“Paris Navalnıya sığınacaq verməyə hazırdır” - Makron
Paris rusiyalı müxalif siyasətçi Aleksey Navalnıya və onun ailəsinə bütün lazımi yardımı göstərməyə, o cümlədən sığınacaq verməyə hazırdır.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Almaniya Kansleri Angela Merkellə keçirdiyi danışıqlardan sonra bildirib.
Merkel də Navalnıya tibbi yardım göstərməyə hazır olduğunu bəyan edib.
“Biz Aleksey Navalnıya, onun yaxınlarına, sağlamlıq, sığınacaq və müdafiə baxımından istənilən köməyi təklif etməyə hazırıq. Biz bu vəziyyətdən çox kədərlənmişik və narahatıq”, - Makron deyib.
Xatırladaq ki, bu gün Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə reys yerinə yetirən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Müxalifət liderinə qoyulan ilkin diaqnozun naməlum psixodisleptik (halüsinasiyaya səbəb ola biləcək maddələr) kəskin zəhərlənmə olduğu bildirilib. Siyasətçinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, Aleksey Navalnıy ikinci dərəcəli komadadır. Aparılan tədqiqatların nəticələrinə görə həkimlər Rusiyada müxalifət lideri Aleksey Navalnıyda insult, infarkt və ya koronavirus da daxil olmaqla infeksion yoluxma əlamətləri tapmayıblar.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2020, 23:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2020, 23:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti