Tovuz döyüşlərinin arxasındakı qlobal müharibə - Kreml batmamağa çalışır
Ermənistanla Azərbaycan arasındakı münaqişənin gərginləşməsi geosiyasi və qlobal enerji prosesləri müstəvisinə keçir. Gürcüstan və ABŞ-ın Siyasi Elmlər Assosasiyasının üzvü, hərbi ekspert Vaxtanq Maysaya əmindir ki, karbohidrogen qiymətlərinin kəskin enməsi ilə növbəti dəfə hərbi əməliyyatların eyni vaxta düşməsi təsadüfi deyil. Onun fikrincə, bu, Rusiyanın enerji təhlükəsizliyi kontekstində qlobal proseslərə reaksiyasıdır.
Diqqəti cəlb edən ilk amil, hərbi əməliyyatların yenidən karbohidrogen bazarında rekord turbulentlik dövrünə təsadüf etməsidir. Bu, 2016-cı ilin aprel ayında da baş vermişdi - o zaman neftin və qazın qiymətinin kəskin enməsi fonunda Dağlıq Qarabağdakı təmas xəttində "dördgünlük müharibə" başladı. Vəziyyət təkrarlanır - COVID-19 səbəbiylə karbohidrogenlərə tələbatın azalması ilə ağırlaşan neft və qaz böhranı, yeni bir hərbi gərginliklə müşayiət olunur. Pandemiya iqtisadi fəallığın kəskin azalmasına, enerji ehtiyatlarına qlobal tələbatın və onların qiymətlərinin çökməsinə səbəb oldu. Ancaq 30 illik qarşıdurmanın hazırkı "qaynar" mərhələsi dörd il əvvəlki Aprel döyüşlərinin yenidən təkrarlanması demək deyil.
Döyüşlər Dağlıq Qarabağda deyil, Azərbaycanın və Türkiyənin iştirakı ilə böyük regional layihələrin həyata keçirildiyi, strateji baxımdan vacib olan Tovuz bölgəsində baş verdi. Bu ərazidə hərbi əməliyyatlar həyati əhəmiyyətli enerji və nəqliyyat xətlərini - Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft kəmərini, habelə Türkiyə və Avropa istiqamətində qaz kəmərlərini təhlükə altında saxlayır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən əhəmiyyətli magistral yol da bu bölgədən keçir.
Nəhayət, sərhəddə gərginlik dövründə SOCAR Bakı-Novorossiysk boru kəməri ilə ilin əvvəlində dayandırılmış Azərbaycan neftinin tədarükünü bərpa etdi. Novorossiysk istiqaməti açıq şəkildə Azərbaycan üçün sərfəli deyil, çünki “Azerilight” ucuz Rusiya nefti ilə qarışdırılır və ölkə qazanc itirir.
Beləliklə, siyasi və hərbi elmlər doktoru, Qafqaz Beynəlxalq Universitetinin professoru, Milli Təhlükəsizlik Məsələləri üzrə Ostrovitski Biznes və Sahibkarlıq Universitetinin fəxri professoru (Polşa Respublikası), polyak politoloq Vaxtanq Maysayanın AYNA-ya müsahibəsi:
- Yeni gərginliyin səbəbi və məqsədi uzunmüddətli qarşıdurmanın əsas dirijorunun maraqları kontekstində nədir? Münaqişənin qızğın mərhələsinin kəskinləşməsi halında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi yolla bu prosesə qarışa bilmək imkanını saxlaması, bununla Rusiya Federasiyasının bölgədəki enerji layihələrini dolayı yolla təhdid etməsi demək deyilmi? Vəziyyətin gərginləşməsinin Azərbaycan qazının Türkiyəyə tədarükünün artması fonunda baş verdiyini və mövcud münaqişədə Dağlıq Qarabağ məsələsinin arxa plana keçdiyini söyləmək üçün əsas varmı?
