Türkiyə ilə hərbi ittifaq: - “Bu, Azərbaycan üçün həyati əhəmiyyətlidir”
Azərbaycan prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərbi əməkdaşlığın inkişafından da danışmışdı.
“Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq” – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.
Məsələni Cebhe. info-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır. Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlğın aktuallığı daha da artır: “Çünki, Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna edilmədi. Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər. Elə buna görə də başda Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan olmaqla müttəfiq dövlətin xarici işlər və müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildilər. Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirməsinə qədər bəndləri nəzərdə tuturdu.
İyulun 29-da Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri keçiriləcək. Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşacaq. Buna baxmayaraq, builki hərbi təlimlərin çoğrafiyasının geniş olması diqqəti çəkir. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, yəni bütünlükdə Azərbaycan əhatə olunacaq. Bu çox vacibdir və işğalçıya, onun arxasındakı güclərə önəmli mesajdır. Türkiyə Qars müqaviləsinə görə yalnız Naxçıvanın təhlükəsiliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin çoğrafiyası göstərir ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsiliyi önəm daşıyır. Bu gedişat iki ölkə arasında yeni hərbi sazişinın imzalanmasını diktə edir”.
Politoloq əlavə edib ki, sərhəddəki münaqişədən sonra Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini əldə edə bilməsə də, Moskva İrəvanı yalnız buraxmayıb:
“Rusiya mediasında Azərbaycan əleyhinə artan xəbər axını da bundan xəbər verir. İş o yerə çatıb ki, Ukraynada Rusiyaya bağlı separatçılar dezinformasiya yayaraq guya Ukraynanın rəsmi strukturlarının Azərbaycana muzdlu döyüşçülər göndərdiyini iddia ediblər.
Rusiyanın Ermənistanla birgə pilotsuz uçuş aparatlarının neytrallaşdırlması ilə bağlı birgə təlimləri də Azərbaycana qarşı yönəlib. Əlbəttə, prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan təklikdə Ermənistanla məsələni həll edə bilər, ancaq Rusiya Ermənistanı tək buraxmayacaq. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyətlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2020, 17:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2020, 17:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11