“Paşinyan Trampla danışmaq üçün yalvarır...” – ABŞ mediası
“Azərbaycanla münaqişə qızışır, Ermənistan lideri ABŞ-a yalvarır”. “The New York Times” qəzetində Endrü Hiqinzin məqaləsi belə adlanır.
Müəllif Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə – oktyabrın 1-də ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik müşavirinə zəng etdiyini yazır.
Qəzetin yazdığından belə məlum olur ki, Paşinyan yenə saxta göz yaşları ilə yalan iddialar irəli sürübmüş: Niyə Birləşmiş Ştatların çoxdankı müttəfiqi Türkiyənin Amerika istehsalı olan F-16 qırıcılarından mübahisəli regionda etnik ermənilərə qarşı istifadəsini dayandırmaq üçün heç bir iş görülmür?
Paşinyanın sözlərinə görə, Robert Obrayn onunla Prezident Tramp arasında telefon danışığı təşkil etməyə boyun olub. Ancaq elə bundan bir neçə saat sonra Prezident Trampın koronavirus testinin müsbət çıxdığı açıqlanıb.
Məqalədə qeyd edilir ki, təhlilçilərin fikrincə, Trampın sağlıq məsələsi onun administrasiyasının Dağlıq Qarabağ münaqişəsindən uzaq qaldığını bir daha diqqət mərkəzinə gətirmiş oldu.
Paşinyan Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından geri qaytarmaqla bağlı sualdan yayınıb, deyib ki, bu onun deyil, Dağlıq Qarabağın separatçı liderlərinin işidir.
Başı Çin kimi böyük məsələlərə qarışmış Tramp administrasiyası sadəcə bu münaqişəyə “diqqət ayırmayıb vətamamilə uzaqlaşıb”– britaniyalı ekspert Tomas de Vaal qəzetə deyib.
“Tərəflərdən hər biri yalnız öz travmasını qabardır, qarşı tərəfininkini kiçildir”, deyən De Vaalın fikrincə, 1990-cı illərdə Balkanlarda müharibəni dayandırmış beynəlxalq təhlükəsizlik əməliyyatı gerçəkləşməsə, bu münaqişə azı daha bir nəsil də davam edə bilər”.
Belə bir əməliyyat isə “indiki beynəlxalq vəziyyətdə heç real görünmür”, – təhlilçi sözlərinəəlavə edib.
“The New York Times” qəzetində başqa bir məqalədə Endrü E.Kramer Dağlıq Qarabağ münaqişəsinin niyə alovlandığını araşdırmağa cəhd edir.
Moskvadan yazan müəllif vurğulayır ki, budəfəki eskalasiyanı əvvəlkilərdən Türkiyənin indi Azərbaycanı dəstəkləməsi fərqləndirir.
“Bu döyüşlər Türkiyənin Yaxın Şərqdə və Şimali Afrikada getdikcə daha çox əzələ nümayiş etdirdiyi dönəmdə baş verir, indiyədək əsasən lokal, etnik münaqişənin regional eskalasiya təhlükəsini artırır. Təhlilçilərin mövqeyincə, başı koronavirus pandemiyasına qarışmış beynəlxalq vasitəçilər bu yay Dağlıq Qarabağda yaranmış gərginliyi xəbərdarlıq kimi gözdən qaçırdılar”, – məqalədə vurğulanır.
“The Washington Post” qəzetində İşaan Taroor yazır ki, keçmiş sovet respublikaları olan Ermənistanla Azərbaycanda üst-üstə 13 milyondan az adam yaşayır. Amma onların müharibəsi qlobal qarşıdurmaya çevrilə bilər.
Sentyabrın 27-dən başlanan əməliyyatlarda hər iki tərəfdən hərbçilər və mülki şəxslər öldürülür.
Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süeymanov qəzetə deyib ki, bu ölkənin silahlı qüvvələri mülki şəxsləri hədəfə almır. Əməliyyatlar başlananda Ermənistanın səsləndirdiyi və bəzi media orqanlarının tirajladığı muzdlular məsələsinə gəlincə, səfirin sözlərinə görə, Azərbaycanın 21-ci əsrə xas, yaxşı təşkil olunmuş döyüş qüvvəsi var.
“Bizə əlavə döyüşçülər lazım deyil”, deyən səfir belə döyüşçülərin nizamsız olduğunu, heç azərbaycanlılarla ünsiyyətə girə bilmədiyin vurğulayıb.
Türkiyənin Bakıya dəstəyi ilə bağlı Süleymanov qeyd edib ki, böhranın kənardan necə görünməsində “balanssızlıq” var, daha çox Türkiyənin roluna diqqət ayırır, nəinki Ermənistanı Avropanın, yaxud Rusiyanın dəstəkləməsinə.
Müəllif bu böhranın regiondakı qarmaqarışıq geosiyasəti qabartdığını yazır. Azərbaycan İsrailə yaxın, bəzən İranla ziddiyyətləri yaranan dünyəvi ölkədir.
Moskvanın durumu isə daha həssasdır, hər iki ölkəylə münasibət saxlayır, onlara silah satır, ancaq Ermənistana daha yaxındır.
“Hər iki ölkəyə yaxınlığımız bizə imtiyaz verir. Türkiyə yalnız bir tərəfə konsentrasiya edir və bu da Rusiyaya əngəllər yaradır, çünki o, Azərbaycanı seçim etməyə məcbur edir”, – rusiyalı təhlilçi Sergey Markedonov “Wall Street Journal” qəzetinə deyib.
Müəllif yazır ki, Qərbin, özəlliklə də Birləşmiş Ştatların laqeydliyi də problemin bir hissəsi ola bilər.
“Beynəlxalq diqqətin yoxluğu tərəflərə belə bir mesaj ötürdü ki, münaqişənin regiondan kənarda əhəmiyyəti yoxdur. Xüsusilə Bakıda bu hiss diplomatiyadan məyusluğu gücləndirdi”, – Beynəlxalq Böhran Qrupu bu fikirdədir. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2020, 08:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-10-2020, 08:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26