- Ermənistan ilə Azərbaycan arasındakı vəziyyətin gərginləşməsinə qlobal enerji prosesləri və bölgədəki ən böyük oyunçuların, xüsusən də Rusiyanın enerji təhlükəsizliyi kontekstində baxıla bilər. Yeri gəlmişkən, hərbi qarşıdurma mərhələlərinin qəribə bir şəkildə dünya neft və qaz bazarındakı proseslərlə üst-üstə düşdüyünü dərk edərək, müharibənin qızışması ilə karbohidrogen qiymətlərinin düşməsi arasındakı səbəb və əlaqələri müqayisə etməliyik. Beləliklə, 2016-cı ilin "dördgünlük müharibəsi" neftin və qazın qiymətinin kəskin düşməsi fonunda başladı. Enerji bazarındakı oxşar hallar mövcud qarşıdurmaların "qaynar" mərhələsi ilə müşayiət olunur. "Qara qızıl" və qazın ucuzlaşması amili, karbohidrogenlərə tələbatın azalması Rusiya Federasiyasını öz enerji təhlükəsizliyini qorumağa təhrik edir. Gerasimovun hərbi doktrinasında rəsmiləşdirilən hibrid müharibələr işə düşür. Təcavüzkar klassik hərbi istila metoduna müraciət etmir, ancaq gizli əməliyyatlardan istifadə edir. Gərginliyin bu dəfə Tovuz bölgəsində başlamasının səbəbi - onun geoiqtisadi cazibə mərkəzində yerləşməsidir. Burada bölgənin əsas enerji layihələri - Bakı-Tbilisi-Ceyhan neft kəməri, bölgənin enerji təhlükəsizliyi baxımından vacib olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu cəmləşib.
- Bu layihələrlə bağlı hərbi gərginliklə ABŞ-ın Rusiya enerji layihələrinə (“Şimal Axını-2” və “Türk Axını”) tətbiq etdiyi sanksiyalar arasında əlaqə varmı? Yoxsa daha çox Rusiya enerji satışındakı çökmə ilə əlaqədardır? Təhlilçilərə görə, 2020-ci ildə Rusiyanın neft və qaz sektorunun ixrac gəlirlərinin itkisi 7-8 trilyon rubl, 2021-ci ildə - 5,5 trilyon rubl təşkil edəcək ki, bu da bütün milli rifah fondunun büdcəsi ilə müqayisə olunur. Bu fonda Azərbaycan Türkiyə qaz bazarında Rusiya Federasiyasını üstələdi. Avropadakı bir çox alıcılar da digər enerji istehsalçılarının xeyrinə olaraq Rusiya enerji mənbələrindən imtina edir.
- Bu baxımdan cəmi bir il əvvəl qəbul edilmiş sənədlər düşündürücüdür. Məsələn, Rusiya Federasiyası Prezidentinin 13 may 2019-cu il tarixli 216 nömrəli fərmanı ilə təsdiq edilmiş "Rusiya Federasiyasının Enerji Təhlükəsizliyi Doktrinası" adlı yeni konseptual sənədin "Enerji təhlükəsizliyinə dair çağırışlar və təhlükələr, enerji təhlükəsizliyi sahəsindəki risklər" bölməsinin 8-ci paraqrafı belə adlanır: “Enerji təhlükəsizliyinə xarici iqtisadi çağırışlar”. Bu paraqrafda birbaşa Rusiya Federasiyasının enerji təhlükəsizliyinə təhdid hesab edilən amilləri sitat gətirirəm:
- Dünya iqtisadi artım mərkəzinin Asiya-Sakit okean bölgəsinə köçürülməsi;
- Enerji ehtiyatlarına dünya tələbatının artımının, o cümlədən neft məhsullarının digər enerji növləri və enerji səmərəliliyi ilə əvəzlənməsi səbəbindən kəskin azalması və strukturunda dəyişikliklər;
- Karbohidrogen xammalının qlobal resurs bazasının artırılması, enerji mənbələri ixracatçıları arasında rəqabətin artması, o cümlədən yeni ixracatçıların meydana çıxması ilə əlaqədar;
- Təbii qaz istehsalında artım və onun dünya enerji bazarlarında payı, qlobal təbii qaz bazarının formalaşması.
