“Tramp demofobiyadan əziyyət çəkir” - Saakaşvili
Ukraynada islahatların icra komitəsinin başçısı Mixail Saakaşvili Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın «fobiyasından» danışıb.
Gürcüstanın sabq prezidenti bu mövzuda informasiyanı «Ukrayna-24» telekanalına verdiyi müsahibədə bölüşüb. Müsahibə «YouTube»-də dərc olunub.
Bu mövzuda söhbət, aparıcının sualından sonra başlanıb. O, soruşub ki, siyasi liderlərdən kimlər görüşərkən öpüşməyə və ya qucaqlaşmaya üstünlük verir?
Söhbət Trampa çatarkən, Saakaşvili xatırladıb ki, ABŞ prezidenti ilə şəxsən tanışdır və onun çox qəribə fobiyası var - görüşərkən, həmsöhbətinin əlini sıxmağa qorxur.
«Brejnevə çatmamışam… Tramp hətta əl sıxmağı da sevmir. Mənimlə, əlbəttə, sıxıb. O, demofobdur - belə bir anlayış var. Ona görə də o, indi deyir: «Mən,sizə dedim, həm də çoxdan dedim ki, bir-birinin əlini sıxmağa ehtiyac yoxdur»» - Ukraynanın baş islahatçısı bildirib.
Beləliklə o, ABŞ liderinin sanki əvvəlcədən etdiyi xəbərdarlığa işarə edib - pandemiya şəraitində əl sıxmaq koronvirusa yoluxmaqla nəticələnə bilər.
Qeyd etmək lazımdır ki, bu halda Saakaşvili terminologiya səhvi buraxıb. Demofobiya çoxlu sayda insanın toplaşması qarşısında qorxu mənasını verir. Başqa insanlara toxunmaq qorxusu isə qaptofobiya adlanır.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2020, 08:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2020, 08:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11