ALMANİYA TÜRKİYƏ-YUNANISTAN GƏRGİNLİYİNİN MƏRKƏZİNDƏ – Ankara kimlərin və hansı planlarını pozur?
Aralıq dənizinin şərq hissəsində Türkiyə və Yunanıstan arasındakı münaqişə yeni və daha sərt qarşıdurma fazasına qədəm qoyur.
İqtisadi və hərbi cəhətdən böyük gücə malik Fransa bu münaqişədə aktiv şəkildə Yunanıstanı dəstəkləyir. Fransa Türkiyənin Aralıq dənizində güclənməsini qətiyyən həzm edə bilmir. Çünki Türkiyənin bu nəhəng akvatoriyada möhkəmlənməsi Fransanın Suriya, Livan, Misir və Liviya istiqamətindəki geostrateji planlarını pozur. Uzun müddətdir ki, Avropa Birliyindəki siyasi platformada əsas aparıcı mövqedə Fransa, iqtisadi sahədə isə Almaniya ön planda dayanıb. Almaniyanın birləşməsindən sonra zənn edilirdi ki, bu dövlət yenidən siyasi proseslərin episentrində yer almağa çalışacaq. Lakin bu gözləntilərin əksinə olaraq, Almaniya Avropada iqtisadi lokomotiv funksiyasını böyük geosiyasi maraqlardan üstün tutub. Əlbəttə, ilk baxışda elə görünə bilər ki, iki dünya müharibəsinin səbəbkarı olmuş bu dövlət hansısa ekspansiv istəklərdə günahlandırılmamaq üçün geosiyasi proseslərdən uzaq duracaq. Amma digər yandan unutmayaq ki, güclü iqtisadi baza qurmadan böyük geostrateji xəyallar, elə xəyal olaraq da qalacaq. Bu baxımdan Almaniya iqtisadi cəhətdən bərkiyərək, sanki sakitcə öz zamanını gözləyir. Nahaq yerə bəzi analitiklər Avropa Birliyini “Dördüncü Reyx” adlandırmırlar.
Avropanın və eləcədə Aralıq dənizi hövzəsində baş verən hadisələrə Almaniyanın necə yanaşması böyük maraq doğurur. Türkiyənin “Evrensel” qəzetinin “Almaniya Aralıq dənizindəki gərginliyin mərkəzində” başlıqlı məqaləsində Türkiyə və Yunanıstan arasındakı münaqişədə Almaniyanın oynadığı rola toxunulur.
“Türkiyə və Yunanıstan arasında Aralıq dənizində yüksələn gərginiyin ən çox toxunduğu ölkə Almaniyadır. Hər iki ölkə ilə yaxşı hərbi və iqtisadi əlaqələr quran Almaniya anlayır ki, onlar arasında ehtimal edilən müharibədən ziyan çəkə bilər. Ancaq bununla bağlı Almaniyanın həyata keçirdiyi vasitəçilik səyləri nəticə verməyib. Almaniya bir tərəfdən münaqişənin və gərginliyin qabağını almağa çalışır, digər tərəfdən isə iki ölkəyə silah satışından imtina etmir. Almaniya illər ərzində öz mənfəəti naminə bu ölkələri silahlandırıb və indi isə sanki əkdiyini biçir.
- Resursların bölüşdürülməsində hərənin öz hesabı var!
Aralıq və Egey dənizlərində Türkiyə və Yunanıstan arasındakı gərginlik səngimək bilmir. Yay aylarında dəniz zonaları və Şərqi Aralıq dənizində hasil ediləcək təbii qazın hansı marşrutla Avropaya çatdırılacağı ətrafında gedən mübahisə tərəfləri öz hərbi təyyarə və gəmilərini səfərbər hala gətirməyə vadar edib. Son həftələr Türkiyə daha da irəli gedərək Yunanıstan sərhəddinə qoşun göndərməyə başlayıb. Hər iki ölkənin hakim elitası uzun illər ərzində canlı tutmağa çalışdıqları köhnə fikirlərini yenidən “qaşıyaraq” insanlar arasında millətçiliyi körükləyirlər.
Şərqi Aralıq dənizindəki enerji mənbələri uğrunda gedən mənfəət qarşıdurması və bunların bölüşdürülməsi istiqamətindəki imperialist hesablaşmalar nəticəsində artan gərginlikdə Avropa Birliyi ölkələri müxtəlif yanaşma nümayiş etdirirlər. Bu ölkələrin başında Avropa Birliyinin liderliyi uğrunda mübarizə aparan Almaniya və Fransa gəlir. Xüsusən də hər əlverişli fürsətdə vahid Avropa Birliyi xarici siyasətinin işlənib hazırlanmasına çağırış edən və buna görə də Avropa ordusunun yaradılmasını dəstəkləyən Fransa prezidenti Emmanuel Makron, Almaniyaya xəbər vermədən Kiprin cənubuna iki hərbi və bir nəqliyyat təyyarəsi göndərib. Fransanın Yunanıstanın arxasında durması odun üstünə yağ tökmək mənasına gəlir. Fransa Kiprlə “özəl təhlükəsizlik müqaviləsi” imzalamaqla Almaniya ilə müqayisədə Aralıq dənizindəki mövqeyini gücləndirib. Aralıq dənizində hegemonluq qurmaq istəyən Fransa, oxşar siyasəti Liviya və Livanda da həyata keçirir.
