İran niyə düşmən dəyirmanına su tökür? - Bilir ki, Qarabağdan sonra Təbrizin azadlığı GƏLİR!
Azərbaycanla savaşda çoxsaylı itkilər verərək acınacaqlı duruma düşən işğalçı Ermənistan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Ermənistanın bu yersiz pərtliyinin səbəbi az-çox hər kəsə bəllidir. Amma İsrail-Azərbaycan münasibətlərindəki strateji müttəfiqlik xəttinə baxmayaraq Təl-Əviv-Ankara münasibətlərindəki soyuqluq narahatedici və düşündürücüdür. Görəsən, Azərbaycanla yaxın münasibətlər İsrail-Türkiyə gərilimini də yumşalda bilərmi? Son olaylarda İranın qatı ermənipərəst mövqe sərgiləməsindən sonra İsrail-Türkiyə-Azərbaycan münasibətlərinin üst səviyyəyə qalxmasını gözləməyə dəyərmi?
Moderator.az-ın bu sualını Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı cavablandırıb:
"Mən sonuncu sualdan başlamaq istəyirəm. İran nə vaxt ermənipərəst olmayıb ki? Qarabağın işğal edilməsinin səbəbkarlarından biri elə İran olmuşdur. İran bütün dövrlər ərzində Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlarımızın Ermənistanın əlində qalmasına çalışıb, bütün siyasətini bunun üzərində qurub, Ermənistana yardım edib, onu ağır ekonomik blokadan çıxardıb. Ermənistana, Dağlıq Qarabağa ərazisindən intensiv şəkildə silah daşıyıb... Bunu Azərbaycanı sevmədiyinə görəmi edib?
Həm də yalnız ona görə yox ki, Şimali Azərbaycandan gələcək "təhlükələri" dəf etsin. Həm də ona görə ki, ermənilər farslarla eyni kökdən gəldiklərinin fərqində olublar. Amma baxın, biz eyni dildə danışan, damarlarında eyni qanı daşıyan Orta Asiya Respublikalarından yetərincə, heç olmasa mənəvi dəstək səslərini eşitmirik. Məgər bizlərin, Türkiyənin bu qardaş xalqlara münasibəti belədirmi? İndi erməni-fars -rus tandemi torpaqlarımızı azad etmə mücadiləmizdə necə birləşirlərsə, Türk dünyası nədən vahid bir platformada birləşə bilmir? Azərbaycanı qoyaq qırağa. Bu Türk respublikaları görmürlərmi Türkiyəyə hansı böhtanlar atılır? Nədən onlardan biri Rusiya kanallarına çıxıb Solovyov kimi informasiya casusuna cavab vermirlər? Orta Asiya və Rusiyadakı Türk topluluqları ilə ciddi fəaliyyət olmalıdır. İnşallah qələbəmizdən sonra bunlar üzərində durmalıyıq. Bu gün Güney Azərbaycan liderlərindən Mahmudəli Çöhraqanlı İranda yaşayan soydaşlarımıza müraciət etdi. Bir fikrinə xüsusən haqq verirəm ki, Güney Azərbaycanın xilası da Qarabağdakı bu günlər verdiyimiz savaşdan asılıdır. Bax budur İranı qorxudan. Ona görə erməniyə yardım edirılər ki, Qarabağdan sonra Güney Azərbaycanın milli azadlıq hərəkatı başlanacaq. Burada verdiyimiz qəhrəmanlıqlar Təbrizə, Güney Azərbaycanın bütün yerlərinə sıçrayacaq. O qələbə ruhudur İran rejimini qorxudan. Heç şübhəsiz bunlar hamısı olacaq. Bölgənin lideri və sahibi olan Türkiyə əlbət bu günlərdə etdiyi xəyanətə görə bir gün İran şovinizminə bədəl ödətdirəcək. Bu günkü xəyanətinə görə Azərbaycan da onun da dərsini verəcək. Bu gün erməniyə verdiyimiz dərs kimi! Hər şeyin zamanı gələcək... İsrailə gəlincə münaqişənin başlanğıcından bu dövlət Azərbaycanın, haqqın yanında olduğunu dəfələrlə isbat edib. Azərbaycanla strateji müttəfiq kimi davranıb. Biz bunları qiymətləndirməliyik. Türkiyə - İsrail münasibətlərində soyuqluq yaradan da İran kimi, bəzi Ərəb ölkələri kimi islam ideologiyasından öz maraqları naminə alver edənlər olub. İsrailin Türkiyəyə heç bir düşmən münasibəti yoxdur. Hətta ermənilər İsrail Knessetinə bir neçə dəfə "erməni soyqırımı" yalanını çıxarmaq istəyəndə dövlət səviyyəsində buna mane olublar. Düzdür, bu məsələdə Azərbaycandan olan İsrail vətəndaşlarının, parlamentarilərin də rolu olmuşdur. Ermənilər İsraillə bizim və Türkiyənin arasına çox girmək istədilər, onu öz tərəflərinə çəkmək cəhdləri də oldu. Hətta İsraildə Ermənistan səfirliyi açmaq kimi yaltaq bir girişimdə də bulundular. Amma İsrail hakimiyyətində ağıllı və bu qaraçı toplumunu yaxşı tanıyan adamlar oturub və buna imkan vermədilər. İndi Türkiyə ilə İsrailin də adı çəkilir ki, bu ölkələr müasir silahlarala Azərbaycanı təchiz edib və bizə yardım edirlər. İsraildən gələn bir açıqlamanı deyim. Politoloq Arye Qut bir proqramda bildirdi ki, Azərbaycanın yardıma ehtiyacı yoxdur və Erdoğan demiş, o "öz göbəyini özü kəsməyə qadirdir". İsraillə Türkiyə arasında heç bir gərilim yoxdur, sadəcə olaraq anlaşılmazlıqlar olmuşdur və onun yumsalması da baş verməkdədir. Qarabağda qələbədən sonra inanıram ki, müttəfiqliyə çevriləcəkdir. Biz dost- düşmənimizi nəhayət tanımalıyıq.
Ermənistan rəhbərliyinin İsraildən Azərbaycana bir neçə təyyarə silah göndərilməsi ilə bağlı İsrailə etirazı da gülüncdür. Heç kəsə sirr deyildir ki, Azərabaycan bir neçə ölkədən silah satın alır və bu ticarət beynəlxalq qanunlar çərçivəsində aparılmaqdadır".
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26