Ən maraqlısı budur ki, “çağırışlar” dedikdə “dünya enerji sektorunun inkişafı üçün yeni stimul yaradan şərtlər və amillər və ya təhlükəyə səbəb ola biləcək inkişafın yeni istiqamətləri” başa düşülür. Bununla yanaşı, bu ölkənin enerji təhlükəsizliyi maraqlarına, xüsusilə də maye qaz istehsalının artması da daxil olmaqla, son üç problem birbaşa təhlükə yaradır. Bu hal ABŞ ilə Rusiya arasında dünya və regional təbii qaz bazarlarında, o cümlədən Cənubi Qafqazda təsir uğrunda gedən geosiyasi mübarizəsi ilə birbaşa əlaqəlidir.
Bu gün Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərində enerji amili arxa plana keçib. Enerji təhlükəsizliyi üçün konkret və vacib layihələrin icrasının aktuallığı artır. Məsələn, NABUCCO. Bu layihə bölgənin geoiqtisadi inkişafı və layihədə iştirak edən ölkələrin, o cümlədən Gürcüstan və Azərbaycanın enerji müstəqilliyi baxımından böyük uğur hesab edilirdi. Layihə Avropa İttifaqı tərəfindən də fəal şəkildə dəstəklənirdi. Lakin konsorsium Azərbaycandan Qərbi Avropaya təbii qaz tədarükü üçün marşrut seçimi zamanı Trans-Adriatik Boru Xəttinə (TAP) üstünlük verdi. NABUCCO “Şahdəniz” yatağından qazın Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Avropaya nəql edilməsi üçün bir qaz kəmərinin çəkilməsini ehtiva edirdi. TAP variantında isə hər şey daha sadə və daha ucuzdur - qaz Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizindən İtaliyanın cənubuna və daha sonra Qərbi Avropaya gedəcək. TAP layihəsində tərəfdaşlar Azərbaycan, Türkiyə, İsveçrə, Norveç və Almaniyadır. Lakin bu layihəni NABUCCO kimi əzəmətli hesab etmək olmaz.
- Münaqişənin kəskinləşməsi genişmiqyaslı müharibəyə çevrilə bilərmi və bu proses bölgəni necə təhdid edir?
- Bölgədə enerji təhlükəsizliyi məsələsi bölgə ölkələri ilə qlobal aktyorlar arasında artan geostrateji qarşıdurma şəraitində əhəmiyyət kəsb edir. Sizə maraqlı bir misal çəkim. Bu yaxınlarda Tbilisidə nəşr olunan bir rusiyayönlü qəzetdə maraqlı məqalə çıxdı: "Cənubi Qafqazda türk ambisiyaları: Ankara nüfuzunu artırır". Türkiyənin bölgədəki artan nüfuzunu göstərmək üçün nəşr hər üç yeni qaz boru kəmərinin - Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatikin keçid xəritəsini dərc edərək, hər birinin gücünü real rəqəmlərlə göstərdi.
Maraqlı bir fakt: Rusiya Federasiyasının Enerji Təhlükəsizliyi Doktrinasında (13-cü bənd), digər amillərlə yanaşı, enerji təhlükəsizliyi üçün hərbi-siyasi təhdidlərin mövcudluğu qeyd edilir. Bu bənd, birincisi, dövlətlərarası münasibətlərdə hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsi və hərbi gücdən istifadə üçün şəraitin yaradılması deməkdir. İkincisi, Rusiya Federasiyası və onun müttəfiqləri, həmsərhəd ölkələrdə və ya dünyanın digər bölgələrində silahlı münaqişələrin ortaya çıxması və genişlənməsi, Rusiya enerji qaynaqlarının istehsalına, daşınmasına və ya istehlakına təhdid, habelə Rusiya texnologiyalarının istifadəsini məhdudlaşdırmaq və enerji sektorunda fəaliyyər göstərən Rusiya şirkətlərinə xidmətlər göstərməkdir.
Putinin Rusiyanın "cənub-qərbində təhlükəsizliyi təmin etmək" qabiliyyətini qiymətləndirmək üçün gözlənilmədən hərbi qüvvələrin yoxlanılmasına bu kontekstdə baxıla bilər. Regionda daha geniş miqyaslı hərbi qarşıdurmanın perspektivlərinə gəlincə, belə bir ssenari, məncə, real deyil. İyulda alovlanan silahlı qarşıdurma get-gedə səngiyəcək və ya dondurulcaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2020, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2020, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01