“Azərbaycan və Türkiyə ordusu Cəbrayılda hərbi təlimlər keçirə bilər” - İLGİNC
Tovuz döyüşlərindən sonra Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın və digər rəsmilərin qəti və konkret çıxışları insanlarımızda bir ruh yüksəkliyi yaratdı. Ardınca qardaş ölkənin 11 minlik ordusunun Azərbaycana pənah gətirməsi bu ümidləri daha da artırdı. Tarix təkrarlana bilərmi? Yenə də qardaşlarımızın birgə dəstəyi ilə Azərbaycan torpaqları işğaldan azad olunacaqmı?
Axı indiki mehmetciklərin hər birinin qanında Nuru Paşanın qanı var. O Nuru Paşa ki, ən çətin anımızda ordusu ilə yanımızda oldu, düşmənə qarşı bizimlə birlikdə vuruşdu. Dərdimizi öz dərdi, düşmənimizi öz düşməni bildi. Bəlkə də, illər sonra ən yaxın gələcəkdə azad olunacaq torpaqlarımız barədə düşünəndə türklərə növbəti dəfə minnətdarlıq edəcək və bir millət, iki dövlət olduğumuza görə fəxr edəcəyik.
“Sherg.az” olaraq bu günlərdə bütün azərbaycanlıları düşündürən onlarca sualla bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ilə söhbətləşdik.
– Qardaş Türkiyənin Azərbaycanla birlikdə hərbi təlimlərə başlamasını necə qiymətləndirirsiniz?
- Regionda cərəyan edən olayların, o cümlədən Tovuz döyüşlərinin fonunda beynəlxalq miqyasda bir sıra hadisələr baş verdi. Bunlardan ən başlıcası və əhəmiyyətlisi isə iki qardaş dövlətin birgə hərbi təlimlərə başlamasıdır. Əslində bu, normaldır. Çünki 2010-cu ildə tərəflər arasında imzalanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində əməkdaşlığın bir neçə, o cümlədən hərbi forması nəzərdə tutulmuşdur.
- Dünya dövlətlərinin bu təlimlərə münasibəti necədir?
-Müxtəlifdir. Amma onu deyim ki, Türkiyənin dənizdə, quruda və səmada hərbi gücünü nümayiş etdirməsi düşməni və onun tərəfdarlarını qorxuya salıb. Türkiyə və Rusiya mətbuatının yazdığı da təxminən bunu deyir.
- İndi biz nə etməliyik?
- Dağlıq Qarabağ ətrafında işğal olunan 7 rayon məsələsini əsas götürmək lazımdır. Çünki həmin rayonların Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Əslində Ermənistan bu torpaqların qaytarılmasına razıdır. Amma şərtlər irəli sürür. Həmin şərtlərdən başlıcası isə 7 rayonun qaytarılacağı təqdirdə, Azərbaycanın Dağlıq Qarabağdan imtina etməsidir. Yəni bu, Ermənistanın arzusudur.
- Necə düşünürsünüz, bundan sonra nə olacaq?
-Məncə, 1992-ci ildə Türkiyə baş qərargahının nəzərdə tutduğu Mehri dəhlizi əməliyyatının oxşarı bu gün də ola bilər. Unutmayaq ki, 1918-ci ildə Bakı azad olunanda paytaxtda və ətraf rayonlarda minlərlə Osmanlı türkü canından keçmişdir. Bugünkü təlimlər də həmin trayektoriya üzrə davam edir. Türkiyənin Azərbaycanın ərazisi kimi tanınmış yerə daxil olmasına və burada qarşısına çıxacaq istənilən qüvvəni məhv etməsinə mane ola biləcək heç bir qanun yoxdur.
- Amma Ermənistan bu əməliyyata var gücü ilə mane olmağa çalışacaq...
-Mehri dəhlizi 1918-ci ildən etibarən bir əsr müddətinə, yəni 2018-ə qədər Ermənistana icazə vermişdir. Artıq həmin müddət başa çatıb. Yəni Mehrinin hüquqi cəhətdən Azərbaycana keçməsi mümkündür. Məsələni çətinləşdirən məqam Dağlıq Qarabağdakı məğlubiyyətimiz və ölkə ətrafında düşmən qüvvələrin birləşməsidir. Lakin Türkiyənin bölgəyə dönüşü və iki dövlətin birgə təlimləri bütün mövcud maneələri dəf edə bilər.
- Proqnozunuz nədir?
- Bildiyiniz kimi, Naxçıvandan Araz çayı boyunca dəmiryolu xəttləri keçir və Beyləqanadək davam edir. Azərbaycan ordusu bu ərazilər boyunca, o cümlədən Zəngilən, Qubadlı və daha strateji mövqedə yerləşən Cəbrayılda hərbi təlimlər keçirə bilər. Azərbaycanla İran arasında Xudafərin körpüsünün tikintisinin davam etdirilməsi ilə bağlı 2016-cı ildə müqavilə imzalanıb. Həmin müqaviləyə görə, Azərbaycan hidroenerji ehtiyatlarının təhlükəsizliyi İran tərəfindən təmin olunur. Məhz Araz çayı üzərində görülən işlərdən əldə olunan mənfəət imkan verir ki, ordumuz həmin istiqamətə girsin. Bu, həm də suverenliyin təsdiqlənməsi deməkdir. Eyni zamanda, iki ölkənin ordusunun Zəngilən, Qubadlı və Füzüli istiqamətində hərbi əməliyyatlara başlaması realdır. Hətta mən deyərdim ki, çox vacibdir.
- Niyə?
- Bunun bir neçə səbəbi var. Birincisi, tərəflər arasında imzalanmış müqavilə bunu şərtləndirir. İkincisi, həmin bölgə beynəlxalq hüquqla Azərbaycan ərazisi kimi tanınır. Üçüncüsü, o ərazilər Dağlıq Qarabağa aid deyil. Bütün bunlarla yanaşı, həm də cəbhənin hər iki istiqamətində keçirdiyimiz hərbi təlimlər bizə imkan verir ki, dəhlizi mühafizə edək. Ümumiyyətlə, indiki məqamda cənub istiqamətindən Araz çayı boyunca Azərbaycan və türk ordusunun hərbi əməliyyatlar keçirməsi ən ideal variantdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2020, 21:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2020, 21:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11