“KOMPLEKS QƏTİ ADDIMLAR ATILSIN...” – “Siyasi fəaliyyətimizi dayandırmağa hazırıq”
Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyası (AzDP) Prezident İlham Əliyevi dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində qəti addımlar atmağa çağırıb.
“AzPolitika” partiyanın bəyanatını təqdim edir:
"Azad Demokratlar Partiyası dünyada, regionda, xüsusilə də ölkəmizdə yaranmış vəziyyəti:
- Yeni dünya nizamı quruculuğunun son mərhələyə daxil olduğunu və koronavirus pandemiyasının bu prosesi sürətləndirdiyini;
- Geopolitik qarşıdurmanın qlobal və regional səviyyədə həlledici mərhələyə daxil olduğunu; - Dünyada, xüsusilə qonşu regionlarda (Orta Şərq və postsovet məkanı) gedən geopolitik, geostrateji, geoekonomik və geokültürəl proseslərin regionumuza mənfi təsirlərinin artdığını;
- Yaranmış durumda neoimperialist Putin Rusiyasının daha aqressiv xarici siyasət aparmağa, xüsusilə dağılmasını “XX əsrin geopolitik fəlakəti” hesab etdiyi keçmiş SSRİ-nin “torpaqlarını yığmağa” davam etməsini;
- Cənubi Qafqaz və Xəzər regionunda formalaşmış ağır və mürəkkəb hərbi-siyasi durumun bu fonda daha da ağırlaşdığını və mürəkkəbləşdiyini;
- Formalaşmış və inkişafda olan mənfi qlobal və regional inkişaf meyllərinin təsiri fonunda öz həllini gözləyən milli məsələ və problemlərimizin daha da aktuallaşdığını;
- Həyati milli maraqlarımızla bağlı olan, on illər ərzində həll edilməmiş qalan bu milli məsələ və problemlərimizin – işğal altındakı torpaqlarımızın azad edilməsi, pozulmuş suverenliyimizin və sərhədlərimizin toxunulmazlığının bərpa edilməsi və müstəqilliyimizin möhkəmləndirilməsinin imperativ siyasi, hərbi və sosial tələbə çevrildiyini;
- Üstəlik, uzun illər ərzində cəzasız qalmış düşmənin azğınlaşdığını, konkret olaraq 12 iyul 2020-ci ildən başlayaraq öz havadarlarının razılığı ilə Azərbaycan-Ermənistan dövlət sərhəddində açıq hərbi təxribatlara başladığını, Rusiyanın lideri olduğu KTMT-ni bu proseslərə cəlb etməyə çalışdığını;
- Bu təxribatların ağır nəticələr verdiyini və xalqımızın haqlı olaraq kütləvi narazılığına səbəb olduğunu;
- Xalqımızın öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu nəzərə alaraq,
Azərbaycan Respublikasının dövlət başçısını, Ali Baş Komandanını və hökumətini öz konstitusiya borcunu yerinə yetirməyə, işğal altındakı torpaqlarımızın azad edilməsi, pozulmuş suverenliyimizin və sərhədlərimizin toxunulmazlığının bərpa edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi üçün kompleks qəti addımlar atmağa çağırır.
Qəti addımların atıldığı halda, milli maraqları rəhbər tutaraq və “Hər şey Vətən üçün!”, “Hər şey qələbə üçün!” deyərək, bu addımları hərtərəfli dəstəkləməyə, hətta öz siyasi fəaliyyətini müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bəyan edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-07-2020, 13:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-07-2020, 13:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11