Gürcüstan da Rusiyadakı bəzi xəstələrin cavabını verdi: - “Bizim üzərimizdən Ermənistana desant endirə bilməzsiniz”
"Arsenal" hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili Rusiyanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin açıqlamasını şərh edərək, Gürcüstanın Dağlıq Qarabağdakı fəal döyüş əməliyyatlarının başından bəri həm Azərbaycan, həm də Ermənistana hərbi malların tranzitinə icazə verməyəcəyini bildirdiyini xatırladıb.
Ovqat.com-un məlumatına görə, İrakli Aladaşvili “VZGLYAD” qəzetinə açıqlamasında deyib:
"Gürcüstan bu mövqeyə ciddi şəkildə riayət edir və bundan sonra da edəcək. Hər iki dövlət də bizə dostdur. Hərbi yükün heç birinin ziyanına buraxa bilmərik. Beləliklə, Zatulinin təklifi qətiyyən qəbulolunan deyil. Gürcüstan bitərəfliyi pozmayacaq."
Baş redaktor Rusiyaya məsləhətindən də geri qalmayıb:
“Əgər Gümrüdəki hərbi bazaya mal çatdırmaq istəyirsinizsə, buyurun, İran tərəfi razı olarsa, sizə dəhliz yaratsın. O dəhliz vasitəsilə İran üzərindən Ermənistana hərbi yük göndərin. Baxmayaraq ki, o da bitərəfliyini qoruyur”.
Bundan əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətin inkişafına verəcəyi mümkün reaksiyaların variantlarını sadalayıb. Onun fikrincə, lazım gələrsə, Moskva Gürcüstana onun hava məkanından istifadə edərək “lazımi qüvvələrin və vasitələrin Ermənistana göndəriləcəyini” açıq şəkildə izah etməlidir.
0
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2020, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2020, 17:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26