- Almaniyanın təşəbbüsü nəticə verməyib
Ümumiyyətlə, bölgədə gərginliyi düşürmək və tərəflər arasında vasitəçilik missiyasını öz üzərinə götürən Almaniya apardığı danışıqlardan sonra texniki məsələlərin müzakirəsi üçün Türkiyə və Yunanıstanı NATO çətiri altında bir araya gətirə bilsə də, hələlik, bu, bir nəticə verməyib, çünki Yunanıstan Türkiyə gəmilərinin geriyə çəkilməsini şərt kimi qoyaraq, güzəştə getməyəcəyi mesajını verib.
Əlbəttə ki, Aralıq dənizi ilə bağlı siyasətdə Almaniya və Fransanın fərqli siyasət yürütmələrinin müəyyən bir səbəbi var. Ön planda Almaniyanın Türkiyə və Yunanıstan ilə ticari və siyasi əlaqələri dayanır. Avropa Birliyi içərisində Türkiyə ilə ən geniş iqtisadi, hərbi və siyasi əlaqələrə malik ölkə kimi Almaniya gərginliyin azaldılmasında və problemin müxtəlif prizmalardan dialoq yoluyla həllində maraqlıdır.
Rəsmi məlumata görə Almaniya və Türkiyə arasındakı illik ticarət dövriyyəsi 40 milyard avro təşkil edir. Türkiyənin ən çox məhsul idxal etdiyi ölkə Almaniyadır. Türkiyədə 7,4 min alman şirkəti işləyir və Almaniya Türkiyəyə birbaşa sərmayə yatıran ölkələrin başında gəlir. Bütün bunlarla yanaşı Almaniyada üç milyon türk və 360 mindən çox yunan yaşayır.
- Türkiyə ilə silah ticarəti
Digər tərəfdən Türkiyənin ən çox silah aldığı ölkə də Almaniyadır. 2019-cu ildə Almaniya Türkiyəyə 250,4 milyon avroluq silah satıb. 2018-ci ildə Almaniyanın xarici ölkələrə satdığı silahın üçdə biri Türkiyənin payına düşüb. Almaniya Federal iqtisadiyyat nazirliyinin dərc etdirdiyi məlumata əsasən, 2018-ci ildə Türkiyə Almaniyadan 242,8 milyon avroluq silah alıb. Bu isə Türkiyə hökumətinin silahlanma üçün pul əsirgəmədiyini göstərir.
- Almaniya və Yunanıstan münasibətləri
Almaniyanı Yunanıstanla aktiv hərbi-ticari münasibətlər bağlayır. Stokholm Dünya Sülh Problemlərini Araşdırma İnstitutunun (Stockholm International Peace Research Institute-SIPRI) hazırladığı məruzəyə əsasən, 2015-2019-cu illər arasında Yunanıstan da ən çox silahı Almaniyadan alıb. Yunanıstan donanmsı əsas etbarıyla Almaniyadan alınmış gəmilər hesabına formalaşıb.
Beləliklə, aydın olur ki, Almaniya hər iki tərəfi bərabər səviyyədə silahlandırır. Son 20 ildə Almaniya Türkiyəyə 2,6 milyard avro, Yunanıstana isə 2,5 milyard avro məbləğində silah satıb. 2019-cu ilin məlumatına əsasən, Almaniya və Yunanıstan arasındakı məcmu ticarət dövriyyəsi 8 milyard avro təşkil edib. Yunanıstandakı iqtisadi böhrandan sonra dövlət inhisar müəssisələrinin özəllədirilməsi zamanı onların əksəriyyəti Almaniya şirkətləri tərəfindən alınıb və onlar əsasən aeroportlar, telekommunikasiyalar və limanlardır. Yunanıstandakı alman inhisarı xüsusən telekommunikasiya, bank və yükdaşıma kimi mühüm sferaları əhatə edir. Bunlar göstərir ki, Almaniyanın hər iki ölkəylə mühüm əlaqələri var. Ona görə də Almaniya Türkiyəyə və Yunanıstana təzyiq etməklə artan gərginliyi azalada bilər. Ancaq hazırkı anda onun silah embarqosu və iqtisadi məhdudiyyətlər yoluyla daha aktiv təsir etmək niyyəti yoxdur.
Beləliklə, idiyədək aparılan siyasət əl-ayağa dolaşır. Həm Türkiyənin, həm Yunanıstanın və eyni zamanda da ortalığı qızışdırmaqdan əl çəkməyən Fransanın yanaşmaları və hesablarını nəzərə alan Almaniya, mövcud vəziyyətdə mühüm rol oynamaq istəyirsə, onda ümumi diplomatik gedişlərlə yanaşı, daha ciddi addımlar atmalıdır. Əks təqdirdə regiondakı gərginlik hələ uzun müddət səngiməyəcək. Almaniya və Avropa tərəfindən münaqişə edənlərə göstəriləcək əsl təzyiq isə regionda sülh yaranmasına fayda gətirəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2020, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-09-2020, 11:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01