BMT BAŞ KATİBİ RİYAKARLIQ EDİR! - Təcavüzkarla təcvüz qurbanını “seçə bilmir”
Rusiya KİV-nin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Ermənistan-Azərbaycan münaqişə zonasında atəşin təcili dayandırılmasına kömək çağırışı ilə bölgəsel və beynəlxalq oyunçulara müraciət edib.
Baş katibin rəsmi nümayəndəsi Stefan Cyujarikin xəbər verdiyi kimi, Quterreş münaqişə zonasında davam edən döyüş əməliyyatlarını pisləyib və mülki yaşayış zonalarının atəşə tutulması barədə xəbərlərdən ciddi narahatlığını bildirib.
Baş katib bunu da növbəti dəfə təkrarlayıb ki, münaqişənin hərbi yolla həlli yoxdur və ləngimədən atəşin dayandırılmasına, ATƏT Minsk Qrupunun çətiri altında danışıqlara qayıtmağa çağırıb.
Baxın, bu sətirləri oxuduqca, izləyicidə elə təsəvvür yaranır ki, cənab Quterreş sanki «daltonik»dir və indiki halda təcavüzkarla təcavüz qurbanını seçə bilmir və ya seçmək istəmir. Yoxsa ki, bu çağırışları etməzdən əvvəl sözügedən münaqişənin köklərinə, qaynaqlarına ötəri də olsa bir nəzər salardı.
Ümumiyyətlə, bir sıra siyasətçilərin ortaya atmış olduqları «Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur» şüarı bu məsələyə qərəzli yanaşmanın məhsulu sayılmalıdır. Tərəfləri danışıqlar masasına dəvət edən kəslər gərəkdir ki, 30 illik danışıqlar xronikasına ötəri də olsa nəzər salaydılar və özlərinə sual verəydilər: 30 il davam edən danışıqların nəticəsi hanı?! O biri tərəfdən, bir fikirləşəydilər ki, məgər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi danışıqlar yolu ilə Emənistan tərəfindən işğal olunub?
BMT-nin Baş katibi üçün isə bu cür boğazdan yuxarı bəyanatların səsləndirilməsi sadəcə, özünə və rəhbərlik etdiyi beynəlxalq təşkilata hörmətsizlikdən başqa bir şey deyil. Belə ki, sözügedən münaqişə gerçəkdən onu qayğılandırmış olsaydı, ilk növbədə BMT TŞ-nın bu münaqişəyə yönəlik qəbul etmiş olduğu qətnamələrin nə üçün icra olunmadığını təcavüzkar Ermənistandan soruşardı. Axı, həmin qətnamələrdə münaqişənin aradan qaldırılmasının çox sadə və asan yolu göstərilib - Ermənistan silahlı qüvvələri Azəbaycanın Dağlıq Qrabağ bölgəsini və ona bitişik 7 rayonu işğal edib və oradan qeyd-şərtsiz çıxmalıdır. İndi mən bu tribunadan cənab Quterreşdən soruşmaq istəyirəm: Nə üçün çıxarılmayıb?! Bəs, icra olunmayacaqdısa, bu qətnamələri hansı məqsədlə qəbul etmisiniz?
Bəsdirin, riyakarlıq etdiniz, əl-ayağa dolaşmayın, imkan verin, Azərbaycan özü bu münaqişəni hərb meydanında həll etsin!
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2020, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-10-2020, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26