Azərbaycanın fəxri konsulu ermənipərəst həmkarının “payını” verdi: - “Təkid etmək şeytana məxsusdur”
“Ermənilərin məqsədi bölgədə sabitliyi pozmaq, Avropa üçün alternativ enerji mənbələrinə və yeni bazarlara çıxış imkanı yaradan önəmli layihələrə zərbə vurmaqdır”.
DİA.AZ xəbər verir ki, İtaliyanın Azərbaycandakı sabiq səfiri, xanım Marqerita Kosta keçmiş həmkarı Bruno Skapiniyə yazdığı cavab məktubunda belə bildirib.
İtaliyanın “La Verità” nəşrində dərc olunan “Ermənistanın Azərbaycana hücumu” sərlövhəli yazısını nəzərinizə çatdırırıq.
“Dağlıq Qarabağ – azadlıq uğrunda müharibə” sərlöhvəli məqaləni böyük narahatlıqla oxudum. Məqalədə adından da göründüyü kimi, Ermənistanla Azərbaycanın dövlət sərhədində son günlər baş vermiş hadisələr ciddi təhrif olunub. Ermənistanın Azərbaycana qarşı təxminən 30 ildir həyata keçirdiyi, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (bu, ümumilikdə Azərbaycan ərazisinin 20%-ni təşkil edir) işğalı ilə nəticələnmiş hərbi təcavüzün azadlıq axtarışı ilə heç bir əlaqəsi yoxdur. Əksinə, problemin səbəbi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarıdır.
Sabiq səfir Bruno Skapininin iddialarının əksinə olaraq qeyd etmək istəyirəm ki, Sovet İttifaqı dönəmində Dağlıq Qarabağ bölgəsi Azərbaycan SSR-in tərkibində muxtar vilayət olub. O zaman Sovet respublikaları sərhədlərinin dəyişdirilməsi proseduru SSRİ və ayrı-ayrılıqda üzv respublikaların Konstitusiyası ilə tənzimlənirdi. Daha konkret desək, SSRİ respublikalarından hər hansının ərazisi onun rəsmi razılığı olmadan dəyişdirilə bilməzdi. Başqa sözlə, İttifaqa daxil olan respublikaların sərhədləri dəyişiklikdə maraqlı olan respublikaların qarşılıqlı razılığı əsasında, üstəlik, SSRİ mərkəzi hakimiyyətinin təsdiqilə dəyişdirilə bilərdi. Lakin nədənsə, söhbət Dağlıq Qarabağ Muxtar Vilayətindən (DQMV) gedən zaman bu qanuna məhəl qoyulmayıb. Halbuki, SSRİ-nin süqutu ilə, “Uti possidetis juris” – beynəlxalq hüquq doktrinası yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq qanunlarla müəyyənləşdirilməsinə zəmanət verirdi. Məhz bu doktrinaya əsasən, DQMV Azərbaycan SSR-in beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsində idi.
Müqəddəratı təyinetmə hüququna gəldikdə, bu, heç də özündə ayrılma hüququnu ehtiva etmir. Azərbaycan kimi müstəqil dövlətdən müqəddəratı təyinetmə bəhanəsilə ayrılmaq dövlətlərin ərazi bütövlüyü, həmçinin beynəlxalq hüququn digər prinsiplərinin pozulmasıdır.
Münaqişədən qabaq Dağlıq Qarabağda həm erməni, həm də azərbaycanlı əhali yaşayıb. Münaqişənin başlaması ilə ermənilər azərbaycanlıları bölgədən çıxarıb. İndi, azadlıqdan danışırıqsa, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün haqda da danışmalıyıq. Bu insanlar doğmalarının Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki qəbirlərini ziyarət etmək azadlığından niyə məhrum edilib?
