Avropa Parlamenti Belarusdakı seçkilərin nəticələrini tanımır
Avropa Parlamentinin deputatları Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır və Aleksandr Lukaşenkonu Avropa İttifaqında arzuolunmaz şəxs hesab edir.
“Report” xəbər verir ki, bu barədə Avropa Parlamentindəki partiyaların ortaq bəyanatında bildirilib.
“Avqustun 9-dakı prezident seçkiləri nə azad, nə ədalətli olub. Səhih məlumatlar Svetlana Tixanovskayanın qalib olduğunu deyir”, - bəyanatda vurğulanıb.
Avropa Parlamentinin nümayəndələri həmçinin Rusiyanı Belarusdakı vəziyyətə qarışmamağa və Aİ-nin üzv ölkələrini Rusiyanın bu istiqamətdəki bütün fəaliyyətinə müqavimət göstərməyə çağırıblar.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2020, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-08-2020, 16:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11