Elmar Məmmədyarovun apardığı mənasız danışıqlar... – Minsk Qrupundan imtina ideyası dəstək qazanır
"Azərbaycanın Minsk qrupu həmsədrləri formatından imtinaya və Minsk Konfransı formatına keçilməsi tələbilə çıxış etməyə, hətta Minsk prosesindən imtina etməyə də hüquqivə mənəvi əsası var”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin Bakının Dağlıq Qarabağla bağlı imitasiya xarakterli danışıqlarda iştirak etməyəcəyini deməsi fonunda ATƏT-in Minsk qrupundan imtina və ya formatın dəyişdirilməsi mümkünlüyünə toxunarkən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib:
"Danışıq nəticə almaq üçün aparılmalıdır, hansısa plan doldurmaq və ya prosesi uzatmaq üçün yox. Amma bu istiqamətdə ciddi problem var. Kəlbəcər işğal olunandan sonra Azərbaycan bununla bağlı mövqe ortaya qoyaraq, elan etdi ki, bu rayon işğaldan azad olunmayınca danışıqları davam etdirməyəcək. Nəticədə o zaman BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğaldan azad edilməslə bağlı 822 saylı qətnaməni qəbul etdi. Təəssüf ki, Azərbaycanda başlayan daxili çaxnaşmalar bu prosesin həyata keçməsinə imkan vermədi. Sonrakı mərhələdə də Azərbaycan rəsmiləri bu istiqamətdə öz fikirlərini səsləndirərək, bildiriblər ki, işğal və provakasiya davam edərkən və nəticə əldə olunmadığı müddətdə danışıqlar mənasızlaşır”.
Politoloq bildirdi ki, Minsk qrupu həmsədrlərinin prosesi öz monopoliyasında saxlaması da doğru yanaşma deyil:
"Görürük ki, ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli prosesini öz monopoliyasında saxlamaq istəyir. Halbuki, bunun üçün nə hüquqi, nə də mənəvi əsasları yoxdur. Baxmayaraq ki, ATƏT-in Nazirlər Şurası 1992-ci ilin martında Minsk prosesinin başlanması barədə qərar qəbul etsə də, həmin proses ilk növbədə Minskdə konfrans keçirilməsini nəzərdə tuturdu. Yəni həmin ildə qəbul edilən qərar o anlama gəlmir ki, 3 dövlət Minsk prosesini monopoliyasına alsın. Nəticədə Minsk konfransı baş tutmayıb. Bu işdə Minsk qrupu həmsədrlərinin də mənəvi məsuliyyəti var”.
Hömsöhbətimizə hesab edir ki, prosesin başqa vasitəçi dövlətlər tərəfindən aparılmasını istəyə və hətta Minsk prosesindən imtina edə bilərik:
"Vasitəçilik missiyası heç bir halda fayda vermirsə, bütövlükdə vasitəçilikdən imtina edə bilərik. Ən böyük güzəştimiz sülh yoluna sadiq qalmağımızdır. Bu günə qədər dözmüşük. Təbii ki, regional və beynəlxalq şərait qiymətləndirilərək müvafiq addımlar atılacaq. Azərbaycanın Minsk Qrupu həmsədrləri formatından imtina etməyə və Minsk Konfransı formatına keçilməsini tələb etməyə, hətta Minsk prosesindən imtina etməyə də hüquqivə mənəvi əsasları var”.
"Məzmun və format dəyişdirilməlidir, amma bunun baş verəcəyi gözlənilən deyil”.
Bu sözləri isə sayta açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib:
"Hİkmət Hacıyevin Minsk qrupunun fəaliyyətilə bağlı verdiyi açıqlamanın özü ondan xəbər verir ki, rəsmi Bakı həmsədrlərin fəaliyyətindən narazıdır, formatın və danışıqların məzmununun dəyişdirilməsini istəyir. Məzmun ona görə dəyişdirilməlidir ki, neçə illərdir aparılan danışıqlar nəticə vermir. Format isə ona görə dəyişdirilmlidir ki, Azərbaycan burada Türkiyəni də görmək istəyir. Əlbəttə ki, format və məzmunun dəyişməsinə maneə olacaqlar. Çünki, həmsədr dövlətlər Türkiyəyə qısqanc yanaşır. Böyük ehtimalla məzmun da dəyişməyəcək”.
Bu səbəbdən də politoloq prosesdə ciddi irəliləyişin olacağına ümid etmir:
"Ona görə Bakı təklifi versə də, inanmıram ki, danışıqlarda ciddi irəliləyiş əldə olunsun. Təsadüfi deyil ki, dövlət başçısı son çıxışında danışıqların faydasız olduğunu deyərək, son zərbəyə hazırlaşmalı olduğumuzu bir daha vurğuladı. Faktiki olaraq, müharibə qaçılmazdır. Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun apardığı mənasız danışıqları davam etdirməyə lüzum yoxdur. Məmmədyarov illərlə başımızın altına yastıq qoydu. Nəticədə zaman itirdik. Bu bizə laızm deyil. Ona görə düşünürəm ki, formatın dəyişməsinə nail olmasaq belə, indiki zamanda mənasız danışıqların da əleyhinəyəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-07-2020, 12:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-07-2020, 12:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26