Keçmiş səfir Bruno Skapininin dediklərinin əksinə, 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələri Azərbaycana hücum etməyə başlayıb. Bu zaman onlar hərbi mülki əhalinin sıx məskunlaşdığı əraziləri belə, hədəf alıb. Son toqquşmalar nəticəsində Azərbaycanın 12 hərbi qulluqçu və 76 yaşlı bir mülki vətəndaşı həyatını itirib.
Bəs erməni tərəfinin məqsədi nə imiş?
Əsas səbəb yeni mövqelərin ələ keçirilməsi, əhalinin diqqətinin kifayət qədər ciddi daxili problemlərdən yayındırması ola bilər. Yeri gəlmişkən, daxili problemlər məhz hazırkı baş nazir Nikol Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəliçindən sonra daha da dərinləşib. Halbuki, “inqilab”ın ölkənin demokratikləşməsinə yol açacağı guman olunurdu. Əvəzində, diktaturaya gətirib çıxarıb. Bu arada, COVID-19 pandemiyası Ermənistanda daxili problemləri daha da dərinləşdirib.
Bütün bunların fonunda Ermənistanın son hərbi təxribatları işğal olunmuş ərazilərdəki təmas xəttində deyil, Azərbaycanın qərbində – Tovuz rayonu istiqamətində baş verib. Burada məqsəd münaqişəyə üçüncü tərəfin, konkret desək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlbi olub. Lakin Yerevanın bu istəyi baş tutmayıb.
Yeri gəlmişkən, hücum edilən bölgə sözün əsl mənasında, mühüm strateji ərazidir. Azərbaycanın, Xəzər dənizinin enerji ehtiyatlarını Qərb ölkələrinə, o cümlədən İtaliyaya (Azərbaycan Apennin yarımadasının əsas neft təchizatçılarındandır) və dünya bazarlarına daşıyan infrastruktur, həmçinin Şərqdən Qərbə uzanan dəmir yolu və magistral xətlər bu rayonun ərazisindən keçir. Başqa sözlə, Ermənistanın məqsədi həm də bu ərazidə sabitliyi pozmaq, Avropanın alternativ enerji mənbələrinə zərbə vurmaq, yeni bazarlara çıxış imkanı yaradan önəmli layihələrə problem yaratmaq olub.
Hər halda, Ermənistanın bu hərbi əməliyyatlara Azərbaycan qazının Avropaya nəqlinə cəmi 3 ay qalmış başlaması təsadüf deyil. KİV-də Azərbaycanın Ermənistanı “Metsamor” Atom Elektrik Stansiyasını vurmaqla hədələdiyinə dair də xəbərlərə rast gəlinir. Amma bu, həqiqəti əks etdirmir. Əslində, Ermənistan Azərbaycanı strateji obyektlərini vurmaqla hədələyib. “Metsamor” AES-ə gəlincə, onun istifadə müddəti onsuz da başa çatıb və o, istənilən halda, təhlükə yaradır.
Ermənistan rəhbərliyi Azərbaycanın şəhərlərini dəfələrlə Ağdam kimi, xarabalığa çevirməklə hədələyib. Ağdam Qarabağın əsas iqtisadi-mədəni mərkəzi olub. O, erməni qoşunları tərəfindən dağıdılıb, talan olunub, yerlə-yeksan edilib. Məhz bu üzdən, onu “Qafqazın Hirosiması” adlandırırlar.
Bu il Ağdamın Ermənistan tərəfindən işğalının 27-ci ili tamam olub. Təəssüflə bildirirəm ki, keçmiş səfir Skapininini Azərbaycana səfərə, onun sözün bütün mənalarında necə bir açıq ölkə olduğunu, Azərbaycan xalqının isə multikultural təbiətini görməyə dəvət etsəm də, o, mövqeyindən imtina etmir: necə deyərlər, xəta etmək insana, təkid etməksə şeytana məxsusdur!
Marqerita Kosta
İtaliyanın Azərbaycandakı sabiq səfiri, Azərbaycan Respublikasının Genuyadakı fəxri konsulu //Ovqat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2020, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2020, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11