Amerikadan Rusiya XİN-in absurd iddialarına CAVAB GƏLDİ - "...kəşfiyyat məlumatları mövcud deyil"
"Suriya üsyançılarının Dağlıq Qarabağda yerləşdirilməsini təsdiqləyən informasiya və ya kəşfiyyat məlumatları mövcud deyil".
Bunu Cənubi Qafqazla məşğul olan iki amerikalı məmur anonimlik şəraitində “Turan”ın Vaşinqtondakı müxbirinə bildirib.
Məlumata görə, həmin məmurlar “hərbi əməliyyatlarda iştirak etmək üçün əsasən Suriya, Livandan Dağlıq Qarabağ zonasına qanunsuz silahlı birləşmələrin çıxarılması” barədə Rusiya XİN-in çərşənbə günü yaydığı məlumatı belə şərh ediblər.
Bundan başqa, Dövlət Departamentinin yüksək vəzifəli məmuru "Türkiyənin F-16 təyyarəsinin ermənilərin hərbi təyyarəsini vurması" barədə Ermənistan XİN-in bəyanatını təsdiqləməyib:
“Bununla bağlı heç bir məlumatım yoxdur. Hazırda məndə bunu təsdiqləyəcək heç bir fakt yoxdur”.
Qeyd olunub ki, bu həftənin əvvəlində dövlət katibi Mayk Pompeonun Yunanıstana səfərindən sonra Dövlət Departamentinin yüksək vəzifəli məmuru türkiyəli həmkarları ilə görüşmək üçün iki günlüyə Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər edəcək.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional məsələlərin müzakirə ediləcəyi vurğulanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2020, 10:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2020, 10:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11