“Azərbaycan-Türkiyə qardaşlığının bənzəri yoxdur” - Dünyaya MESAJ
Dünən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. XİN başçısı əvvəlcə Prezident İlham Əliyevin qəbulunda olub. Daha sonra Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla birlikdə brifinqdə çıxış ediblər. M.Çavuşoğlu növbəti dəfə Bakıdan dünyaya mesaj verərək, Türkiyənin Azərbaycanın haqq davasında sonadək yanında olacağını bəyan edib. Çavuşoğlu dövlət başçısının qəbulunda olarkən bildirib ki, Türkiyənin, türk xalqının can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün Bakıya gəlib.
Türkiyəli nazir bildirib ki, bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir:
“Əlbəttə, Türkiyə olaraq biz də nə vaxt ehtiyac olarsa, istənilən sahədə Azərbaycana hər cür dəstəyi verməyə hazırıq.
Bunu prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur”.
Çavuşoğlunun səfərinə dair fikirlərini “Sherg.az”la bölüşən Türkiyədə yaşayan tanınmış jurnalist, professor İbrahim Nəbioğlu sözügedən səfərin əlavə şərhə ehtiyacı olmadığını deyib. Professor qeyd edib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlət olduğunu bir daha sübut etdi:
“Türkiyə Azərbaycana hər cür dəstək verə bilər. Amma belə qarışıq və gərgin bir vaxtda Çavuşoğlunun Bakıya gəlməsi o deməkdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ermənilər şikayət edirlər ki, Rusiya Prezidenti Vladimir Putin telefonlara cavab vermir.
Onlar yalnız Fransa prezidenti Emmanuel Makrondan ciddi dəstək alırlar. Makronun da nə qədər ciddi olduğu və apardığı siyasət sual altındadır.
Ermənistana beynəxalq təşkilatlardan dəstək yoxdur. Ortada yalnız erməni diasporunun səs-küyü var”.
İ.Nəbioğlu vurğulayıb ki, Azərbaycan Ordusunun müzəffər ordu şəklinə gəlməsi onu göstərir ki, Azərbaycan düzgün hərbi siyasət yürüdür:
“Tarixdə bu iki ölkənin dostluğu və qardaşlığının bənzəri yoxdur. Bunun da ən bariz nümunəsi bu gün beynəxalq arenada Azərbaycana olan dəstəkdir. İngiltərədən tutmuş Əfqanıstan, Pakistandan tutmuş Avropanın bir çox ölkəsi ölkəmizə dəstək verir.
Açıq şəkildə deyirlər ki, Azərbaycanın apardığı bu mübarizə onun ərazi bütünlüyünü təmin etmək üçündür. Azərbaycan da ciddi infromasiya hücumu ilə dünyaya göstərir ki, bəli, biz nəinki ərazi bütövlüyümüzü təmin edirik, həm də torpaqlarımızdakı terrorçuları təmizləməklə məşğuluq”.
Çavuşoğlunun Bakıya gəlməsinin önəmli bir jest olduğunu deyən professor bildirib ki, hazırda Türkiyə bəzi ciddi məsələləri həll edir:
“Türkiyə Aralıq dənizinin şərqində, Suriyada və İraqdakı problemlərlə məşğuldur. Bunun üstünə Qarabağ məsələsinə gələndə, Cavuşoğlunun qrafikinin nə qədər gərgin olduğunu görürük. Məsələn, Türkiyə XİN başçısı bu gün də Slovakiyanın paytaxtı Bratislavaya gedib. Onun bu qarışıqlıqda Bakıya gəlməsi Türkiyənin Azərbaycana verdiyi qiymətin ən bariz nümunəsidir. Bu da Azərbaycana güvən verir, ölkəmizin sabaha olan ümidini birə- beş artırır. Yaşasın Azərbaycan Ordusu!”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-10-2020, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-10-2020, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11