Avropa İttifaqı Belarusu sanksiyalarla hədələdi
Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərində zor tətbiqi, nəticələrin saxtalaşdırılması, əsassız həbslərə görə məsul şəxslərə qarşı tədbirlər görə bilər. “Qafqazinfo” “Sputnik Belarus”a istinadən bildirir ki, bu barədə Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Aİ-nin 27 ölkəsinin XİN başçıları ilə razılaşdırılmış bəyanatında deyilir.
“Biz Belarusun siyasi rəhbərliyini gələcəkdə zorakılığın qarşısını almaq üçün cəmiyyətin geniş təbəqələri ilə əsl hərtərəfli dialoq qurmağa çağırırıq. Aİ demokratik, müstəqil, suveren, çiçəklənən və sabit Belarusun dəstəyini davam etdirəcək", - deyə Borrelin Aİ adından bəyanatında bildirilir.
Bəyanatda bildirilir ki, “hakimiyyət qeyri-mütənasib və qəbuledilməz zorakılıq tətbiq edib”. “Bundan başqa, yerli müşahidəçilərin etibarlı hesabatları seçki prosesinin beynəlxalq standartlara uyğun olmadığını göstərir”, - deyə sənəddə bildirilir.
Orada vurğulanır ki, Brüssel məhz bunun fonunda “Belarus hakimiyyətinin hazırkı vəziyyətin nizamlanması ilə bağlı hərəkətlərini qiymətləndirəcək və Aİ-nin Belarusla münasibətlərinin dərin təhlilini aparacaq”.
“Bu, digər məsələlərlə yanaşı, zorakılığa, əsassız həbslərə və seçki nəticələrinin saxtalaşdırılmasına görə məsul şəxslərə qarşı tədbirlərin görülməsini də əhatə edə bilər”, - deyə sənəddə bildirilir.
Bəyanatda vurğulanır ki, Belarusda insan hüquqları və qanunun aliliyi sahəsində irəliləyiş olmadan, Avropa İttifaqı və Minsk arasında münasibətlər pisləşə bilər. Həmçinin bəyan ediblər ki, Aİ respublikada xalq etirazları ətrafında vəziyyətin inkişafını diqqətlə izləyəcək, hakimiyyətin hərəkətlərini qiymətləndirəcək və Minsklə münasibətlərini təhlil edəcəklər.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2020, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-08-2020, 09:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11