gün Ermənistan Müdafiə naziri David Tonoyanın erməni əsgərləri ilə görüşündən çəkilmiş fotoşəkillər bu erməni yalanını darmadağın edir - həmin fotoşəkillərdə David Tonoyanın yanında məhz Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgər əyləşib, digər bir əsgərin isə şalvarı həmin formadandır.
Bu, erməni tərəfinin öz əsgərlərinə belə forma geyindirərək, guya suriyalı hərbçilərin Azərbaycanda döyüşməsinə dair yalan, feyk videolar çəkməsini bir daha təsdiqləmiş olur. Məlumat yayıldıqdan dərhal sonra erməni telegram kanalları bu xəbəri sildilər, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Şuşan Stepanyan isə xəbəri saxlasa da, məhz həmin geyimdə şəxslərin yer aldığı şəkli sildi. Bu, bir daha erməni tərəfinin özü-özünü ifşa etdiyini, şəkilləri silməklə, özlərini təmizə çıxartmaq cəhdlərini göstərir.
Bu, Ermənistanın ilk belə təxribatı deyil. Döyüşlər ərəfəsində məğlubiyyətini qəbul edə bilməyən erməni silahlıları yeni tamaşa düzəltmişdilər. Guya, Azərbaycan əsgərləri işğaldan azad etdiyi kənddə 2 hərbçini əsir götürür və onları güllələyərək öldürürlər. Amma tamaşada bir nüans unudulmuşdu, Azərbaycan əsgəri kimi təqdim edilən şəxslərin formasının üzərində Ermənistan bayrağı var idi. Bu sübut Ermənistanın təxribatının qarşısını aldı. Güllələnmə səhnəsində də “öldürülən” şəxslərdən heç bir qan çıxmır. Başını itirən erməni rəhbərliyi hətta fizika qanunlarını da yaddan çıxarmışdılar. Öndən “güllələnən” şəxs güllənin itələmə qüvvəsini unudaraq arxaya deyil, elə önə yıxılmışdılar.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb:
“Bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanıb və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilib. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad ediblər.
Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi altında bu kimi bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.
Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi forması geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.
1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-10-2020, 15:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-10-2020, 15:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |