Kremlin Qarabağ siyasəti: - Putinin gedişləri nəyə hesablanıb?
Ermənistan siyasiləri hələ də Rusiyanın onların haqsız mövqeyinə dəstək verəcəyinə ümid edirlər.
Xəbər verildiyi kimi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamyan vəzifəsindən azad edilib. Erməni politoloqları bunu Kremlin istəyi və Paşinyan hakimiyyəti ilə Rusiya arasındakı razılıq kimi dəyərləndirirlər.
“Sputnik Ermənistan”a müsahibə verən siyasətçi Vigen Akopyan deyib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamyanın istefası Ermənistan-Rusiya münasibətlərinin mövcud məntiqindən irəli gəlir. Siyasətçi etiraf edir ki, bu tək kadr dəyişikliyi olmayacaq, çünki müharibə zamanı ordunun rolu kəskin şəkildə artır. Politoloq Suren Surenyantsa görə isə, Moskvadan İrəvana Karamyanın etibarlı kadr olmadığını çatdıra biliblər və mümkündür ki, Karamyan Ermənistan-Rusiya münasibətlərində "ahəngdarlığı” "təmin etmək üçün vəzifəsindən kənarlaşdırılıb. Əgər erməni politoloqların fikrinə diqqət etsək, Moskvanın Paşinyana bəzi istəklərini qəbul etdirdiyi görünməkdədir. Moskvanın bu imicini biz Belarusdakı prezident seçkilərinə münasibətdə də görmüşdük.
Əvvəlcə Belarusdakı vəziyyətə münasibət bildirməyin tez olduğunu bildirib gözləmə mövqeyinə keçən Kreml, Aleksandr Lukaşenkodan istədiyini aldıqdan sonra proseslərə fəal müdaxilə etməyə başladı. Dağlıq Qarabağda mənzərə Belarusdan fərqli olsa da, eyni taktikanın mümkün olma ehtimalı düşünülə bilər. Bundan başqa, Kreml iki ölkənin xarici işlər nazirlərini Moskvaya dəvət edib.
Rusiya həqiqətən də beynəlxalq hüquqa riayət edir, yoxsa Nikol Paşinyandan istədiklərini almağı gözləyir?
Məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya deyib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamyanın Rusiyanın istəyi ilə vəzifədən kənarlaşdırılması mümkündür:
“Rusiya hakimiyyətinin Paşinyana münasibətinin mənfi olduğu bəllidir. Bəzi hallarda Rusiya Prezidenti heç Paşinyanın telefonunu da açmır. Amma Paşinyan Rusiyanın dediklərini etsə, Kreml İrəvana müəyyən dəstək verə bilər. Dəstək deyərkən, onsuz indi də Rusiya Ermənistana dəstək verir, hərbi yüklər daşınır. Bunu Prezident İlham Əliyev də döyüşlərdən əvvəl qeyd etmişdi. Yəni Rusiyanın Paşinyandan xoşu gəlməsə də Ermənistana hərbi yardımı kəsmir. Amma Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin işdən çıxarılması Rusiyanın istəyi ola bilər. Çünki o və digər bir neçə nazir Ermənistanda vəzifəyə təyin olunarkən, Rusiya buna etiraz etmişdi. Rusiya həmin kadrları qərbpərəstlikdə ittiham edirdi. Son məlumatlara görə, həmin nazirlərdən Paşinyanın özü də narazı olub. Çünki Ermənistan mətbuatı yazırdı ki, guya Ermənistandan gələn gənclər Dağlıq Qarabağda məlumat yayıb, vuruşmağın mənasız olduğunu, öldürüləcəklərini təbliğ edirdilər. Ona görə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamyanın vəzifəsindən çıxarıldığı bildirilir. Əgər Paşinyan Rusiyanın bütün şərtlərini qəbul etsə, gərək bütün nazirləri işdən çıxara. Mən buna o qədər də inanmıram. Əlbəttə, hazırda Paşinyanın Rusiyadan asılılığı xeyli artıb. Amma Rusiya dəyişiklik istəsə, gərək Paşinyanı bir başqası ilə əvəzləsin. Bu da mümkün deyil. Çünki seçki yolu ilə Paşinyanı dəyişməsi üçün azı 3 ay vaxt lazımdır. Onadək də biz öz məsələmizi həll etmiş olarıq. Bircə qalır hərbi yolla Paşinyanı devirmək. Rusiya bunu da işə sala bilər. Çünki bu mümkün variantlardan biridir. Onda da Ermənistan daha çox qarışa bilər”.
Poltoloq hesab edir ki, Putin mövcud davranışları ilə Paşinyanı cəzalandırır:
“Hesab edirəm ki, Rusiya Paşinyanın dəstək çağrılarına cavab verməməklə onu cəzalandırır. Putin Paşinyana demək istəyir ki, sən Qarabağ məsələsində məndən asılısan. Zamanında mənim dostumu həbs edib, sonra da Corc Sorosun adamlarını vəzifəyə təyin etmişdin. İnanmıram ki, Kreml Paşinyanın bütün istəklərini qəbul etsin”.
E.Şahinoğlu Rusiyanın mövqeyində Paşinyanla Lukaşenko arsındakı fərli və ortaq məqamlara da diqqət çəkib:
“Mövcud vəziyyətdə Rsuiyanın Ermənistana münasibəti ilə prezident seçkilərindən sonra Belarusa münasibətlərində oxşarlıqlar da var. O zaman Putin Lukaşenkonu cəzalandırırdısa indi də Paşinyanı cəzalandırır. Lakin fərqli məqam ondan ibarətdir ki, Lukaşenko açıq şəkildə Rusiyaya bağlılığını etiraf edirdi. Doğrudur, Lukaşenko zaman- zaman Rusiyanı hətta sərt tənqid edib. Amma ruspərəst siyasətini də yürüdürdü. Bu baxımdan Paşinyanla Lukaşenko arasında böyük fərq var. Paşinyanı Corc Soros kimi maliyyə nəhəngi dəstəkləyirsə, Lukaşenkoya Qərbin maliyyə mərkəzləri bağlı olub. Yəni Lukaşenkonun Qərblə Paşinyan qədər əlaqəsi olmayıb”.
Ekspert əlavə edib ki, Rusiya Paşinyandan istədiyini alıb və ya hərbi çevriliş yolu ilə onu hakimiyyətdən kənarlaşdırıb Dağlıq Qarabağ məsələsinə aktiv müdaxilə edərsə, qardaş Türkiyə də qoşunlarını Azərbaycana yerləşdirər:
“Rusiyanın Paşinyandan istədiklərini tam şəkildə alması və ya onu hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırıb Dağlıq Qarabağda gedən proseslərə aktiv müdaxilə etməsi fikri ciddi araşdırma tələb edir. Aktiv müdaxilə dedikdə, Rusiyanın öz qoşunlarını Dağlıq Qarabağa yeritməsi başa düşülür, yəni Azərbaycan ərazilərinə. Bunu etsə, həm Azərbaycanla, həm də qardaş Türkiyə ilə münasibətləri avtomatik gərginləşəcək. Digər tərəfdən, həmin vəziyyətdə Türkiyə öz qoşunlarını Azərbaycana yerləşdirmiş olar. Bu da Rusiyanın maraqlarına cavab vermir. Sonuncu variantda Rusiya Azərbaycana diplomatik təzyiqləri artıra bilər. Amma Azərbaycan Prezidenti qətiyyətli mövqe ortaya qoyub ki, Ermənistan bizim şərtlərimizi qəbul etməyənədək savaşlar dayanmayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-10-2020, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-10-2020, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11