Azərbaycan Ermənistan ordusuna dəqiq zərbə endirdi — Rus mətbuatı yazır
Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun mövqelərinə dəqiq zərbə endirib.
Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Agentliyin məlumatına görə, iyulun 13-nə keçən gecə sərhəddə gərgin vəziyyət davam edib.
Bundan əvvəl, Azərbaycan hakimiyyəti Ermənistanı 120 mm-lik minaatanlardan dinc bir kəndi atəşə tutmaqda günahlandırmışdı. Erməni əsgərlərinin Tovuz rayonunun Ağdam kəndinə atəş açdığı da bildirilib.
İyulun 12-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə atışmanın baş verdiyini elan edib. Azərbaycan tərəfinin bildirdiyinə görə, döyüşlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasından sonra başlayıb.
Ermənistan və Azərbaycan 1992-ci ildən müharibə vəziyyətindədir. Münaqişəyə səbəb əsasən etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikasının elan edilməsi və 1991-ci ildə Azərbaycandan ayrılması olub. Bakı bölgəni güclə nəzarət altına almağa çalışıb, lakin nəticəsi olmayıb. Əvvəlcə münaqişədə birbaşa iştirakını rədd edən Ermənistan tezliklə bölgəyə nizamlı qoşun yeridib.
1994-cü ildə Azərbaycan, Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası Rusiyanın vasitəçiliyi ilə Bişkek Protokolunu imzalayıblar. Bu, vaxtaşırı davam edən hərbi əməliyyatları dayandırmayıb. Ən ciddi alovlanma, hər iki tərəfdən yüzlərlə əsgərin öldüyü 2016-cı ilin dörd günlük müharibəsi olub. //konkret.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2020, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2020, 11:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11