ABŞ ordusu ilə Polşaya indikindən də çətin olacaq - Çin
Öz rəhbərliyinin günahı üzündən Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya arasında geopolitik münaqişə ərazisinə çevrilən Polşa ilk qurban olmaq riski ilə üz-üzə qalır. Bu barədə Çinin hökumət nəşri «Jenmin Jiabo» yazır.
Polşa və Rusiya arasında münaqişə uzun tarixə malikdir, on görə də hər iki ölkə demək olar, barışmazdır. «Jenmin Jiabo» nəşrinin yazdığına görə, məhz bu, Polşanın öz ərazisində ABŞ hərbçilərinin sayının artırılması (guya, Rusiya ilə mübarizə üçün) barədə xahişinə səbəb olub.
Varşava və Moskva arasındakı məsafə cəmi 700 kilometrdir və ABŞ-ın bu ölkədə dislokasiya olunan hərbçilərinin sayı artarsa, onların Rusiyaya qarşı hərbi fəaliyyət potensialı əhəmiyyətli dərəcədə yüksələr. Naticədə, Rusiya Polşaya qarşı sayıqlığını artırmağa məcbur olacaq, çünki əvvəllər bunun qarşısını Rusiyanın hərbi-strateji mövqeyi alırdı. Birləşmiş Ştatlar və NATO Rusiya hərbçilərinə qarşı Polşaya əsas maneə və açar dayaq məntəqəsi kimi baxır. Əgər Polşada lazımi miqdarda döyüş silahı yerləşdirmək mümkün olarsa, o zaman Rusiya və NATO arasında müharibə baş verəcəyi şəraitdə ABŞ həmin gücü Rusiyaya qarşı yönəltməli olacaq. Eyni zamanda, Polşa Rusiya ilə həmsərhəd olduğuna görə, Birləşmiş Ştatlar bundan Rusiyanın hərbi fəaliyyətini monitorinq etməkdə bəhanə kimi istifadə edə bilər və bununla da Rusiyanın hərbi gücünün inkişafını effektiv şəkildə boğmaq imkanı qazanar.
Ancaq ABŞ-ın bu fəaliyyəti Rusiyanın güclü reaksiyasını doğurur. ABŞ Polşada çoxsaylı kontingentini yerləşdirən kimi, Rusiya da mütləq elə həmin sayda silahı cavab tədbiri olaraq yerləşdirəcək. Bu baş verən zaman Polşa nəinki arzuladığı dinc inkişafın gözəl perspektivini əldə edəcək, əksinə, onsuz da gərginliyin yaşandığı bölgədə tufan qoparacaq.
Çin nəşrinin ekspertlərinin bildirdiyi kimi, bu tufanın mərkəzinə düşmüş Polşa üçün indikindən yüz dəfə çətin olacaq. Ölkə iki nəhəng gücün siyasi oyunlar meydanına və Birləşmiş Ştatlar üçün Rusiyanın hərbi gücünün qarşısında açar məntəqəyə çevrilə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2020, 08:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-07-2020, 08:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti