Qarabağda Rusiya-Türkiyə toqquşması
“Ermənistanın indiki məqamda əsas məqsədi budur ki, Azərbaycanla hərbi-siyasi qarşıdurmaya Rusiyanı çəksin. Rusiyadan başqa, Ermənistanın hərbi-siyasi müttəfiqi olan başqa ölkə yoxdur. Nə Fransa, nə də digərləri Ermənistanın hərbi-siyasi müttəfiqi deyillər”.
Politoloq İlqar Vəlizadə belə düşünür. Onun müsahibəsini təqdim edirik.
- Seçkidən sonra Belarusda vəziyyət kifayət qədər gərginləşib. Sizcə, Minskdə cərəyan edən hadisələr kortəbii şəkildə başlayan etiraz aksiyalarıdır, yoxsa idarəolunan bir proses?
- Kortəbiilikdə də var. Etirazlar göz önündədir, narazı elektorat bütün ölkələrdə var. Prezident uzun illərdir eyni siyasəti aparır, insanlar siyasətdə dinamika istəyirlər. Bu baxımdan, baş verənlərin kortəbii proses olduğu istisna deyil.
Amma ortada idarəolunan bir proses də var. Əlbəttə, bu insanların arxasında siyasi qruplar, xaricdə təmsil olunan qüvvələr var. Həmin qruplar və ya qüvvələr də insanların bu emosional reaksiyalarından istifadə etməyə çalışırlar. Yəni burada idarəolunan bir prosesin də elementlərini görmək olar. Bunu Lukaşenkonun rəqiblərinin apardıqları kampaniyalarında da görmək mümkündür. Onun əsas rəqibi Svetlana Tixanovskayanın kampaniyasında peşəkar yanaşma vardı. Bu, onu göstərir ki, proseslərin arxasında dayananlar var. Bunlar daha çox xaricdədir, çünki bu, Belarusda mümkün deyil. Burada daha çox Avropa İttifaqında təmsil olunan qruplardan danışa bilərik – onların izləri görünür.
- Altıncı dəfə dövlət başçısı seçilən Aleksandr Lukaşenkonun həm Rusiya, həm də Qərbin təzyiqləri ilə üzləşdiyi ehtimalı istisna edilmir. O, bu təzyiqlər qarşısında öz iqtidarını qoruyub-saxlaya biləcəkmi?
- Lukaşenkonun əsas aləti gücdür. Amma ona durumu sabitləşdirmək üçün sosial-iqtisadi alətlər də lazım olacaq, amma indiki halda bu zəifdir. Çünki pandemiya Belarus iqtisadiyyatına da öz mənfi təsirlərini göstərəcək. Lukaşenkonun özü də bilir ki, təzyiqlər artacaq. Buna görə də balanslaşdırılmış siyasət aparmağa çalışacaq. Seçki kampaniyasında özü də bildirdi ki, biz balanslaşdırılmış siyasət aparmaq niyyətindəyik. Amma indi şəraitdə bunu etmək çətin olacaq. Çünki Lukaşenkonun siyasəti nə Rusiyanı, nə də Qərbi qane edir. Rusiyanın ehtimalına görə, Lukaşenko son zamanlar Qərbə meyl etməyə başlayıb.
Başqa sözlə, xarici təzyiqlər artacaq. Amma Lukaşenkonun daxili resursları kifayət qədər güclüdür. Bu amillərdən də daha çox istifadə etməklə, nəzarəti əldən buraxmamağa çalışacaq. Çətin olacaq, buna görə də Lukaşenko ehtiyatlı addımlar atacaq.
- Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik strukturlarına post-sovet məkanında gedən prosesləri diqqətdə saxlamağı çağırdı. Ümumiyyətlə Putinin son aylarda post-sovet məkanına bu qədər çox diqqət ayırması nədən irəli gəlir?
- Son illərdə baş verənlər göstərir ki, Rusiya bu məkandakı nüfuzunu itirir. Çünki meydanda digər iştirakçılar var. Hər ölkə üçün regional oyunçular daha təsirlidir. Məsələn, Azərbaycanda daha çox təsirə malik olan Türkiyədir, bu, Mərkəzi Asiyada Çindir. Eyni zamanda, Moldova və Belarus kimi dövlətlərə avropalı qonşuları daha təsirlidir. Rus strateqlərə görə, regional oyunçuların meydana daxil olması, Rusiyanın nüfuzunun zəifləməsinə gətirib çıxarır. Bu nüfuzu bərpa etmək üçün də müəyyən addımlar atmaq niyyətindədirlər. Amma pandemiya fonunda baş verən olaylar göstərir ki, bunu etmək çox çətin olacaq. Çünki resurslar azalır.
Belə bir durumda da Rusiya cari siyasətdə götür-qoy etməyə - resursları, prioritetləri müəyyənləşdirməyə çalışır. Bu məsələlər də zaman-zaman komanda şəklində müzakirə olunur.
İndi Putinin getməsindən kimsə danışmır, amma onun komandasına dəyişiklik baş verir. Komandaya yeni insanlar gəlir, bu prosesin post-sovet məkanına müəyyən təsiri var. Rusiyadakı dəyişiklikləri post-sovet məkanındakı proseslərə uyğunlaşdırmağa, yəni nüfuzlarını qorumağa çalışırlar.
- Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri bu gün başa çatır. Fikrinizcə, bu təlimlər Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Azərbaycanı təkləməyə çalışan Ermənistan və müttəfiqlərinə yetərli mesaj oldumu? Yəni Türkiyə bu prosesdə Azərbaycan əleyhinə fəaliyyətdə olan dövlətlərə qarşı çəkindirici faktor olacaqmı?
- Ermənistanın indiki məqamda əsas məqsədi budur ki, Azərbaycanla hərbi-siyasi qarşıdurmaya Rusiyanı çəksin. Rusiyadan başqa Ermənistanın hərbi-siyasi müttəfiqi olan başqa ölkə yoxdur. Nə Fransa, nə də digərləri Ermənistanın hərbi-siyasi müttəfiqi deyillər. Belə bir real müttəfiq yalnız Rusiyadır. Ermənistan həmişə vəziyyəti elə göstərməyə çalışır ki, müharibə başlasa, Rusiya onun yanında olacaq. KTMT üzvü olmalarına baxmayaraq nə Belarus, nə də Qazaxıstan bu məsələyə qarışacaq. Yəni Azərbaycana qarşı çıxmayacaqlar. Bu, artıq bəllidir.
Təlimlərə gəlincə, bu onu göstərdi ki, Ermənistan Rusiyanı ehtimal olunan qarşıdurmaya cəlb etmək planına əl atsa, Azərbaycan Türkiyə ilə birlikdə hərəkətə edə bilər. Bu zaman Türkiyə və Rusiyanın birbaşa toqquşma perspektivləri özünü göstərə bilər. Bunu isə nə Türkiyə istəyir, nə də Rusiya. Təlimlər da onu nümayiş etdirdi ki, Ermənistanın bu planı təhlükəlidir. Maraqlısı budur ki, bu, Rusiyanın özü üçün təhlükəlidir. Rusiya istəməz ki, Türkiyə ilə üz-üzə gəlsin və ya bölgədə qarşıdurma yaransın. Birgə təlimlər bu yöndən qiymətləndirilə bilər. (Teleqraf)
Paylaş:
Müəllif : Fuad
Tarix:11-08-2020, 08:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-08-2020, 08:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11